Müştəri ol
Əməkhaqqı layihələri

Əməkhaqqı layihələri

Biznes böyüyür və genişlənir, əməkdaşların sayı sürətlə artır, əməkhaqqının verilməsi isə get-gedə daha çox vaxt və resurs tələb edir. Ödəniş sisteminin bank kartlarının köməyi ilə əməkdaşlara əməkhaqqının avtomatlaşdırılmış qaydada paylanmasını təmin edirik.

Biznes böyüyür və genişlənir, əməkdaşların sayı sürətlə artır, əməkhaqqının verilməsi isə get-gedə daha çox vaxt və resurs tələb edir. Biz Sizə bu qayğıları bizə həvalə etməyinizi təklif edirik. Ödəniş sisteminin bank kartlarının köməyi ilə əməkdaşlara əməkhaqqının avtomatlaşdırılmış qaydada paylanmasını təmin edirik.

İş yerinizdən ayrılmadan əməkhaqqı layihəsinə qoşulun! Asan İmza ilə İnternet Banking sisteminə daxil olaraq, əməkhaqqı layihəsinə qoşulun və əməkdaşların məlumatlarını daxil etməklə, əməkhaqqı kartlarını sifariş edin. Kartlar hazır olduqdan sonra, bank tərəfindən şirkətinizə çatdırılır. Onlayn əməkhaqqı layihəsi ilə bağlı daha geniş məlumatı buradan öyrənə bilərsiniz.


Üstünlüklər

— Təşkilatın nağd pul vəsaitinin alınması, çatdırılması, saxlanması və paylanması üzrə məsrəflərdən azad olmaq.

— Böyük məbləğdə nağd pul vəsaitinin daşınmasını, pul vəsaitinin oğurlanması ehtimalı ilə bağlı olan riskləri aradan qaldırmaqla, əməkhaqqının ödənilməsi prosesinin təhlükəsizliyini təmin etmək imkanı.

— Əməkhaqqının bank kartlarına köçürülməsi əməkdaşlarınızın əməkhaqqlarının məbləğinin tam məxfiliyini təmin edir. Həyata keçirilən ödənişlər haqqında informasiyaya ancaq məsul şəxslər malik olurlar.

— Overdraft kreditləşdirilməsi (əməkdaşlarınıza əmək haqqından asılı olan limit çərçivəsində, kredit təqdim edə bilərik).

— Sizin əməkdaşların rahatlığı üçün müəssisənizin ərazisində  bizim bankın bankomatının quraşdırılması məsələsini nəzərdən keçirə bilərik. 

— Mühasibat/kassa prosedurlarının sadələşdirilməsi.

— Əməkhaqqı kartının sahibləri “Unibank”-dan sadələşdirilmiş prosedur və güzəştli şərtlərlə istehlak kreditləri ala bilərlər.            

         

Xüsusiyyətlər:

— Kartda saxlanılan vəsaitə illik depozit faizinin hesablanması.

— Kartla edilən ödəniş məbləğinin 30%-dək hissəsi keşbek xidməti vasitəsi ilə əməkdaşlarınızın hesablarına geri qaytarılması.

— Əməkhaqqı kartlarını “Unibank”ın mükəmməl Mobil bankinq  xidmətinə qoşmaqla, kart sahiblərinin günün istənilən vaxtında kart hesabına nəzarət etməsi,  ödənişləri həyata keçirməsi.

Əməkhaqqı layihəsi ilə maaş ödənişini rahatlaşdırın, işinizi sürətləndirin

Biznes inkişaf etdikcə əməkdaşların sayı artır, proseslər isə daha mürəkkəb və zaman aparan olur. Əməkhaqqının verilməsi artıq ciddi planlaşdırma və təhlükəsizlik tələb edir. Biz bu yükü üzərinizdən götürməyə və maaş ödənişini tam avtomatlaşdırılmış sistemlə idarə etməyə kömək edirik.

Onlayn əməkhaqqı sisteminin işəgötürənə və işçiyə faydaları

Onlayn əməkhaqqı sistemi sayəsində maaşların ödənilməsi istənilən vaxt, istənilən yerdən həyata keçirilə bilər. Müəssisə rəhbərləri artıq bank filialına getmədən, sadəcə internet bankinq vasitəsilə əməkhaqqını köçürə bilir. İşçilər isə öz maaş kartı vasitəsilə bankomatlardan nağd pul çıxara, POS terminallarla alış-veriş edə və onlayn ödəmələr həyata keçirə bilirlər. Bir çox bank əməkhaqqı kartları sahiblərinə əlavə üstünlüklərdən cashback, endirimlər və ya güzəştli kredit imkanları təqdim edilir.
show more

Axtarış

Məhsullar
Xəbərlər
Digər