-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tirajın bitməsinə az qaldı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117
Unibank Salyan sakininə bayram hədiyyəsi etdi
30.07.2020
Unibank xalqımızı müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, xoşbəxtlik, xeyir-bərəkət arzulayır. 
Salyan sakini Anar Məmmədov üçün bu gün ikiqat bayramdır. Unibank ona xeyli vaxtdır arzusunda olduğu şəxsi biznesini böyütməkdə kömək edib. Bayram ərəfəsində Unibank Anar Məmmədova ailə biznesini genişləndirmək üçün avadanlıqlar təqdim edib. Anar Məmmədov  bu günün onun üçün çox əlamətdar bir tarixə çevrildiyini bildirib : “Unibank bu gün bizim ailəmizə çox böyük sevinc yaşatdı. Bu avadanlıqların köməyi ilə mən xeyli vaxtdır arzusunda olduğum işimi bir qədər böyütmək imkanı qazanacam, ailə gəlirlərimi artıra biləcəm. Bu sevinci bizə yaşatdığı üçün “Unibank”a, eləcə də özünüməşğulluq layihəsinin hər bir tərəfdaşına təşəkkürümüzü bildiririk”. 

Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.
Korporativ sosial məsuliyyət “Unibank”ın fəaliyyətində əsas istiqamətlərdən biridir. Bank 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. Bu layihəyə dəstəkdə verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına kömək göstərməkdir.

Axtarış

Məhsullar
Xəbərlər
Digər