117

Xəbərlər və aksiyalar

Unibankın törəmə şirkəti karantin dövründə istiqrazların kütləvi yerləşdirilməsini həyata keçirib
20.07.2020
"Unicapital” İnvestisiya Şirkəti Bakı Fond Birjasında növbəti uğurlu istiqraz yerləşdirməsini başa çatdırıb. BOKT “Embafinans” QSC-nin 1,500,000 AZN həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac zamanı anderrayter qismində “Unicapital İnvestisiya Şirkəti” ASC çıxış edib. Bu, karantin başlayandan bu günədək korporativ istiqrazların birjada həyata keçirilən ilk kütləvi yerləşdirilməsidir. Rəqabətli hərrac üsulu ilə keçirilən yerləşdirmə zamanı ikisi xarici investor olmaqla, 7 investor tərəfindən sifariş təqdim edilib. Hərrac üzrə satış qiyməti 1 000 AZN təyin olunan istiqrazlarının tədavül müddəti 1 təqvim ilidir  və illik faiz dərəcəsi 11% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq  1 təqvim  ayından bir ödəniləcək. 
İstiqraz buraxılışının məqsədi kredit məhsullarına tələbin artması fonunda emitentin daha sərfəli şərtlərlə vəsait cəlb edib, öz kanalları vasitəsilə əhalinin və biznes subyektlərinin kredit tələblərini təmin etmək və  daha rəqabətli şərtlər təqdim edərək, bir kredit təşkilatı kimi bazarda öz mövqeyini qoruyub artırmaqdır.
Bu yerləşdirmə prosesinin aparılması “Unibank”ın öz törəmə şirkəti olan  "Unicapital” İnvestisiya Şirkəti ilə birlikdə qeyri-neft sektoruna daha bir dəstəyinin göstəricisidir. 2019-cu ildən başlayaraq  "Unicapital” İnvestisiya Şirkəti investisiya bazarında strategiyasını dəyişdirib. “Unicapital”ın hədəfi korporativ qiymətli kağızlar buraxılış sektorunu inkişaf etdirmək və qiymətli kağızlar vasitəsilə Azərbaycanın qeyri-neft sektorunun maliyyələşdirilməsini genişləndirməkdir.
“Unicapital” İnvestisiya Şirkəti, qiymətli kağızlar bazarında mövqeyini günü-gündən artırmaqdadır. 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan Şirkət, yerli və xarici bazarlarda  qiymətli kağızlara yatırımı, qiymətli kağızların kapital bazarlarına buraxılması, habelə törəmə maliyyə alətləri ilə ticarət xidmətləri göstərir.

“Unicapital” İnvestisiya Şirkəti, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində Unicapital istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır. 

Axtarış

Məhsullar
Xəbərlər
Digər