Unibank kartınızda saxladığınız vəsaitə illik 7%-dək gəlir qazanın!
01.11.2026 tarixindən etibarən faiz dərəcəsi bankdakı aktivliyinizə əsasən müəyyən ediləcək. Unibank xidmətlərindən nə qədər aktiv istifadə etsəniz, bir o qədər yüksək faiz dərəcəsi qazana bilərsiniz.
Faiz dərəcələri
Daha yüksək məbləğ saxladığınız yalnız 1 AZN valyutalı kart hesabında 5 000 AZN-dən 50 000 AZN-dək vəsait olduqda yüksək illik faiz dərəcəsi aşağıdakı kimi hesablanacaq:
İllik 5% – bütün müştərilər üçün əsas faiz dərəcəsi.
İllik 6% – ay ərzində aşağıdakı şərtlərdən birini yerinə yetirən müştərilər üçün:
- bankda 3 000 AZN-dən çox depozit yerləşdirdikdə;
- kartda aylıq ortalama 1 000 AZN-dən çox vəsait saxladıqda;
- kartla 500 AZN-dən çox nağdsız ödəniş etdikdə.
İllik 7% – ay ərzində aşağıdakı şərtlərdən birini yerinə yetirən müştərilər üçün:
- bankda 20 000 AZN-dən çox depozit yerləşdirdikdə;
- kartda aylıq ortalama 10 000 AZN-dən çox vəsait saxladıqda;
- kartla 2 000 AZN-dən çox nağdsız ödəniş etdikdə.
İllik 7% – Unibank-da əməkhaqqı kartı olan bütün müştərilər üçün digər şərtlərdən asılı olmayaraq tətbiq edilir.
Bütün digər AZN kart hesablarında 100 AZN-dən 5 000 AZN-dək məbləğ olduqda hər zaman illik 1% hesablanır.
Faiz dərəcəsi nə vaxt dəyişir?
Faiz dərəcəniz hər ayın 1-də əvvəlki ayın nəticələrinə əsasən yenilənir. Məsələn, şərtlərdən birini oktyabr ayında yerinə yetirsəniz, 1 noyabr etibarən sentyabr ayı üçün yüksək faiz dərəcəsi əldə edəcəksiniz.
Qeydlər
- Müştərinin birdən çox kartı olduqda yüksək faiz dərəcəsi yalnız ən çox vəsait olan bir AZN valyutalı kartın 50 000 AZN-ə qədər hissəsinə hesablanır. Digər AZN valyutalı kartlar üzrə standart illik 1% hesablanır.
- Digital kartlar, biznes kartlar, xarici valyutalı kartlar və depozit faizlərinin ödənilməsi üçün nəzərdə tutulmuş kartlar üzrə faiz hesablanmır.
- Unimiles, Mastercard Black Edition və Mastercard World Elite kartlarında kart qalığına gəlir bonus mil şəklində hesablanır.
- Ay ərzində müştərinin Unibank kartları üzrə hesablanmış faiz məbləği minimum 5 AZN (daxil olmaqla) olduqda vəsait karta köçürülür.
- AR Vergi Məcəlləsinə əsasən, 01.02.2023 tarixindən sonra əmanət, “Topla” məhsulu və kart qalıqları üzrə ödənilən illik faiz gəlirlərindən 10% məbləğində vergi tutulur. 01.01.2024 tarixindən etibarən qanunvericiliyə uyğun olaraq müvafiq güzəştlər tətbiq edilir. Ətraflı burada.
- Kart qalığına bonus yalnız Azərbaycan Respublikası vətəndaşlarına və DYİ olan şəxslərə şamil olunur.