“Unibank” KB ASC dəftərxana və təsərrüfat malların alınması üzrə tender elan edir
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifini bağlı və möhürlənmiş zərfdə, tender komissiyasının sədri Faiq Zeynalovun adına göndərməlidirlər.
Zərflərin qəbulu üçün son tarix 22.04.2026-cı il, saat 12.00-dır.
Zərfdə tender komissiyasının sədrini qeyd etməyiniz xahiş olunur.
Ünvan: R.Behbudov 55, Unibankın Baş ofisi.
Texniki şərtlər üçün tələblər:
Qeyd: Tenderdə qalib gələn şirkət həmin alqı–satqı ilə bağlı “Unibank” KB ASC-də hesab açmalıdır.
Qiymətlərə daxil olmalıdır:
- Unibankın bütün filiallarına
çatdırılma
- Çatdırılma şərtləri: Baş ofisə hər gün, Bakı şəhərində olan filiallara və regionlara ayda bir dəfə hər
ayın 27-dən növbəti ayın 7-nə kimi.
- Təkliflərdə malların markalarının qeyd
olunması mütləqdir.
- Qiymətlər göstərilən Excel cədvəlində təqdim
olunmalıdır.
- Qabağcadan malların nümunələri təqdim
olunmalıdır.
Tenderin şərtləri ilə bağlı hansısa sual yaranarsa, [email protected] və [email protected] ünvanlarına müraciət edə bilərsiniz.