Müştəri ol

Xəbərlər və aksiyalar

Unibank qaziyə dəstək olub
04.04.2022

Unibank özünüməşğulluq layihəsi çərçivəsində şəhid və qazi ailələrinin şəxsi bizneslərinin yaradılması prosesində fəal iştirak edir.Mingəçevir şəhərində yaşayan qazi Ramil Həsənov Bank tərəfindən bərbər salonu avadanlıqları ilə təmin edilib. Bu avadanlıqların köməyi ilə R.Həsənov öz biznesini qura biləcək. Bununla da Unibank özünüməşğulluq layihəsinin ikinci mərhələsini də başa çatdırıb.


Qeyd edək ki, Unibank iki ildən artıqdır ki, həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.


Unibank öz brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində ölkəmizin inkişafına, vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək olan vacib layihələrin həyata keçirilməsində yaxından iştirak etməkdə davam edir.


Axtarış

Məhsullar
Xəbərlər
Digər