Müştəri ol

Xəbərlər və aksiyalar

Unibank səhmlərinin Bakı Fond Birjasında yerləşdiriləcəyi tarix açıqlanıb
Unibank səhmlərinə abunə yazılışı prosesi emissiya prospektinin tələblərinə uyğun başa çatdığı üçün səhmlərin Bakı Fond Birjasında yerləşdirilmə tarixi elan edilib. Bu barədə Bankın açıqlamasında deyilir ki, “Unibank Kommersiya Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 29 aprel 2022-ci il tarixli qərarına əsasən, hər birinin nominal dəyəri 2,72 manat olan 4 milyon 375 min ədəd adi, adlı, sənədsiz səhmlər Azərbaycan Respublikası Mərkəzi Bankının 20 iyul 2022-ci il tarixli məktubu ilə dövlət qeydiyyatına alınıb.
02.08.2022
Unibankın biznes kredit portfeli rekord həddi keçib
“Unibank” KB ASC 2022-ci ilin birinci yarısı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. Bank öz tarixində biznes portfelinin həcmi və biznesin kreditləşməsi üzrə rekord göstərici əldə edib.
25.07.2022
Unibank Frontclear və TCX ilə növbəti valyuta hedcinq sazişi imzalayıb
Frontclear Unibank KB ilə AZN/USD -də çatdırılmayan kross-valyuta svop (NDCCS) sazişini təşkil edib və strukturlaşdırıb. Bu saziş “Unibank”ın ABŞ dolları üzrə öhdəliklərini effektiv şəkildə manat öhdəliyinə çevirmək imkanı yaradır, bu isə bankın müştərilərinin milli valyutada maliyyələşdirilməsi imkanlarını daha da artıracaq. NDCCS əməliyyatı Baş ISDA Müqaviləsinə əsasən sənədləşdirilib. Frontclear-ın sövdələşməni səmərəli təşkili və strukturlaşdırması ilə Azərbaycanda ləğvetmə nettinqi ilə əlaqəli olan bəzi hüquqi məsələlərə də aydınlıq gətirildi.
05.07.2022
Bütün sahibkarların pulsuz ala biləcəyi biznes kartı hansıdır?
Hər bir sahibkar biznesinin başından ayrılmadan biznes kartına sahib ola bilər. Biznesinin hansı sahədə olmasından asılı olmayaraq, Unibank bütün sahibkarlara bu imkanı yaradır. Sahibkarların həmişə yanında olan bank, pulsuz kart kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində sahibkarlar bütün biznes kartlarını və eləcə də əmək haqqı kartlarını “Unibank”dan pulsuz sifariş edə bilərlər. İnternet bankçılıq vasitəsilə sifariş edilən kartların Bakı və Abşerona çatdırılması da ödənişsiz olacaq. Kampaniyadan faydalanmaq istəyən biznes sahibləri biznes və əmək haqqı kartlarını bu linkdən https://online.unibank.az/corporate/ sifariş edə bilərlər.
08.06.2022
Unibank biznes üçün bütün kartları, hətta çatdırılmanı belə pulsuz etdi
Sahibkarların həmişə yanında olan Unibank, daha bir kampaniya keçirir. Bu kampaniya çərçivəsində sahibkarlar bütün biznes kartlarını və əməkhaqqı kartlarını “Unibank”dan pulsuz sifariş edə biləcəklər. İnternet bankçılıq vasitəsilə sifariş edilən kartların Bakı və Abşerona çatdırılması da ödənişsiz olacaq.
05.05.2022
Unibank birinci rübün maliyyə nəticələrini açıqlayıb
“Unibank” KB ASC 2022-ci ilin birinci rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. 31 mart 2022-ci il tarixinə Bankın əməliyyat mənfəəti 3,7 milyon manat təşkil edib. Rüb ərzində qazanılmış faiz gəlirləri 37 milyon manatı ötüb, qeyri-faiz gəlirləri isə 11 milyon manata çatıb. Bununla da Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 50%, faiz gəlirləri isə 44% artıb. Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Maliyyə nəticələrinə əsasən, birinci rübdə “Unibank”ın aktivlərinın həcmində 36 milyon manat artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 1 milyard 75 milyon manat təşkil edib. Hesabat dövründə Bankın məcmu kapitalı 102 milyon manat olub.
25.04.2022
Unibankın ilk Rəqəmsal filialı fəaliyyətə başlayıb
Unibank məhsul və xidmətlərin rəqəmsallaşması yolunda daha bir addım atıb. Bank bütün xidmət və məhsullarını tamamilə rəqəmsal formada təqdim edən ilk rəqəmsal filialını müştərilərin ixtiyarına verib. “Azadlıq Prospekti” metrostansiyasının çıxışında, hər kəs üçün əlçatan filialda kredit rəsmiləşdirmək, debet kart əldə etmək və depozit hesabı açmaq mümkündür. Bütün bu proseslər isə nağdsız formada, kassa xidməti olmadan həyata keçiriləcək. Müştərilərə dərhal yerindəcə debet kart təqdim olunacaq, kredit kart balansında rəsmiləşdiriləcək, sürətli depozit hesabı açılacaq.
05.04.2022
Unibank qaziyə dəstək olub
Unibank özünüməşğulluq layihəsi çərçivəsində şəhid və qazi ailələrinin şəxsi bizneslərinin yaradılması prosesində fəal iştirak edir. Mingəçevir şəhərində yaşayan qazi Ramil Həsənov Bank tərəfindən bərbər salonu avadanlıqları ilə təmin edilib. Bu avadanlıqların köməyi ilə R.Həsənov öz biznesini qura biləcək. Bununla da Unibank özünüməşğulluq layihəsinin ikinci mərhələsini də başa çatdırıb.
04.04.2022
Artıq Unibank müştəriləri kartı ATM-ə daxil etmədən pul çıxara bilərlər!
Artıq Unibank müştəriləri bir çox ATM-lərdən kartı daxil etmədən pul çıxara və mədaxil edə bilərlər. Bunun üçün sadəcə bank kartını kartoxuyucuya yaxınlaşdırmaq kifayətdir.
16.03.2022
Biznesini Unibankın bərəkətli Novruz kampaniyası ilə hərəkətləndir
“Unibank”ın mikro və kiçik sahibkarlar üçün keçirdiyi Novruz kampaniyası davam edir. Novruz çərşənbələrinə uyğunlaşdırılan “4 çərşənbə” kampaniyası, biznes sahiblərinə istəklərinə uyğun müxtəlif seçim imkanı yaradır. Biznes sahibi özünə ən sərfəli olan paketi seçə bilər. “4 çərşənbə” kampaniyası martın 31-dək davam edəcək. Kampaniyanın şərtləri aşağıdakı kimidir:
11.03.2022
Bütün müştərilərin nəzərinə!
Nəzərinizə çatdırırıq ki, “VISA” və “Mastercard” ödəniş sistemləri Rusiya bazarında fəaliyyətini dayandırdıqları üçün Azərbaycan banklarının, həmçinin Unibankın kartları Rusiya ərazisində işləməyəcək.
09.03.2022
Unibank biznes sahibləri üçün əlverişli kampaniya keçirir
Unibank biznesin ən məhsuldar dövrü olan Baharın gəlişi münasibətilə mikro və kiçik sahibkarlar üçün kampaniya keçirir. Novruz çərşənbələrinə həsr olunmuş “4 çərşənbə” kampaniyası, biznes sahiblərinə istəklərinə görə seçim imkanı yaradır. Novruz çərşənbələrinin adlarına uyğun hazırlanan dörd paketin hər biri sahibkarların istəklərinə uyğun hazırlanıb.
22.02.2022
Unibankın 20 milyon manatlıq istiqrazı uğurla yerləşdirilib
“Unibank” KB ASC -nin ümumi dəyəri 20 milyon manat olan istiqrazlarının uğurla yerləşdirilməsi başa çatıb. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 9 iştirakçı tərəfindən alınıb. Sayı 20 min ədəd olan istiqrazların hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 9%, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 18 aydır. Emissiyanın təşkilatçısı və marketmeykeri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
27.01.2022
Unibankın aktivləri 1 milyardı keçdi
“Unibank” KB ASC 2021-ci il üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. 31 dekabr 2021-ci il tarixinə Bankın əməliyyat mənfəəti 22 milyon manat təşkil edib. İl ərzində qazanılmış faiz gəlirləri 121 milyon manatı ötüb, qeyri-faiz gəlirləri isə 40 milyon manata çatıb. Bununla da Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 29%, faiz gəlirləri isə 38% artıb
26.01.2022
Unibankın sahibkarlar üçün qış kampaniyası davam edir
Unibank mikro və kiçik sahibkarlar üçün keçirdiyi kampaniyanın vaxtını uzadıb. Çox sərfəli “Qış kampaniyası” çərçivəsində yanvarın sonunadək kredit faizləri azaldılıb və kreditlər 0% komissiyalı olub. Kampaniya çərçivəsində sahibkarlar Unibank filialına müraciət edərək mikro kreditləri komissiyasız və 2%-dək endirimlə əldə edəcəklər. Faizi bir az da aşağı olsun deyirsinizsə, onda filiala gəlmədən, elə biznesinizin başındaykən kredit müraciəti edə bilərsiniz. Çünki onlayn müraciət edən biznes sahibləri əlavə olaraq 1% endirim qazanaraq, krediti 3% endirimlə və komissiyasız əldə edəcəklər. Onlayn mikro kredit əldə etmək üçün bu linkdən (https://unbk.az/Wspp) müraciət edə bilərsiniz.
13.01.2022
Unibank sahibkarlara verilən güzəştli biznes kreditlərinə görə liderdir
Unibank Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına ən çox güzəştli kredit verən bank olub. 2021-ci ildə müvəkkil banklar tərəfindən verilən kreditlərin sayının təhlilinə görə, Unibank sahibkarlara 451 güzəştli kredit verib. Bu göstərici Fondun il ərzində verdiyi kreditin 25%-ni təşkil edir. Bununla da Unibank ötən il ən çox güzəştli kredit verən bank kimi birinci yerə çıxıb. SİF-in açıqladığı siyahıda birinci yeri tutan Bank, güzəştli kreditlərin böyük əksəriyyətini regionlara, xüsusilə də kənd təsərrüfatının inkişafına yönləndirib. Unibank Sahibkarlığın İnkişafı Fondunun ilk müvəkkil bankları sırasındadır və hazırda Fondun digər layihələrində də aktiv iştirak edir. Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində bank pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət zəmanətli, güzəştli kreditlərin ayrılmasını davam etdirir.
12.01.2022
Unibank kapitallaşmanı uğurla başa çatdırıb
Unibank bu il üçün nəzərdə tutulan kapitallaşma proqramını uğurla başa çatdırıb. Səhmdarların qərarı ilə həyata keçirilən kapitallaşma prosesinin yekunlaşması nəticəsində, Bankın məcmu kapitalı ümumilikdə 30 milyon manatdan çox artıb. Kapitallaşma proqramı iki komponentdən ibarət idi: -Subordinasiya borcunun cəlb olunması yolu ilə -Əlavə səhm buraxılışı ilə Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımı müvəffəqiyyətlə icra edilib. Subordinasiya borcunun cəlb olunması istiqaməti üzrə “Unibank” Kommersiya Bankı tərəfindən 15 milyon ABŞ dolları məbləğində istiqraz buraxılışı həyata keçirilib. Hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 15 000 ədəd istiqrazın satışından Bank 25,5 milyon manat vəsait əldə edib. Bu proses oktyabrda yekunlaşıb.
30.12.2021
Unibankın İdarə Heyətində yeni təyinat olub
“Unibank KB” ASC Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Heybət Qədirov İdarə Heyətinin üzvü və İcraçı direktorun birinci müavini vəzifəsinə təyin edilib. O, İdarə Heyətinin üzvü kimi Bankın Pərakəndə biznes və Marketinq sahələrini kurasiya edəcək. Bu təyinatadək isə Bankda Pərakəndə biznes üzrə Baş inzibatçı vəzifəsində çalışıb. Heybət Qədirov 2008-ci ildən Unibank komandasının üzvüdür.
30.12.2021
Unibank nizamnamə kapitalını artırıb
Bakı Fond Birjasında Unibank KB ASC-nin hər birinin nominal dəyəri 2,72 manat olan, ümumi dəyəri 5 000 001.92 manat məbləğində, 1 838 236 ədəd əlavə buraxılmış sənədsiz səhmlərinin yerləşdirilməsi uğurla başa çatıb. Bunun nəticəsində “Unibank”ın nizamnamə kapitalı artaraq 130 686 357,60 manata çatıb. Emissiyanın yekunları haqda hesabat artıq Mərkəzi Bank tərəfindən təsdiq olunub. Nizamnamə kapitalının artımı ilə səhmdarların pay bölgüsündə də dəyişikliklər olub.
24.12.2021
Unibank sahibkarlar üçün qış kampaniyası keçirir
Biznesinizə pulun daha çox lazım olduğu bir vaxtda, Unibank mikro və kiçik sahibkarlar üçün çox sərfəli kampaniya elan edib. “Qış kampaniyası” çərçivəsində ilin sonunadək kredit faizləri azaldılıb və kreditlər 0% komissiyalı olub. Kampaniya çərçivəsində sahibkarlar Unibank filialına müraciət edərək mikro kreditləri komissiyasız və 2%-dək endirimlə əldə edəcəklər.
09.12.2021
Unibank kartını almaq üçün azı 8 səbəbiniz var
Pulunuzu xərcləyəndə də, xərcləməyəndə də qazandıran pulsuz kart almaq istəyirsinizsə, “Unibank”a müraciət etməyin əsl vaxtıdır. Kartı bank filialına gələrək elə yerindəcə və yaxud istənilən yerdən UBank vasitəsilə sifariş edə bilərsiniz.
06.12.2021
Unibank şəhid və qazi ailələrinə dəstək olmaqda davam edir
Unibank özünüməşğulluq layihəsi çərçivəsində şəhid və qazi ailələrinin şəxsi bizneslərinin yaradılması prosesində fəal iştirak edir. Bank layihənin ikinci mərhələsində paytaxt və bölgələrdə yaşayan 7 nəfər qazi və şəhid ailəsini müxtəlif avadanlıqlar və heyvandarlıq paketləri ilə təmin edib.
02.12.2021
Unibank özünüməşğulluq layihəsinin birinci mərhələsini başa çatdırıb
Unibank özünüməşğulluq layihəsi çərçivəsində ölkə vətəndaşlarının şəxsi bizneslərinin yaradılması prosesində fəal iştirak edir. Bank layihənin birinci mərhələsinin icrasını başa çatdırıb. Birinci mərhələ çərçivəsində Bakı və bölgələrdə yaşayan şəhid ailələri və qazilərimizə şəxsi bizneslərini yaratmaq üçün müxtəlif avadanlıqlar və heyvandarlıq paketləri təqdim edilib. Layihənin ikinci mərhələsində də şəhid ailələləri və qazilərin şəxsi bizneslərinin yaradılmasına dəstək prioritet seçilib. Qeyd edək ki, Unibank ötən ildən həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
19.11.2021
Unibankın şəhid ailələri ilə bağlı layihəsi ən yaxşı KSM layihələrindən biri seçilib
Unibank “Milli KSM mükafatı - 2020” müsabiqəsinin qalibi seçilib. Ölkəmizdə artıq üçüncü dəfədir təşkil edilən müsabiqədə Unibank hər zaman qaliblər sırasında olub. Budəfəki Milli KSM mükafatı Zəfər ili kimi tariximizə yazılan 2020-ci ildə Bank tərəfindən şəhid ailələri ilə bağlı həyata keçirilən müxtəlif layihələrə görə verilib. “Unibank”ın şəhid ailələri ilə bağlı həyata keçirdiyi layihə müsabiqə komissiyasının qərarı ilə 2020-ci ilin ən yaxşı Korporativ Sosial Məsuliyyət layihələrindən biri seçilib. Layihə BMT-nin 17 dayanıqlı inkişaf məqsədlərindən biri “Məqsədlər üçün tərəfdaşlıq” istiqamətinə uyğun olduğu üçün mükafat alıb.
05.11.2021
Unibank Visa kart sahibləri Apple Pay ödənişləri ilə keşbek və müxtəlif hədiyyələr qazanır!
31.12.2021 tarixinədək Unibank Visa kart sahibləri Apple Pay vasitəsilə edilən ödənişlərə görə müxtəlif məkanlarda yüksək keşbek, endirim kuponları və hədiyyələr qazanırlar. Bunun üçün sadəcə Unibank Visa kartını UBank tətbiqi üzərindən Apple Pay-ə əlavə etmək, iPhone smartfonu və Apple Watch ilə ödəniş etmək kifayətdir.
02.11.2021
Unibank Mastercard kartları Apple Pay ilə edilən ödənişlər üzrə keşbek qazandırır
Unibank Mastercard kartları Appe Pay ilə edilən ödənişlər üzrə keşbek qazandırır Unibank Mastercard kart sahibləri Apple Pay vasitəsilə marketlərdə alış-veriş edərkən ümumilikdə 5 AZN keşbek qazana bilirlər. Kart sahibi ilk ödəməsi üçün 1 AZN, ikinci ödəməsi üçün 1 AZN, üçüncü ödəməsi üçün 3 AZN keşbek qazanacaq. Maksimum 3 aməliyyat üzrə və 5 AZN dəyərində keşbek qazanmaq mümkündür. Hər ödənişin məbləği minimum 5 AZN olmalıdır
02.11.2021
Apple Pay artıq Unibank və Leobank kart sahibləri üçün əlçatan olur
iPhone və Apple Watch ilə ödənişin daha təhlükəsiz, əmin və məxfi yolu. Bu gündən etibarən Unibank və Leobank kart sahibləri Apple Pay vasitəsilə ödəmələri daha təhlükəsiz, əmin və məxfi şəkildə edə bilərlər. Apple Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pulu əldən-ələ ötürmədən ödəniş etmək imkanını qazanırlar. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-un innovativ texnologiyaları ilə təmin olunur.
02.11.2021
Unibank 3-cü rübü də mənfəətlə başa vurub
“Unibank” KB ASC 2021-ci ilin ilk 9 ayının maliyyə nəticələrini açıqlayıb. 30 sentyabr 2021-ci il tarixinə Bankın əməliyyat gəlirləri 116 milyon manat təşkil edib. İlin ilk 9 ayında qazanılmış faiz gəlirləri 87 milyon manat, qeyri-faiz gəlirləri isə 29 milyon manat olub. Xüsusi vurğulamaq lazımdır ki, Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 48% artıb.
26.10.2021
Unibank biznes üçün onlayn məhsulları komissiyasız etdi
Unibank ölkədə onlayn məhsulların inkişafına dəstək məqsədi ilə daha bir kampaniya keçirir. Bankın biznes müştəriləri üçün nəzərdə tutulan kampaniya, sahibkarların bank filialına gəlmədən maliyyə vəsaitləri və xidmətlərindən daha sərfəli şərtlərlə istifadəsinə imkan yaradır. Biznes sahiblərinin həm vaxtına, həm də büdcəsinə qənaət etdirən əksər onlayn xidmətlər ilin sonunadək sahibkarlar üçün komissiyasız olacaq.
20.10.2021
Unibankda mikro kreditlərin 25%-i avtomatlaşdırılmış sistemlə ayrılır
“Unibank”ın ötən aydan mikro və kiçik sahibkarların istifadəsinə verdiyi avtomatlaşdırılmış kredit sistemi biznes sahiblərinin işini xeyli asanlaşdırıb. Bank bazarında hələ ki yeni olan bu xidmət, sahibkarların zamanına xeyli qənaətə və biznes sahəsindən ayrılmadan, rahatlıqla kredit əldə etmələrinə imkan yaradır. Biznes sahibləri tərəfindən çox yüksək dəyərləndirilən avtomatlaşdırılmış kredit sistemi, sahibkarların kredit əldə etmək üçün filiallarda vaxt itirməsinin qarşısnı alır. Bank əməkdaşı birbaşa sahibkarın obyektinə gedərək bütün məlumatları planşet vasitəsi ilə mikroportala daxil edir, məlumatlar anında bankın sisteminə ötürülür, sistem məlumatları təhlil edərək sahibkara ayrılan kredit məbləğini dərhal müəyyən edir. Üstəlik, kredit sahibkara kartla və zaminsiz ayrılır.
15.10.2021

Axtarış

Məhsullar
Xəbərlər
Digər