Əmək haqqı layihələri

Biznes böyüyür və genişlənir, əməkdaşların sayı sürətlə artır, əmək haqqının verilməsi isə get-gedə daha çox vaxt və resurs tələb edir. Biz Sizə bu qayğıları bizə həvalə etməyinizi təklif edirik. Ödəniş sisteminin bank kartlarının köməyi ilə əməkdaşlara əmək haqqının avtomatlaşdırılmış qaydada paylanmasını təmin edirik.

 

Üstünlüklər

— Təşkilatın nağd pul vəsaitinin alınması, çatdırılması, saxlanması və paylanması üzrə məsrəflərdən azad olmaq.

— Böyük məbləğdə nağd pul vəsaitinin daşınmasını, pul vəsaitinin oğurlanması ehtimalı ilə bağlı olan riskləri aradan qaldırmaqla, əmək haqqının ödənilməsi prosesinin təhlükəsizliyini təmin etmək imkanı.

— Əmək haqqının bank kartlarına köçürülməsi əməkdaşlarınızın əmək haqqlarının məbləğinin  tam məxfiliyini təmin edir. Həyata keçirilən ödənişlər haqqında informasiyaya ancaq məsul şəxslər malik olurlar.

— Overdraft kreditləşdirilməsi (əməkdaşlarınıza əmək haqqından asılı olan limit çərçivəsində, kredit təqdim edə bilərik).

— Sizin əməkdaşların rahatlığı üçün müəssisənizin ərazisində  bizim bankın bankomatının quraşdırılması məsələsini nəzərdən keçirə bilərik. 

— Mühasibat/kassa prosedurlarının sadələşdirilməsi.

— Əmək haqqı kartının sahibləri “Unibank”-dan sadələşdirilmiş prosedur və güzəştli şərtlərlə istehlak kreditləri ala bilərlər.            

         

Xüsusiyyətlər:

— Kartda saxlanılan vəsaitə illik depozit faizinin hesablanması.

— Kartla edilən ödəniş məbləğinin 30%-dək hissəsi CASH BACK xidməti vasitəsi ilə əməkdaşlarınızın hesablarına geri qaytarılması.

— Əmək haqqı kartlarını “Unibank”ın mükəmməl Mobil bankinq  xidmətinə qoşmaqla, kart sahiblərinin günün istənilən vaxtında kart hesabına nəzarət etməsi,  ödənişləri həyata keçirməsi.

Məhsullar
Xəbərlər
Digər