117
Xəbərlər və aksiyalar
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
02.07.2026

Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) və Unibank  ixrac  və  idxal  əməliyyatlarının  dəstəklənməsi, eləcə də Azərbaycan  bizneslərinin,  xüsusilə  kiçik  və  orta  sahibkarlıq  subyektlərinin (KOB) maliyyələşməyə çıxışının artırılması  məqsədilə  ticarət  maliyyələşdirmə  xətti  üzrə  7 milyon  ABŞ  dolları məbləğində  saziş  imzalayıblar.


Yeni maliyyə xətti beynəlxalq ticarətin dəstəklənməsinə və Azərbaycan bizneslərinin, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsinə xidmət edəcək.


Maliyyə xətti uyğun ticarət əməliyyatları üçün qısamüddətli maliyyələşdirmə təmin edəcək, şirkətlərin ticarət fəaliyyətinin davamlılığını dəstəkləyəcək və onların regional və beynəlxalq bazarlarla əlaqələrini gücləndirəcək.


BSTDB-nin Prezidenti, Dr. Serhat Köksal bildirib: Ticarətin asanlaşdırılması və özəl sektorun dəstəklənməsi BSTDB-nin əsas fəaliyyət istiqamətlərindəndir. Unibank ilə əməkdaşlığa başlayaraq, Azərbaycandakı aktiv maliyyə vasitəçiləri şəbəkəmizi genişləndirməkdən məmnunuq. Bu maliyyə xətti vasitəsilə Bank Azərbaycan bizneslərinə, o cümlədən KOB-lara, kommersiya fəaliyyətlərini genişləndirməkdə və regional və beynəlxalq bazarlarla əlaqələrini gücləndirməkdə dəstək göstərəcək.”


“Unibank”ın İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib:  “ BSTDB ilə tərəfdaşlığımızın bərpasından və yeni ticarət maliyyələşdirmə xətti vasitəsilə bu əməkdaşlığın daha da gücləndirilməsindən məmnunuq. Ticarət maliyyələşdirməsinə çıxışın genişləndirilməsi Azərbaycan bizneslərinin, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı və rəqabət qabiliyyətinin artırılması üçün mühüm əhəmiyyət daşıyır. Bu maliyyə xətti müştərilərimizə əlavə maliyyələşdirmə imkanları təqdim etməyə, beynəlxalq ticarət fəaliyyətlərini genişləndirməyə və ölkənin özəl sektorunun dayanıqlı inkişafına töhfə verməyə imkan yaradacaq.”


Bakıda keçirilən BSTDB Biznes Forumu çərçivəsində imzalanan saziş BSTDB ilə Unibank arasında əsası 2005-ci ildə qoyulan əməkdaşlığın davamıdır. Əvvəlki maliyyələşdirmə proqramları çərçivəsində BSTDB yerli KOB-lara verilən təxminən 150 subkrediti dəstəkləyib və ümumi məbləği 24,7 milyon ABŞ dolları olan 31 ticarət əməliyyatını maliyyələşdirib.


BSTDB haqqında


Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Ermənistan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna tərəfindən təsis edilmiş beynəlxalq maliyyə institutudur. Bankın baş qərargahı Yunanıstanın Saloniki şəhərində yerləşir. BSTDB üzv ölkələrdə dövlət və özəl sektor layihələrinin, eləcə də ticarət əməliyyatlarının maliyyələşdirilməsi üçün kreditlər, kredit xətləri, kapital yatırımları və zəmanətlər təqdim etməklə iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir.


Bankın nizamnamə kapitalı 3,45 milyard avro təşkil edir. BSTDB haqqında ətraflı məlumat üçün: www.bstdb.org


Axtarış

Məhsullar
Xəbərlər
Digər