Unibank əməkdaşları arasında onlayn intellektual yarışma keçirilib
Sərt karantin rejimi günləri ilə əlaqədar əksəriyyəti distant rejimində çalışan Unibank əməkdaşları arasında “Fibonacci - onlayn” intellektual yarışması keçirilib. Oyun “Youtube”da onlayn formatda olub. Onlayn keçirilən yarışmada Bankın baş ofis, eləcə də filial əməkdaşlarından ibarət 21 komanda iştirak edib. Onlayn yarışmanın keçirilməsində məqsəd, bank əməkdaşlarının əhval-ruhiyyəsini qaldırmaq, komanda ruhunu daha da yüksəltmək olub.
“Fibonacci gamification company” tərəfindən keçirilən oyunda komanda üzvlərinin intellektual bilikləri sınağa çəkilib. Yarış müddətində komandalar 7 tur ərzində 50 sualı cavablandırıb. Çox həyacanlı və maraqlı keçən yarışın sonunda qaliblər müəyyənləşib. Marketinq departamentinin “Mark Eating” komandası ən yüksək nəticə göstərərək onlayn intellektual yarışın qalibi olub.