Terminlər
Overdraft
Qısa müddətli (2 aya qədər) sərbəst ödəniş cədvəlli Biznes kreditidir. Revolver kredit xətti
12 ayadək sərbəst ödəniş cədvəlli Biznes kreditidir. Ödəniş edildikcə, təyin edilmiş kredit limiti bərpa olunur.
Kredit ödənişləri
Annuitet : Kreditin ödəniş müddəti ərzində borcun aylar üzrə bərabər hissələrlə olan ödəniş növüdür.
Fərdi: Biznesin ehtiyacından və ya mövsümündən asılı olaraq kredit ödənişlərində ayda bir dəfə faizlərin ödənilməsi şərti ilə fərdi yanaşma tətbiq edilir.
Sərbəst ödəniş: Ayda bir dəfə faizlərin ödənilməsi şərti ilə, əsas məbləğin istənilən vaxt ödənilməsi. Əsasən overdraftlara tətbiq olunur.
Faiz hesablanması:
Faizlər yalnız kreditə götürülmüş (istifadə olunmuş) məbləğə hesablanır. Onların hesablanması gündəlik əsasda həyata keçirilir. Əgər limitdən 5 günlük istifadə olunubsa, yalnız 5 gün üçün faiz hesablanacaq.