Uğurlarımızın mərkəzində dayanan vacib amillərdən biri əməkdaşlarımızın məmnuniyyətidir. Bu səbəbdən, Unibankda əməkdaşın öz bacarığını kəşf edib, özünü Unibank ailəsinin ayrılmaz bir hissəsi olaraq hiss edəcəyi, inkişafa açıq iş mühiti yaradılmışdır.
Zəhmətin qiymətləndirildiyi, iş və şəxsi həyatda bir çox sosyal imkanlara sahib olacağınız Unibankda, bank daxili keçirilən müxtəlif layihələrin əsas məqsədi əməkdaşların sosiallaşmasının artırılması, yeni dostluqların yaradılması, onların gərgin iş saatlarından sonra istirahətlərinin məzmunlu keçirilməsidir.