117

Xəbərlər və aksiyalar

Unibank kartınla ödəniş et, 10% geri al!
24.02.2021

Bu günlərdə Unibank kartları ilə alış-veriş etmək daha da çox qazanc gətirəcək. 22 fevraldan etibarən Unibank müştəriləri əsl festival havasında olacaqlar. Çünki hər gün Unibank kart sahiblərini müxtəlif ticarət, xidmət mərkəzlərində sürprizlər gözləyir. “Kəşbək festivalı” müddətində Albalı Plus kredit kartı ilə edilən hər bir ödəniş zamanı ödənilən vəsaitin 10% -i kart sahibinin balansına geri qayıdacaq. “Kəşbək festivalı”nın harda və nə zaman baş tutacağını isə “Unibank”ın rəsmi saytını və sosial şəbəkələrini izləyərək xəbərdar olacaqsınız. Festivalın keçirildiyi dörd gün ərzində bankın feysbuk və instaqram səhifələrini izləməklə, həmin gün harda alış-verişin sizə 10% kəşbək qazandıracağından xəbər tutacaqsınız. Bu kampaniya bütün POS-terminallarda edilən ödənişlər üçün keçərlidir. 

Bazardakı bank kartlarının müqayisəsi göstərir ki, Unibank kartları ən çox kəşbək qazandıran kart məhsullarındandır. İndiyədək Unibank kart sahiblərinin qazandığı kəşbək məbləğinin həcmi 1,4 milyon manata yaxınlaşıb.


— 22 fevral tarixində bütün marketlərdə Albalı kredit kartı ilə alış veriş 10% cashback qazandıracaq. Marketlərdə bir müştəri üzrə maksimal cashback məbləği 20 Azn-dir. Festival ərzində maksimal cashback məbləği 50 Azn-dir.


— 23 fevral tarixində bütün yanacaq doldurma məntəqələrində Albalı kredit kartı ilə ödəniş 10% cashback qazandıracaq. Yanacaq doldurma məntəqələrində bir müştəri üzrə maksimal cashback məbləği 20 Azn-dir. Festival ərzində maksimal cashback məbləği 50 Azn-dir.


— 24 fevral tarixində bütün parfumeriya mağazalarında Albalı kredit kartı ilə alış-veriş 10% cashback qazandıracaq. Parfumeriya mağazalarında bir müştəri üzrə maksimal cashback məbləği 20 Azn-dir. Festival ərzində maksimal cashback məbləği 50 Azn-dir.


— 25 fevral tarixində bütün restoranlarda Albalı kredit kartı ilə ödəniş 10% cashback qazandıracaq. Restoranlarda bir müştəri üzrə maksimal cashback məbləği 20 Azn-dir. Festival ərzində maksimal cashback məbləği 50 Azn-dir.

Axtarış

Məhsullar
Xəbərlər
Digər