Unibank yeni inkişaf mərhələsinə qədəm qoyur
Bank sektorunda davamlı inkişafı, yeniliklərə açıq olması ilə fərqlənən Unibank, 2021-2023-cü il strategiyasına uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyur. Yeni mərhələnin əsas məqsədi, bankın bütün fəaliyyətini müştərinin ehtiyac və istəklərinə uyğunlaşdırmaqdır. Qarşıdakı illərdə bankın prioriteti müştərilərin istək və ehtiyaclarına fokuslanaraq, rəqəmsal və texnoloji transformasiyanı həyata keçirmək olacaq.
Unibank yeni bazar mövqeləndirməsi çərçivəsində loqo və sloqanını dəyişib. Bankın loqosu yeni hədəflərinə daha uyğunlaşdırılıb. Bankın yeni sloqanı isə “Unibank- Sənin Bankın” seçilib. Bankın yeni sloqanı da müştəriyə daha yaxın olmağı hədəfləyib.
17.05.2021
Unibankın mobil əlavəsində bonuslarını dəyiş, lotereyada qalib olmaq şansı qazan!
Unibank mobil əlavə istifadəçiləri üçün stimullaşdırıcı lotereya keçirir. “Unibank”ın mobil əlavəsi ilə sadəcə bank əməliyyatları etməklə lotereya iştirakçısı olub, qiymətli hədiyyələr qazana bilərsiniz. Lotereyada iştirak üçün uBankdakı bonuslarınızı şanslara dəyişin. Lotereyada iştirak etmək üçün mütləq uBank istifadəçisi olmaq lazımdır. İstər mövcud bönuslarınızı, istərsə də bundan sonra qazanacağınız bonusları şansa çevirmək mümkündür. Lotereya 1 may-31 may arasında keçirilir. Qaliblər 1 iyunda həyata keçirilən tirajda müəyyən ediləcək.
04.05.2021
Unibank birinci rübü mənfəətlə başa vurub
“Unibank” KB ASC 2021-ci ilin 1-ci rübünün maliyyə nəticələrini açıqlayıb. Bank rübü əksər sahələrdə müsbət göstəricilərlə başa vurub. Bu ilin 1-ci rübündə “Unibank”ın əldə etdiyi rüblük gəlir 2020-ci ilin ilk rübü ilə müqayisədə 16% artaraq 33 milyon manat olub. 31 mart 2021-ci il tarixə Bankın əldə etdiyi mənfəət isə (prudensial hesabat üzrə) 0,6 milyon manatdır. Bankın kapitalı da artaraq 98 milyon manata çatıb.
23.04.2021
“Unibank”ın təşkilatçılığı ilə “Clubhouse”da “Azərbaycanda Rəqəmsal Bankçılıq” mövzusu müzakirə edilib
“Unibank”ın təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “Clubhouse” platformasında aparıcı bankların rəhbərləri və Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktorunun iştirakı ilə “Azərbaycanda Rəqəmsal Bankçılıq” mövzusunda müzakirə keçirilib. Müzakirələrdə vurğulanıb ki, rəqəmsallaşma istiqamətində əhəmiyyətli irəliləyişlər müşahidə olunur. Son illərdə banklar tərəfindən bu istiqamət üzrə görülən işlər və tətbiq olunan yeniliklər hesabına bir çox bank xidmətlərinin məsafədən göstərilməsinə şərait yaradılıb və məsafəli bankçılıq xidmətlərindən aktiv istifadə edən müştərilərin sayı günü-gündən artmaqdadır.
02.04.2021
Albalı Plus debet kartını pulsuz əldə edin!
İndi Albalı Plus debet kartını “Unibank”dan pulsuz əldə edə bilərsiniz. Aksiya dövründə müştərilər sifariş zamanı karta minimum 50 AZN və ekvivalenti dəyərində olan məbləği ilkin mədaxil etməklə, ödənişsiz kart əldə edə bilirlər.
16.03.2021
Unibankın +2%-li əmanət kampaniyası davam edir
İndi “Unibank”da manat depozit hesabı açmaqla, əmanətinizdən +2% daha yüksək gəlir götürə bilərsiniz. İllik 12%-dək gəlir gətirən əmanətiniz (https://unbk.az/muddetli) etibarlı bankda qorunmaqla yanaşı, həm də qarşıdakı illərdə maliyyə təminatçınız olacaq.
12.03.2021
Unibank və Mastercard daha bir ilkə imza atdı
Unibank və Mastercard Azərbaycanda ilk dəfə olaraq, Mastercard kartları ilə Garmin saatlarından təmassız ödəniş imkanlarını təqdim edir.
11.03.2021
Ölkənin ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bankı məlum olub!
Unibank “Ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bank” nominasiyasının qalibi seçilib. Nominasiya Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən 2020-ci ilin nəticələrinə əsasən təqdim olunub.
04.03.2021
Unibank şəhid Tural Məmmədovun ailəsinə evi təqdim etdi
Unibank öz brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində ölkəmizin inkişafına, vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək olan vacib layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Bu layihələrdən biri torpaqlarımızın düşməndən azad olunması uğrunda canından keçmiş 21 yaşlı şəhidimiz Məmmədov Tural Taryel oğlunun ailə üzvlərinin Unibank tərəfindən evlə təminatıdır.
03.03.2021
Unibankda yeni təyinat olub
Unibank KB rəhbərliyinin qərarı ilə Əfqan Baxışov Baş Hüquq və Komplayens inzibatçısı vəzifəsinə təyin olunub.
02.03.2021
Unibank filialı yeni konseptdə və yeni ünvanda
İndi “İnşaatçılar” metrostansiyası ətrafında və yaxın ərazilərdə yaşayan sakinlər “Unibank”ın daha rahat və geniş filialının xidmətindən istifadə edəcəklər. Yeni ünvanda və yeni konsepsiya əsasında təmir edilən filial həm biznes, həm də pərakəndə müştərilərə xidmət edəcək.
02.03.2021
Unibank daha çevik idaretmə modelinə keçib
Bank sektorunda sürətli yeniliklərə və bazardakı müsbət dəyişikliklərə hər zaman ilk adekvat cavab verən banklardan olan Unibank, korporativ idarəçiliyində yenilik edib. Yeni idarəçilik modelinə əsasən, qərarların daha operativ verilməsi üçün bankda İcraedici Komitə yaradılıb.
01.03.2021
Unibank daha 3 mükafat qazanıb
Unibank 2019-cu və 2020-ci illər ərzindəki fəaliyyətinə görə mükafatlandırılıb. Bank Azərbaycan Banklar Assosiasiyasının ənənəvi “Bankçılıq Mükafatları – 2019/2020” mükafatının qalibləri siyahısındadır.
01.03.2021
Vacib xəbər
Kəskin hava şəraiti ilə bağlı olaraq, Unibankın bütün filialları bu gün (24.02.2021) saat 16:00-dək fəaliyyət göstərəcək.
24.02.2021
Unibank kartınla ödəniş et, 10% geri al!
Bu günlərdə Unibank kartları ilə alış-veriş etmək daha da çox qazanc gətirəcək. 22 fevraldan etibarən Unibank müştəriləri əsl festival havasında olacaqlar.
24.02.2021
Unibank hər kəs üçün 0% komissiyalı kredit kampaniyası keçirir
Unibank qış qayğılarınızı sıfırlamaq və yaz planlarınızı həyata keçirmək üçün sizə əla fürsət yaradır. İndi işindən, peşəsindən asılı olmayaraq, rəsmi gəliri olan hər kəs fevralın sonunadək “Unibank”dan 0% komissiyalı nağd kredit götürə bilər.
22.02.2021
Unibank müştərisi lotereyada Lexus avtomobili qazanıb
Unibank kartı öz sahibinin həyatını dəyişdi. Nail Qəhrəmanov “Mastercard Bravo alış-verişinizə şans qatır” adlı tirajlı stimullaşdırıcı lotereyanın sonuncu tirajının əsas qalibi olub.
02.02.2021
Unibank 2020-ci ili mənfəətlə başa vurub
“Unibank” KB ASC 2020-ci ilin maliyyə nəticələrini açıqlayıb. 31 dekabr 2020-ci il tarixə bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 11 milyon manat təşkil edib. Bankın kapitalı (prudensial üzrə) 97 milyona çatıb.
31.01.2021
Unibank “Qarabağ Dirçəliş Fondu”na 100.000 AZN vəsait köçürüb
Unibank öz brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində daha vacib bir lahiyəyə dəstək olub.
26.01.2021
Unibank müştəriləri üçün vacib məlumat!
Bundan sonra Unibank kart sahiblərinə bankın öz Kart Prosessinq Mərkəzində xidmət olunacaq. Bankın öz Prosessinq Mərkəzinə keçidlə əlaqədar olaraq, plastik kart əməliyyatlarında, bankın bütün teminallarının fəaliyyətində (ATM-lər, POS-terminallar, ödəmə terminalları) və uBank mobil tətbiqində qısamüddətli fasilə yarana bilər.
21.01.2021
Unicapital Azərbaycanda ilin ən yaxşı investisiya şirkəti seçilib
Böyük Britaniyanın “International Finance” jurnalının 2020-ci il üzrə araşdırmasına əsasən, «Unicapital İnvestisiya Şirkəti» ASC iki nominasiya üzrə qalib olub.
30.12.2020
Unibank şəhidin ailəsinə ev hədiyyə edir
Unibank torpaqlarımızın düşməndən azad olunması uğrunda canından keçmiş 21 yaşlı şəhidimiz Məmmədov Tural Taryel oğlunun ailə üzvlərini evlə təmin edəcək.
25.12.2020
Unibank hər kəs üçün endirimli onlayn kredit kampaniyası keçirir
Evinizdə, işinizdə oturaraq saniyələr ərzində onlayn kredit sifariş edin və sizə yaxın Unibank filialından dəqiqələr ərzində pulunuzu götürün. Həm səhhətinizi qoruyun, həm vaxtınıza qənaət edin, həm də 2% daha aşağı faizlə kredit götürün.
11.12.2020
Unibank hər kəs üçün 0% komissiyalı onlayn kredit kampaniyası keçirir
Aylardır yarımçıq qalan işlərinizi davam etdirməyiniz üçün Unibank 0% komissiyalı onlayn kredit kampaniyası keçirir. Unibank həm müştərilərin sağlamlığını düşünərək, həm də banklarda növbələrdə vaxt itirməsinlər deyə, kampaniya çərçivəsində onlayn kredit sifarişlərini komissiyasız edib.
23.11.2020
Unibank şəhid ailəsini himayəsinə götürüb
Unibank torpaqlarımızın düşməndən azad olunması uğrunda canından keçmiş şəhidimiz Quba rayonu, Zizik kənd sakini Allahyarov Şahin Hüseynbala oğlunun ailəsini himayəyə götürüb.
07.11.2020
Unibank 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub
“Unibank” KB ASC 2020-ci ilin 3-cü rübünün maliyyə nəticələrini açıqlayıb. 30 sentyabr 2020-ci il tarixinə Bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 11 milyon manat təşkil edib.
23.10.2020
Unibank kart məlumatlarının təhlükəsizliyi ilə bağlı maarifləndirici video çarx hazırlayıb
“Unibank”ın maarifləndirici çarxında günlük həyatımızdan götürülmüş sadə dialoqla, bir qədər də zarafatyana formada insanlara kart məlumatlarının kimləsə paylaşmağın nə qədər ciddi fəsadlara səbəb olacağı çatdırılır.
23.09.2020
Unibankdan müəllim və həkimlər üçün xüsusi təklif- 4% endirimli kredit
İndi “Unibank”dan kredit götürən bütün təhsil və səhiyyə işçiləri krediti illik faiz dərəcəsindən 4% daha aşağı faizlə rəsmiləşdirəcəklər.
10.09.2020
Unibank hər kəs üçün 0% komissiyalı kredit kampaniyası keçirir
Avqustun 25-dən başlayan hər kəs üçün 0% komissiyalı kredit kampaniyası aylardır təxirə saldığınız planlarınızı həyata keçirmək üçün əsl fürsətdir.
24.08.2020
Hesabı Unibank kartınla ödə, xərclədiyinin 10%-ni geri al!
Avqustun 22-dək (22-si daxil) ölkədaxili bütün kafe və restoranlarda Unibank kartları ilə edilən hər bir ödəniş zamanı ödənilən vəsaitin 10 %-i kartınıza geri qayıdacaq.
20.08.2020