-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tiraj başladı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, Toyota Corolla Cross avtomobili, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
Müştəri ol

Xəbərlər və aksiyalar

Unibankın kapitalı 31 milyon manat artıb
Unibank 2022-ci il ərzində nəzərdə tutulan kapitallaşma prosesini uğurla başa çatdırıb. Bank kapitallaşmanı nəzərdə tutulan proqrama uyğun, investisiya qiymətli kağızlarının həm səhm, həm də subordinasiya borcu olan istiqraz buraxılışı formasında həyata keçirərək, Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəticəsində kapitalını ümumilikdə 31 milyon manata yaxın artırıb.
05.01.2023
Sahibkarlar Unibanka təşəkkür edirlər
Etibarlı maliyyə tərəfdaşı biznes sahibinin ən yaxın dostudur. 30 illik yubileyini qeyd edən Unibank, bu illər ərzində onminlərlə sahibkarın etibarlı maliyyə tərəfdaşı, bizneslərinin inkişafında ən yaxın dəstəkçisi olub.
23.12.2022
“Unibank” KB ASC səhmdarlarının ümumi yığıncağı qərarını açıqlayıb
“Unibank” Kommersiya Bankı” ASC səhmdarlarının dekabrın 6-da keçirilən növbədənkənar ümumi yığıncağında gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub.
20.12.2022
Unibank özünüməşğulluq layihəsi çərçivəsində daha 5 nəfərə avadanlıq təqdim edib
Unibank özünüməşğulluq layihəsində iştirakını davam etdirir. Layihə çərçivəsində bank tərəfindən 5 nəfərə “fotoatelye” zərfi üzrə avadanlıq verilib.
16.12.2022
Unibank 29 milyonluq kapital artımı ilə bağlı növbəti səhm buraxılışı həyata keçirir
Bu ilin sonunadək kapitalın 29 milyon manat artımını hədəfləyən Unibank, bu istiqamətdə növbəti səhm buraxılışı həyata keçirir. “Unibank Kommersiya Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 29 aprel 2022-ci il tarixli qərarına əsasən hər birinin nominal dəyəri 2,72 manat olan 2 500 000 ədəd adi, adlı, sənədsiz səhmlərin emissiya prospekti 6 dekabr tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydə alınıb.
08.12.2022
Unibank biznes sahibləri üçün qış kampaniyası keçirir
Qışda biznesiniz yatmasın, yaza daha da böyük hədəflərlə başlayasınız deyə, “Unibank” sərfəli faiz və aşağı komissiyalı kredit təklif edir. Mikro və kiçik sahibkarlar üçün keçirilən bu kampaniya müddətində “Unibank”a biznes krediti üçün müraciət edən sahibkarlar, 30 min manatadək krediti çox sərfəli şərtlərlə rəsmiləşdirə biləcəklər.
08.12.2022
Unibankın dollar istiqrazlarını xarici və yerli investorlar alıb
“Unibank” KB ASC -nin ümumi dəyəri 12 milyon ABŞ dolları olan istiqrazlarının uğurla yerləşdirilməsi başa çatıb. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 23 investor tərəfindən alınıb.
30.11.2022
Unibank növbəti istiqraz buraxılışı həyata keçirir
“Unibank Kommersiya Bankı” ASC-nin Müşahidə Şurasının 25 oktyabr 2022-ci il tarixli qərarına əsasən hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 12 000 ədəd sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazlarının emissiya prospekti Azərbaycan Respublikasının Mərkəzi Bankının 17 noyabr 2022-ci il tarixli məktubu ilə dövlət qeydiyyatına alınıb.
17.11.2022
Unibank Bank of New York Mellon-da müxbir hesabı açıb
Unibank KB Bank of New York Mellon-da müxbir hesabı açıb. Bu, “Unibank”ın beynəlxalq hesablaşmalarda fəaliyyətini genişləndirilməsinə, eyni zamanda beynəlxalq pulköçürmə xidmətlərinin təşviqinə xidmət edəcək.
15.11.2022
Bizi bu inkişaf həddinə müştərilərimizin tələbləri çatdırdı
Unibank son illərdə öz inkişafında yeni mərhələyə qədəm qoydu. Bu proses necə getdi, Bankın inkişaf hədəfləri nədir və müştəriləri hansı yeniliklər gözləyir? Bu sualları Unibank KB-nin İdarə Heyətinin sədri Faiq Hüseynov cavablandırıb.
10.11.2022
Unibankın kapitalı 29 milyon manat artacaq
Unibank ilin sonunadək kapitalını növbəti dəfə artıracaq. Səhmdarların qərarı ilə həyata keçirilən kapitallaşma prosesi nəticəsində, Bankın kapitalının il ərzində ümumilikdə 29 milyon manatdan çox artırılması nəzərdə tutulub. Bu prosesin birinci mərhələsi bu ilin avqustunda başa çatıb və Bankın nizamnamə kapitalında 12 milyon manata yaxın artım olub.
28.10.2022
Unibank 3-cü rübün maliyyə nəticələrini açıqlayıb
“Unibank” KB ASC 2022-ci ilin ilk 9 ayı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. Bank 3-cü rüb ərzində də biznes portfelinin həcmi və biznesin kreditləşməsi üzrə yüksək göstərici əldə edib. Belə ki, mikrokedit portfelində ötən ilin eyni dövrü ilə müqayisədə 84% artım qeydə alınıb.
26.10.2022
Unicapital səhmdarlarına 800 min manat dividend ödəyib
“Unicapital İnvestisiya Şirkəti” ASC səhmdarlarına 800.000 AZN məbləğində dividend ödəyib. Dividend ödənişi barədə qərar “Unicapital İnvestisiya Şirkəti” ASC-nin səhmdarlarının 30 sentyabr 2022-ci il tarixində keçirilmiş ümumi yığıncağında qəbul edilib.
05.10.2022
Unibank daha bir beynəlxalq proqramda iştirakını uğurla tamamlayıb
“Unibank”ın maliyyə sisteminin dayanıqlığının gücləndirilməsinə və yerli mikro və KOS-ların kreditləşdirilməsi imkanlarının təşviqinə yönəlmiş maliyyə vasitəçilərinin potensialının artırılması üzrə texniki əməkdaşlıq proqramı uğurla yekunlaşıb. Əsas maraqlı tərəflərin - Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), Avropa İttifaqının (Aİ) və Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin güclü dəstəyi ilə bu proqramın nəticələri Unibank KB və “Unicapital” İnvestisiya Şirkətinin dayanıqlılığının daha da güclənməsinə və bununla da müştərilərə daha güclü dəstəyə zəmin yaradacaq.
21.09.2022
Unibank Bakıda keçiriləcək paracüdo üzrə Dünya Çempionatının dəstəkçisidir
Unibank noyabrın 8-10-da Bakıda keçiriləсək paracüdo üzrə Dünya Çempionatının əsas tərəfdaşlarından biridir. Ölkəmizdə ilk dəfə keçirilən paracüdo idman növü üzrə dünya çempionatında 45 ölkədən 250 idmançının iştirakı gözlənilir.
20.09.2022
Unibank əmək haqqı layihəsində yenilik edib
İndi “Unibank”ın əmək haqqı layihəsinə qoşulan şirkətlər həm xərclərinə qənaət edəcək, həm də layihəyə daha asan və sürətli qoşula biləcəklər. Çünki şirkətin əməkdaşlarının artıq UCard-ı varsa, həmin əməkdaşlar üçün yeni kart sifariş etməyə ehtiyac yoxdur. Əmək haqqı elə əməkdaşın mövcud UCard-ına köçürüləcək və şirkətin kart sifarişi üçün nəzərdə tutduğu xidmət haqqı müəssisənin öz hesabında qalacaq.
05.09.2022
Unibankın nizamnamə kapitalı 142 milyonu ötdü
Unibank kapitallaşma prosesini uğurla həyata keçirib. Nəticədə Bankın məcmu kapitalı ümumilikdə 12 milyon manata yaxın artaraq, 142 milyon 586 min 357 manat olub.
23.08.2022
Unibank mikro kreditlərə 5%-dək endirim etdi
Unibank biznes sahibləri üçün daha bir kampaniya keçirir. Aqustun sonunadək “Unibank”a biznes krediti üçün müraciət edən sahibkarlar, 30 min manatadək krediti çox sərfəli şərtlərlə rəsmiləşdirə biləcəklər.
17.08.2022
Unibankın yeni səhmlərini 10 investor əldə edib
4 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin AZ1003002024 dövlət qeydiyyat nömrəli, 11 milyon 900 min manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi yekunlaşıb.
03.08.2022
Unibank səhmlərinin Bakı Fond Birjasında yerləşdiriləcəyi tarix açıqlanıb
Unibank səhmlərinə abunə yazılışı prosesi emissiya prospektinin tələblərinə uyğun başa çatdığı üçün səhmlərin Bakı Fond Birjasında yerləşdirilmə tarixi elan edilib. Bu barədə Bankın açıqlamasında deyilir ki, “Unibank Kommersiya Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 29 aprel 2022-ci il tarixli qərarına əsasən, hər birinin nominal dəyəri 2,72 manat olan 4 milyon 375 min ədəd adi, adlı, sənədsiz səhmlər Azərbaycan Respublikası Mərkəzi Bankının 20 iyul 2022-ci il tarixli məktubu ilə dövlət qeydiyyatına alınıb.
02.08.2022
Unibankın biznes kredit portfeli rekord həddi keçib
“Unibank” KB ASC 2022-ci ilin birinci yarısı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. Bank öz tarixində biznes portfelinin həcmi və biznesin kreditləşməsi üzrə rekord göstərici əldə edib.
25.07.2022
Unibank Frontclear və TCX ilə növbəti valyuta hedcinq sazişi imzalayıb
Frontclear Unibank KB ilə AZN/USD -də çatdırılmayan kross-valyuta svop (NDCCS) sazişini təşkil edib və strukturlaşdırıb. Bu saziş “Unibank”ın ABŞ dolları üzrə öhdəliklərini effektiv şəkildə manat öhdəliyinə çevirmək imkanı yaradır, bu isə bankın müştərilərinin milli valyutada maliyyələşdirilməsi imkanlarını daha da artıracaq. NDCCS əməliyyatı Baş ISDA Müqaviləsinə əsasən sənədləşdirilib. Frontclear-ın sövdələşməni səmərəli təşkili və strukturlaşdırması ilə Azərbaycanda ləğvetmə nettinqi ilə əlaqəli olan bəzi hüquqi məsələlərə də aydınlıq gətirildi.
04.07.2022
Bütün sahibkarların pulsuz ala biləcəyi biznes kartı hansıdır?
Hər bir sahibkar biznesinin başından ayrılmadan biznes kartına sahib ola bilər. Biznesinin hansı sahədə olmasından asılı olmayaraq, Unibank bütün sahibkarlara bu imkanı yaradır. Sahibkarların həmişə yanında olan bank, pulsuz kart kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində sahibkarlar bütün biznes kartlarını və eləcə də əmək haqqı kartlarını “Unibank”dan pulsuz sifariş edə bilərlər. İnternet bankçılıq vasitəsilə sifariş edilən kartların Bakı və Abşerona çatdırılması da ödənişsiz olacaq. Kampaniyadan faydalanmaq istəyən biznes sahibləri biznes və əmək haqqı kartlarını bu linkdən https://online.unibank.az/corporate/ sifariş edə bilərlər.
07.06.2022
Unibank biznes üçün bütün kartları, hətta çatdırılmanı belə pulsuz etdi
Sahibkarların həmişə yanında olan Unibank, daha bir kampaniya keçirir. Bu kampaniya çərçivəsində sahibkarlar bütün biznes kartlarını və əməkhaqqı kartlarını “Unibank”dan pulsuz sifariş edə biləcəklər. İnternet bankçılıq vasitəsilə sifariş edilən kartların Bakı və Abşerona çatdırılması da ödənişsiz olacaq.
05.05.2022
Unibank birinci rübün maliyyə nəticələrini açıqlayıb
“Unibank” KB ASC 2022-ci ilin birinci rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. 31 mart 2022-ci il tarixinə Bankın əməliyyat mənfəəti 3,7 milyon manat təşkil edib. Rüb ərzində qazanılmış faiz gəlirləri 37 milyon manatı ötüb, qeyri-faiz gəlirləri isə 11 milyon manata çatıb. Bununla da Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 50%, faiz gəlirləri isə 44% artıb. Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Maliyyə nəticələrinə əsasən, birinci rübdə “Unibank”ın aktivlərinın həcmində 36 milyon manat artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 1 milyard 75 milyon manat təşkil edib. Hesabat dövründə Bankın məcmu kapitalı 102 milyon manat olub.
25.04.2022
Unibankın ilk Rəqəmsal filialı fəaliyyətə başlayıb
Unibank məhsul və xidmətlərin rəqəmsallaşması yolunda daha bir addım atıb. Bank bütün xidmət və məhsullarını tamamilə rəqəmsal formada təqdim edən ilk rəqəmsal filialını müştərilərin ixtiyarına verib. “Azadlıq Prospekti” metrostansiyasının çıxışında, hər kəs üçün əlçatan filialda kredit rəsmiləşdirmək, debet kart əldə etmək və depozit hesabı açmaq mümkündür. Bütün bu proseslər isə nağdsız formada, kassa xidməti olmadan həyata keçiriləcək. Müştərilərə dərhal yerindəcə debet kart təqdim olunacaq, kredit kart balansında rəsmiləşdiriləcək, sürətli depozit hesabı açılacaq.
04.04.2022
Unibank qaziyə dəstək olub
Unibank özünüməşğulluq layihəsi çərçivəsində şəhid və qazi ailələrinin şəxsi bizneslərinin yaradılması prosesində fəal iştirak edir. Mingəçevir şəhərində yaşayan qazi Ramil Həsənov Bank tərəfindən bərbər salonu avadanlıqları ilə təmin edilib. Bu avadanlıqların köməyi ilə R.Həsənov öz biznesini qura biləcək. Bununla da Unibank özünüməşğulluq layihəsinin ikinci mərhələsini də başa çatdırıb.
03.04.2022
Artıq Unibank müştəriləri kartı ATM-ə daxil etmədən pul çıxara bilərlər!
Artıq Unibank müştəriləri bir çox ATM-lərdən kartı daxil etmədən pul çıxara və mədaxil edə bilərlər. Bunun üçün sadəcə bank kartını kartoxuyucuya yaxınlaşdırmaq kifayətdir.
16.03.2022
Biznesini Unibankın bərəkətli Novruz kampaniyası ilə hərəkətləndir
“Unibank”ın mikro və kiçik sahibkarlar üçün keçirdiyi Novruz kampaniyası davam edir. Novruz çərşənbələrinə uyğunlaşdırılan “4 çərşənbə” kampaniyası, biznes sahiblərinə istəklərinə uyğun müxtəlif seçim imkanı yaradır. Biznes sahibi özünə ən sərfəli olan paketi seçə bilər. “4 çərşənbə” kampaniyası martın 31-dək davam edəcək. Kampaniyanın şərtləri aşağıdakı kimidir:
10.03.2022
Bütün müştərilərin nəzərinə!
Nəzərinizə çatdırırıq ki, “VISA” və “Mastercard” ödəniş sistemləri Rusiya bazarında fəaliyyətini dayandırdıqları üçün Azərbaycan banklarının, həmçinin Unibankın kartları Rusiya ərazisində işləməyəcək.
09.03.2022

Axtarış

Məhsullar
Xəbərlər
Digər