-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tirajın bitməsinə az qaldı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117
Unibank müştəriləri üçün vacib məlumat!
21.01.2021

Bundan sonra Unibank kart sahiblərinə bankın öz Kart Prosessinq Mərkəzində xidmət olunacaq. Bankın öz Prosessinq Mərkəzinə keçidlə əlaqədar olaraq, plastik kart əməliyyatlarında, bankın bütün teminallarının fəaliyyətində (ATM-lər, POS-terminallar, ödəmə terminalları) və uBank mobil tətbiqində qısamüddətli fasilə yarana bilər. Müştərilərin bank əməliyyatlarında ciddi çatışmazlıq yaranmaması üçün proses gecə saatlarında həyata keçiriləcək. Keçid prosesi yanvarın 23-dən 24-nə keçən gecə aparılacaq.

Beynəlxalq təcrübələr də göstərir ki, yeni texnologiyaların tətbiqi zamanı keçid prosesində müəyyən fasilələrin yaranması qaçılmazdır. Unibank keçid zamanı kart əməliyyatlarında yaranacaq məhdudiyyətlərə görə müştərilərdən üzr istəyir və bu vəziyyəti anlayışla qarşıladıqları üçün onlara minnətdarlığını bildirir. Prosesin ilk günlərində ayrı-ayrı şəxslərin kart əməliyyatında hansısa problem yarana biləcəyi halda, Bank müştəriləri narahat olmamağa çağırır, məsələnin ən qısa müddətdə həllini tapacağını bildirir.

Unibank kartı olanlar Bankın öz Prosessinq Mərkəzinə keçidindən sonra qısa müddətdə xidmət və məhsullarda əhəmiyyətli dəyişiklikləri hiss edəcəklər. Bank kartlarının "Unibank"ın öz Prosessinq Mərkəzi tərəfindən idarə edilməsinə başlanması ödəniş kartları və nağdsız ödənişlər istiqamətində daha çevik və effektiv olmasına imkan verəcək. Prosessinq mərkəzi "Unibank"ın yüz minlərlə kart müştərisinin istəklərinə cavab verən çeşidli, innovativ məhsullar və geniş xidmət təqdim edəcək. Müasir proqram təminatı ilə təmin olunmuş Mərkəz, bazardakı yeniliklərə dərhal qoşulmağa imkan yaradacaq.

Axtarış

Məhsullar
Xəbərlər
Digər