117
Hörmətli müştəri!
09.04.2026
Aşağıdakı bank xidmətləri ilə bağlı suallarını 117 Məlumat mərkəzinə asanlıqla təqdim edə bilərsən:


-Kart və ya cari hesab üzrə rekvizitlərin təqdim edilməsi;

-Kart üzrə istifadə limitlərinin dəyişdirilməsi;

-Kart üzrə bütün limitlərin ləğv edilməsi (limitsiz istifadə imkanı);

-Bankda qeydiyyatda olan mobil nömrənin dəyişdirilməsi;

-SMS bildiriş xidmətinə qoşulma;

-Debet kart qalığına hesablanan faizlərin dayandırılması;

-UBank mobil tətbiqi üzrə qeydiyyat və istifadə zamanı yaranan problemlərlə bağlı müraciət;

-Bütün hesablar üzrə çıxarışların elektron formada təqdim edilməsi;

-Kredit kartı üzrə limitin azaldılması;

-Kartınızdan sənin razılığın olmadan çıxılan və ya düzgün həyata keçirilməyən ödənişlər üzrə vəsaitin geri qaytarılması üçün müraciət;

-Əməliyyat, xidmət və ya tətbiqlərlə bağlı müraciət və şikayətlərin qəbulu;

-Bankomat əməliyyatları zamanı yaranan problemlərlə bağlı müraciət (məsələn, vəsait çıxılmadığı halda balansdan silinməsi və s.);

-Əmanət üzrə faizlərin köçürüldüyü hesabın dəyişdirilməsi (yalnız müştərinin öz hesabları arasında);

-Kredit ödənişi səhvən başqa kreditə ödənildikdə, düzgün hesaba yönləndirilməsi üçün müraciət (ödənişdən sonra 3 iş günü ərzində);

-Bank məhsulları və xidmətləri haqqında ümumi məlumatın təqdim edilməsi;

-Unimiles kartları üzrə məlumatların təqdim edilməsi;

-Cari hesablar arasında valyuta mübadiləsi (konvertasiya) əməliyyatları;

-Mövcud bank hesablarının bağlanması üçün müraciət.

 


Axtarış

Məhsullar
Xəbərlər
Digər