Müştəri ol
Kassa-hesablaşma xidməti

Kassa-hesablaşma xidməti

Müəssisəsinizin səmərəli fəaliyyətinin təmin olunmasına, təchizatçı və alıcılarla vaxtı-vaxtında hesablaşma aparılmasına, nağdsız pul vəsaitlərinin operativ idarə olunması və nağd pul vəsaitlərinin təhlükəsiz idarə edilməsinə yardım edəcək.

“Unibank” Kommersiya bankı olaraq istər Azərbaycan manatı ilə, istərsə də xarici valyutada hesablaşma-kassa xidmətlərinin tam kompleksini təqdim edirik. Həmçinin  Mobil Bankinq və ya İnternet Bankinq vasitəsilə hesablarınızı banka gəlmədən idarə etmək imkanı yaradırıq. Bununla da siz həm vaxtınıza qənaət edər, həm də  bu xidmətlərdən istənilən yerdən və günün istənilən saatı faydalana bilərsiniz.

 “Unibank”dakı hesablaşma-kassa xidməti Sizin müəssisəsinizin səmərəli fəaliyyətinin təmin olunmasına, təchizatçı və alıcılarla vaxtı-vaxtında hesablaşma aparılmasına, nağdsız pul vəsaitlərinin operativ idarə olunması və nağd pul vəsaitlərinin təhlükəsiz idarə edilməsinə yardım edəcək. Beynəlxalq səhmdarların dəstəyi, habelə Bankımızda  fəaliyyət göstərən elektron ödəniş sistemləri vasitəsilə müştərilərimizə istənilən növ hesabları üzrə həm ölkə ərazisində, həm də Azərbaycandan kənarda bütün növ əməliyyatlarının operativ və keyfiyyətli yerinə yetirilməsinə zəmanət verir.


Bizim bankda siz aşağıdakı hesablaşma kassa xidmətlərindən istifadə edə bilərsiniz:

— Əməliyyatlar üzrə və hesabın vəziyyəti haqqında arayışların və çıxarışların, ödəniş sənədlərinin elektron və  kağız daşıyıcısında surətlərinin alınması.

—Hesaba nağd pul vəsaitinin istənilən vaxt daxil edilməsi.

— Kredit ödənişləri üçün sıraya durmadan “Unibank” Ödəmə terminalları vasitəsilə istənilən vaxt ödəmələrin həyata keçirilməsi.

— Kassa-hesabat əməliyyatlarının aparılması qaydası haqqında məsləhət.

— Müştərinin hesablarına köçürülmüş pul vəsaitləri haqqında sorğunun həyata keçirilməsi və ötən dövr ərzində hesabın tarixçəsi haqqında məlumatla təmin edilməsi.



İmza və möhür nümunələri vərəqəsi (Hüquqi şəxs)
19 kB
İmza və möhür nümunələri vərəqəsi (Fərdi sahibkar)
17 kB

Kassa əməliyyatları və aparılma qaydaları

Şirkətlərin gündəlik fəaliyyətində kassa əməliyyatları mühüm yer tutur. Bu əməliyyatlara nağd pulun qəbulu, ödənişi, mübadiləsi və inkassasiyası daxildir. Kassa əməliyyatlarının aparılması qaydaları Mərkəzi Bankın tələblərinə əsaslanır və hər bir təşkilat bu qaydalara əməl etməlidir.

Nağdsız biznesin üstünlükləri

Bugünkü rəqəmsal dövrdə nağdsız biznes modelləri sürətlə inkişaf edir. Bank kartları, onlayn ödənişlər və mobil tətbiqlər şirkətlərə həm rahatlıq, həm də əlavə təhlükəsizlik gətirir. Nağdsız əməliyyatlar kassa risklərini minimuma endirir, şəffaflığı artırır və müştəri məmnuniyyətini yüksəldir.

Möhür nümunələri və sənədləşmə

Kassa və hesablaşma əməliyyatlarının aparılmasında sənədləşmə vacibdir. Müəssisələr bank hesabı açarkən və ya əməliyyat apararkən möhür nümunələri təqdim edirlər. Bu nümunələr bank tərəfindən təsdiqlənir və əməliyyatların qanuniliyini təsdiq edən əsas vasitələrdən biri olur.

Kassa xidmətlərinin biznes üçün rolu

Bankların təqdim etdiyi kassa xidmətləri nağd pulun qəbul edilməsi, ödənişlərin həyata keçirilməsi və valyuta əməliyyatları kimi xidmətlərdən ibarətdir. Bu xidmətlər şirkətlərin maliyyə əməliyyatlarını təhlükəsiz, sürətli və effektiv şəkildə idarə etməsinə imkan yaradır.
show more

Kassa-hesablaşma xidməti FAQ


Axtarış

Məhsullar
Xəbərlər
Digər