117

Təlim və İnkişaf

Karyera və iş həyatınız boyu Təlim və İnkişaf Mərkəzi əsas dostunuz və yol yoldaşınız olacaq!

Hər bir şirkətin qazancı və əsas kapitalı onun insan kapitalıdır, komandasıdır. Uğurlu şirkət isə savadlı və güclü peşakarların yetişdirilməsində daim maraqlı olmalıdır, məhz bu şirkət öz strategiyasının inkişafına və məqsədlərinə nail olacaq. Qeyd olunanları nəzərə alaraq, Unibank daim öz əməkdaşlarının təlim və inkişafı istiqamətində addımlar atmışdır. Bu istiqamətdə qürur duyacağımız Unibank Training & Development Center (T&D) (Unibank Təlim və İnkişaf Mərkəzi) var. Uniplazada yerləşən T&D müxtəlif təlim və seminarların keçirilməsi üçün mükəmməl şəraitə malikdir. Burada 15 yaxın bankdaxili təlimlər, o cümlədən daxili attestasiyalar, seminarlar keçirlir.  T&D hazırda aşağıdaki istiqamətlər üzrə bankdaxili təlimləri mütəmadi olaraq keçirir:


— Bank işi ilə tanışlıq

— Müştəri xidməti və davranış

— Kreditləşmə işi 

— Korporativ kreditlər və analitika

— Vergi işi və əsasları

— Mühasibatlıq

— Xarici dil kursları və s.


Hər il Unibankın Təlim və İnkişaf Mərkəzində yüzlərlə əməkdaşımız öz peşakar səviyyələrini, o cümlədən “soft” və “hard” kimi tanınan bacarıqlarını artırırlar. Məhz burada post trening analizlər zamanı, keçirilmiş treninglərin faydası və Banka təsiri üzrə analizlər aparılır.

Unibank Təlim və İnkişaf Mərkəzi Bankın insan kapitalının peşakarcasına formalaşdırlmasında böyük və önəmli rol oynayır.

Tədbirlərimiz

Müştəriyə Yönlənmiş Xidmətin Əsasları
21.07.2018
UniTalent Debate Tournament
13.07.2018
English Language
Classes
22.08.2018

Axtarış

Məhsullar
Xəbərlər
Digər