UBusiness – biznesinizi idarə etmək üçün rahat alətdir. Unibank müştərisi olan fərdi sahibkarlar istədikləri yerdən və istənilən vaxt bizneslərini idarə edə biləcəklər. UBusiness xidməti bankın müştərisi olan fərdi sahibkarlara banka gəlmədən, 24/7 Unibankdakı hesablarını idarə etmək, bankın digər xidmətlərindən faydalanmaq imkanı verir.
— Kartlarında və hesablarında olan vəsaitlərin idarə edilməsi.
— Kartlar və hesablar arası köçürmələr, “Unibank”ın digər müştərisinə köçürmələr etmək.
— Konvertasiya əməliyyatları.
— Müştərinin vəsaitinin bir hesabdan “Unibank”ın istənilən filialında olan digər hesabına köçürülməsi.
— Vəsaitin “Unibank”ın istənilən filialında digər müştərinin hesabına köçürülməsi.
— Hesablardakı vəsait qalıqları və vəsaitlərin hərəkəti üzrə məlumatın əldə edilməsi.
— Valyuta məzənnələri haqqında məlumat.
— Bankın yeni imkanları haqqında məlumatın əldə edilməsi.
— Bankın əməkdaşlarından İnternet-Bank sisteminin işinə dair məsləhətlərin və qanunvericilik haqqında məlumatların alınması.
— İstənilən vaxt bank hesablarına nəzarət edilməsi.
— Dövriyyə ödənişlərinin avtomatik olaraq həyata keçirilməsi.
— Kredit, kommunal, internet və digər ödənişlərin həyata keçirilməsi.