Müştəri ol

Xəbərlər və aksiyalar

Unibank şəhid ailəsinə və Qarabağ qazisinə şəxsi biznes yaratmaqda dəstək oldu
30.12.2020

Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Layihəyə qoşulandan indiyədək bank onlarla vətəndaşımıza şəxsi biznesini qurmaqda kömək edib. Bu dəfə bank şəhid ailəsinin və Qarabağ qazisinin şəxsi biznesini yaratmasına dəstək olub.

Sumqayıt şəhərində yaşayan şəhid atası İlqar Məmmədov və  qazi Ramil Bayramov özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdandır. Unibank əməkdaşları onlara şəxsi bizneslərini qurmaq üçün lazım olan bütün avadanlıqları təqdim edib.  Ümumilikdə bank tərəfindən indiyədək 45 vətəndaşımıza şəxsi biznesini qurmaq üçün avadanlıq təqdim olunub.

Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

Axtarış

Məhsullar
Xəbərlər
Digər