117
Unibank hər kəs üçün 0% komissiyalı onlayn kredit kampaniyası keçirir
Aylardır yarımçıq qalan işlərinizi davam etdirməyiniz üçün Unibank 0% komissiyalı onlayn kredit kampaniyası keçirir. Unibank həm müştərilərin sağlamlığını düşünərək, həm də banklarda növbələrdə vaxt itirməsinlər deyə, kampaniya çərçivəsində onlayn kredit sifarişlərini komissiyasız edib.
23.11.2020
Unibank şəhid ailəsini himayəsinə götürüb
Unibank torpaqlarımızın düşməndən azad olunması uğrunda canından keçmiş şəhidimiz Quba rayonu, Zizik kənd sakini Allahyarov Şahin Hüseynbala oğlunun ailəsini himayəyə götürüb.
07.11.2020
Unibank 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub
“Unibank” KB ASC 2020-ci ilin 3-cü rübünün maliyyə nəticələrini açıqlayıb. 30 sentyabr 2020-ci il tarixinə Bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 11 milyon manat təşkil edib.
23.10.2020
Unibank kart məlumatlarının təhlükəsizliyi ilə bağlı maarifləndirici video çarx hazırlayıb
“Unibank”ın maarifləndirici çarxında günlük həyatımızdan götürülmüş sadə dialoqla, bir qədər də zarafatyana formada insanlara kart məlumatlarının kimləsə paylaşmağın nə qədər ciddi fəsadlara səbəb olacağı çatdırılır.
23.09.2020
Unibankdan müəllim və həkimlər üçün xüsusi təklif- 4% endirimli kredit
İndi “Unibank”dan kredit götürən bütün təhsil və səhiyyə işçiləri krediti illik faiz dərəcəsindən 4% daha aşağı faizlə rəsmiləşdirəcəklər.
10.09.2020
Unibank hər kəs üçün 0% komissiyalı kredit kampaniyası keçirir
Avqustun 25-dən başlayan hər kəs üçün 0% komissiyalı kredit kampaniyası aylardır təxirə saldığınız planlarınızı həyata keçirmək üçün əsl fürsətdir.
24.08.2020
Hesabı Unibank kartınla ödə, xərclədiyinin 10%-ni geri al!
Avqustun 22-dək (22-si daxil) ölkədaxili bütün kafe və restoranlarda Unibank kartları ilə edilən hər bir ödəniş zamanı ödənilən vəsaitin 10 %-i kartınıza geri qayıdacaq.
20.08.2020
Unibank özünüməşğulluq layihəsi çərçivəsində daha bir vətəndaşımıza dəstək oldu
Unibank Bakı sakini Cavidan İsmayılovun şəxsi biznesini yaratmaq arzusunu reallaşdırdı. İllərdir öz bərbər salonunu açmaq, şəxsi biznesini qurmaq arzusunda olan gənc, özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdan biridir.
06.08.2020
uBankdan yeni imkan: Sizə “Contact” ilə göndərilən pulu banka getmədən alın!
Xaricdən sizə göndərilən pulu banka getmədən, olduğunuz yerdə və cəmi bir neçə saniyə ərzində həm də istədiyiniz bank kartınıza və hesabınıza faizsiz qəbul edin. Bu imkanı sizə “Unibank”ın mobil əlavəsi olan uBank yaradıb. İndi uBank-da “Contact” pulköçürmə sistemi vasitəsi ilə siz pul köçürməklə yanaşı, Azərbaycan, MDB və Avropa ölkələrindən vəsait də qəbul edə bilərsiniz.
05.08.2020
Unicapitalın xalis mənfəəti 31% artıb
“Unicapital” İnvestisiya Şirkəti 2019-cu ilin maliyyə nəticələrini açıqlayıb. Ötən ilin nəticələrinə görə, 2018-ci il illə müqayisədə 2019-cu ildə “Unicapital”ın əməliyyat gəlirləri 32% artıb, xalis mənfəəti isə 31% çoxalıb.
30.07.2020
Unibank Salyan sakininə bayram hədiyyəsi etdi
Salyan sakini Anar Məmmədov üçün bu gün ikiqat bayramdır. Unibank ona xeyli vaxtdır arzusunda olduğu şəxsi biznesini böyütməkdə kömək edib. Bayram ərəfəsində Unibank Anar Məmmədova ailə biznesini genişləndirmək üçün avadanlıqlar təqdim edib.
30.07.2020
Yüksək faizlə əmanət qoymaq və aşağı faizlə kredit götürmək üçün bank seçmisiniz?
Unibank “+/-2%” kampaniyası ilə sizə sərfəli seçim imkanı yaradır. Kampaniya müddətində 2% daha yüksək faizlə əmanət hesabı açmaq imkanınız var. Kredit lazımdırsa, banka getmədən aşağı faizlə kredit sifariş edə bilərsiniz. Çünki “Unibank”ın “+/-2%” kampaniyası çərçivəsində “Unibank”dan onlayn kredit sifarişi 2% daha aşağı faizlə rəsmiləşdirilir.
29.07.2020
Unibank yeni nəsil smart kassaları istifadəyə verib
Unibank partnyoru olan biznes sahiblərinin ödəniş, uçot sitemi və digər funksiyalar üçün bir neçə cihazdan istifadəsinə artıq ehtiyac yoxdur. Bank kiçik və orta biznes sahibkarları, pərakəndə satış nöqtələri, kafe və restoranlar, xidmət sahələri və çatdırılma xidmətlərinin müştəriləri üçün smart kassa cihazlarını istifadəyə verib.
24.07.2020
Unibank 2020-ci ilin birinci yarısını mənfəətlə başa vurub
“Unibank” KB ASC 2020-ci ilin ilk 6 ayının maliyyə nəticələrini açıqlayıb. 30 iyun 2020-ci il tarixinə Bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 9 milyon manat təşkil edib.
21.07.2020
Unibankın törəmə şirkəti karantin dövründə istiqrazların kütləvi yerləşdirilməsini həyata keçirib
"Unicapital” İnvestisiya Şirkəti Bakı Fond Birjasında növbəti uğurlu istiqraz yerləşdirməsini başa çatdırıb.
20.07.2020
Unibank özünüməşğulluq layihəsi çərçivəsində Qarabağ müharibəsi döyüşçüsünün arzusunu reallaşdırdı
"Unibank”ın dəstəyi ilə daha bir vətəndaşımız şəxsi biznesini yaratmaq arzusuna çatdı. Tərtər şəhərində yaşayan, Qarabağ müharibəsi əlili Həsən Əsgərov un məhsulları istehsalı ilə bağlı ailə biznesini bundan sonra çox rahatlıqla böyüdə, ailə gəlirlərini artıra biləcək.
10.07.2020
Unibankın sərfəli əmanət-kredit kampaniyası davam edir
Övladınızın gələcək təhsili üçün pul ayırmaq, yaxın gələcəkdə planlaşdırdığınızı bir işi görmək, pulunuzu etibarlı bir ünvanda dəyərini artıraraq saxlamaq istəyirsinizsə, “Unibank”ın 2 aylıq “+2%, -2%” kampaniyası əla fürsətdir. Pulunuzu həm +2%-lə banka əmanət edirsiniz, həm də qorunan əmanət olmaqla yüksək faizlə əmanət hesabı açmaq imkanı qazanırsınız.
09.07.2020
Unibank əməkdaşları arasında onlayn intellektual yarışma keçirilib
Sərt karantin rejimi günləri ilə əlaqədar əksəriyyəti distant rejimində çalışan Unibank əməkdaşları arasında “Fibonacci - onlayn” intellektual yarışması keçirilib. Oyun “Youtube”da onlayn formatda olub.
02.07.2020
“Unicapital” İnvestisiya Şirkətinə yeni rəhbər təyin olunub
“Unicapital” İnvestisiya Şirkətinin Səhmdarının qərarı ilə Tahir Qəribov “Unicapital” İnvestisiya Şirkəti” ASC-nin baş meneceri təyin olunub. Tahir Qəribov bu vəzifəyə təyin olunanadək “Unicapital” Müşahidə Şurasının müşaviri vəzifəsində çalışıb.
30.06.2020
Unibankdan 2 aylıq “+2%, -2%” kampaniyası!
Bu gündən başlayaraq avqustun sonunadək “Unibank”da “Müddətli” manat əmanət hesabı açan hər kəs əmanəti müddətin sonuna kimi aktiv qaldıqda 2% əlavə faiz əldə edəcək. Kampaniya dövründə “Unibank”dan onlayn kredit sifariş edənlər isə krediti 2% daha ucuz götürəcəklər.
29.06.2020
Unibank səhmdarlarının siyahısında dəyişiklik edilib
“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin iri səhmdarları arasında bağlanan alqı-satqı əqdi nəticəsində Eldar Qəribovun Bankın Nizamnamə kapitalında iştirak payı artaraq 86,3839 %-ə qaldırılıb. Bu artım Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirak paynın alınması hesabına baş verib.
18.06.2020
Unibank hər kəs üçün 0% komissiyalı kredit kampaniyası keçirir
Unibank həm müştərilərin sağlamlığını düşünərək, həm də banklarda növbələrdə vaxt itirməsinlər deyə, onlayn kredit sifarişlərini 0% komissiyalı edib.
03.06.2020
Unibank Tərtər sakininə bayram hədiyyəsi etdi
Müstəqilliyimizin 102-ci ildönümünü qeyd etdiyimiz bu gündə Tərtər sakini Həsən Əsgərov üçün ikiqat bayramdır. Unibank ona xeyli vaxtdır arzusunda olduğu şəxsi biznesini yaratmaqda kömək edəcək.
28.05.2020
Unibank Respublika Günü münasibəti ilə əmanət kampaniyası keçirir
28 May Respublika Günü münasibəti ilə keçirilən kampaniya çərçivəsində qoyulan manat əmanətlərinə, Unibank əlavə 2% hədiyyə edir.
18.05.2020
Yeni Albalı kredit kartı ilə xərclə və qazan!
Albalı kredit kartı ilə 3 dəfə çox qazan. #EvdəQal onlayn alış-veriş et, Cashback qazan.
14.05.2020
Unibank özünüməşğulluq layihəsi çərçivəsində kənd sakininin arzusunu reallaşdırdı
Tovuz rayonunun Cilovdarlı kənd sakini Tamam Cəfərovanın həyatında özü dediyi kimi möcüzə baş verib. Unibank Tamam xanımın ən böyük istəyini - öz şəxsi biznesini yaratmaq arzusunu reallaşdırmaqda ona kömək edib. Şəxsi biznesini yaratmaq üçün lazım olan bütün avadanlıqlar Tamam Cəfərovaya təqdim olunub
10.05.2020
Unibank 2020-ci ilin 1-ci rübünü mənfəətlə başa vurub
“Unibank” KB ASC 2020-ci ilin ilk 3 ayının maliyyə nəticələrini açıqlayıb.
28.04.2020
Evdə qalaraq Unibankın hansı xidmətlərindən istifadə etmək olar?
Unibank müştərisisinizsə, məsafədən bank xidmətlərindən istifadə imkanınız daha çoxdur. Əgər telefonunuzda Unibank Mobile varsa, demək evdə qalaraq da onlarla bank məhsul və xidmətlərindən istifadə edə bilərsiniz.
22.04.2020
Unibank özünüməşğulluq proqramına dəstək verir
Unibank Tamam Cəfərovanın ən böyük istəyini - öz şəxsi biznesini yaratmaq arzusunu reallaşdıracaq. Bu gözəl missiyanı həyata keçirməkdə isə Unibank ona dəstək olacaq.
16.04.2020
Ölkənin elektron ticarət üzrə ödənişlərin qəbulunda lider bankı məlum olub!
Unibank “Elektron ticarət üzrə ödənişlərin qəbulunda lider bank” nominasiyasının qalibi seçilib.
11.04.2020

Axtarış

Məhsullar
Xəbərlər
Digər