117
UBank-da ödənişlər dövriyyəni artırır!
1 aprel tarixindən etibarən Unibank müştəriləri UBank tətbiqində etdikləri Kommunal, Kabel TV. İnternet və Mobil nömrələrin balans artırılması ödənişlərini etdikdə, ödənilən hər bir məbləğ onların aylıq dövriyyəsinə əlavə olunacaq.
08.04.2022
Unibankın ilk Rəqəmsal filialı fəaliyyətə başlayıb
Unibank məhsul və xidmətlərin rəqəmsallaşması yolunda daha bir addım atıb. Bank bütün xidmət və məhsullarını tamamilə rəqəmsal formada təqdim edən ilk rəqəmsal filialını müştərilərin ixtiyarına verib. “Azadlıq Prospekti” metrostansiyasının çıxışında, hər kəs üçün əlçatan filialda kredit rəsmiləşdirmək, debet kart əldə etmək və depozit hesabı açmaq mümkündür. Bütün bu proseslər isə nağdsız formada, kassa xidməti olmadan həyata keçiriləcək. Müştərilərə dərhal yerindəcə debet kart təqdim olunacaq, kredit kart balansında rəsmiləşdiriləcək, sürətli depozit hesabı açılacaq.
05.04.2022
Marketlərdə Apple Pay / Google Pay™/ NFC ilə ödə, 5% keşbek qazan!
Unibank Mastercard və Visa sahibləri üçün kampaniya təqdim edir. Kampaniya çərçivəsində istənilən marketdə alış-veriş zamanı Apple Pay / Google Pay™/ NFC / Garmin Pay vasitəsilə edilən minimum 10 AZN və daha yuxarı məbləğdə edilən hər bir ödəniş müştərilərə 5% dəyərində keşbek qazandırır.
01.04.2022
Unibank promo məhsulların çap işləri üçün tender keçirir
Unibank KB promo məhsulların çap işləri (zərf, stiker, buklet, polietilen) üçün tender keçirir. Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Hüseynovun adına göndərməlidirlər.
29.03.2022
Artıq Unibank müştəriləri kartı ATM-ə daxil etmədən pul çıxara bilərlər!
Artıq Unibank müştəriləri bir çox ATM-lərdən kartı daxil etmədən pul çıxara və mədaxil edə bilərlər. Bunun üçün sadəcə bank kartını kartoxuyucuya yaxınlaşdırmaq kifayətdir.
16.03.2022
Unibankla ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Bu gün “Unibank” KB ASC ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədin imzalanmasında əsas məqsəd tərəflər arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin təmin edilməsidir. Memorandumu “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov və ADA Universiteti Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev imzalayıblar. Natiq Hacıyev ADA Universitetinin təhsildə rəqəmsal həllərin tətbiqi üzrə əldə etdiyi təcrübəsinə dair məlumat verib. Natiq Hacıyev çıxışı zamanı qeyd edib ki, “Unibank” biznes mühitində innovativliyi ilə seçildiyindən bu gün imzalanan əməkdaşlıq sənədi hər iki qurumun maraqlarını əks etdirir.
15.03.2022
Bütün müştərilərin nəzərinə!
Nəzərinizə çatdırırıq ki, “VISA” və “Mastercard” ödəniş sistemləri Rusiya bazarında fəaliyyətini dayandırdıqları üçün Azərbaycan banklarının, həmçinin Unibankın kartları Rusiya ərazisində işləməyəcək.
09.03.2022
Unibankdan bütün xanımlara PULSUZ debet kart!
Unibank xanımlar üçün Albalı debet kartını PULSUZ təqdim edir. Kampaniya 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilir.
04.03.2022
Unibank yeni filialda İT, təhlükəsizlik və elektrik işləri üçün tender keçirir
Unibank Kommersiya Bankı yeni açılacaq filialında İT, təhlükəsizlik və elektrik işlərinin görülməsi üzrə tender keçirir. Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Hüseynovun adına göndərməlidirlər.
03.03.2022
Unibank "Hər yerdə FAİZSİZ taksit!" kampaniyası keçirir
Unibank müştəriləri üçün 1-8 mart tarixində "Hər yerdə FAİZSİZ taksit!" kampaniyası keçirilir.
01.03.2022
Unibankdan Visa Platinum kartını PULSUZ əldə et!
Unibank müştəriləri üçün "PULSUZ Visa Platinum" aksiyası keçirilir. 28 fevral - 5 mart tarixlərində müştərilər istənilən Unibank filialında sifariş zamanı hesabına 1000 AZN dəyərində məbləği mədaxil etməklə Visa Platinum kartını PULSUZ əldə edə bilərlər.
27.02.2022
Unibank mükafat alıb
Unibank 2021-ci il ərzindəki fəaliyyətinə görə mükafatlandırılıb. Bank, Azərbaycan Banklar Assosiasiyasının ənənəvi “Bankçılıq Mükafatları –2021” mükafatının qalibləri siyahısındadır.
25.02.2022
Unibank Palo Alto 3260 avadanlıq və lisenziyalarının alınması üzrə tender keçirir
Unibank 3 ədəd 3 illik lisenziyalarla Palo Alto 3260 avadanlıq və lisenziyalarının alınması üzrə tender keçirir. Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Hüseynovun adına göndərməlidirlər.
25.02.2022
Unibankın 7 faizlik ipoteka kampaniyası davam edir
İpoteka kreditini 1% daha ucuz əldə etməklə, kreditin məbləğindən asılı olaraq, ümumi kredit ödənişi dövründə 10-15 min manat əlavə faiz ödənişindən azad olursunuz. İpoteka kreditini 1% endirimlə əldə etməklə, aylıq ödənişləriniz də 40-50 manat azalır.
25.02.2022
Unibank təmir-tikinti işləri üzrə tender keçirir
Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Hüseynovun adına göndərməlidirlər.
22.02.2022
Unibank Microsoft lisenziyalarının alınması üçün tender keçirir
Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Hüseynovun adına göndərməlidirlər.
17.02.2022
Unibankdan "Sevgililər günündə" 14% keşbek!
Unibank müştəriləri üçün "Sevgililər günü" münasibətilə xüsusi kampaniya keçirir.
12.02.2022
Unibank "Bölünən ürəklər deyil, taksitlər olsun!" kampaniyası keçirir
Unibank müştəriləri üçün 10-14 fevral tarixində "Bölünən ürəklər deyil, taksitlər olsun!" kampaniyası keçirilir.
09.02.2022
Unibank KB ASC texniki avadanlıq və proqram təminatı alınması üzrə tender elan edir
Tenderdə iştirak etmək istəyən şirkətlər şəhadətnamə, çıxarış və müqaviləni imzalayacaq şəxsin səlahiyyətini təsdiq edən sənədi “Unibank”ın Baş ofisinə - Rəşid Behbudov 55 ünvanına tender komissiyanın sədri Faiq Hüseynovun adına təqdim etməlidirlər.
04.02.2022
Unibankdan Gənclər Günü münasibətilə bank kartlarını pulsuz alın!
Unibank 2 fevral- Gənclər günü münasibəti ilə debet kartları hər kəs üçün pulsuz edib. Fevralın 2-dən 4-dək davam edən kampaniya çərçivəsində Unibank filiallarına müraciət edən hər kəs, pulsuz debet kart əldə edə biləcək. Sadəcə şəxsiyyət vəsiqənizlə sizə yaxın Unibank filialına müraciət etməyiniz kifayətdir.
02.02.2022
Unibank müştəriləri Trendyol-da alış-verişdən 5% keşbek qazanır!
2-6 fevral tarixində Unibank müştəriləri üçün keşbeklərlə bol kampaniya keçirilir
01.02.2022
Unibank müştərilər üçün "ƏDV-ni Geri Al, 10 qat bonus qazan!" aksiyası keçirir
Aksiya çərçivəsində XX tarixindən etibarən müştərilər UBank tətbiqi vasitəsilə yüklədikləri qəbzlər üzrə qazandıqları ƏDV məbləğinin 10 qatı miqdarında UBank bonusu qazanacaqlar.
28.01.2022
Unibankın 20 milyon manatlıq istiqrazı uğurla yerləşdirilib
“Unibank” KB ASC -nin ümumi dəyəri 20 milyon manat olan istiqrazlarının uğurla yerləşdirilməsi başa çatıb. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 9 iştirakçı tərəfindən alınıb. Sayı 20 min ədəd olan istiqrazların hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 9%, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 18 aydır. Emissiyanın təşkilatçısı və marketmeykeri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
27.01.2022
Unibankın aktivləri 1 milyardı keçdi
“Unibank” KB ASC 2021-ci il üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. 31 dekabr 2021-ci il tarixinə Bankın əməliyyat mənfəəti 22 milyon manat təşkil edib. İl ərzində qazanılmış faiz gəlirləri 121 milyon manatı ötüb, qeyri-faiz gəlirləri isə 40 milyon manata çatıb. Bununla da Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 29%, faiz gəlirləri isə 38% artıb
26.01.2022
Leobank rəqəmsal bankı seçən istifadəçilərin sayı artıq 100 000 nəfərə çatıb
Bildiyiniz kimi, “Leobank”ı seçən istifadəçilərin sayı bu yaxınlarda artıq 100 000 nəfərə çatıb. Siz bu yazını oxuyarkən, bu rəqəm sürətlə artmaqda davam edir. Rəqəmlər mövzusuna toxunmuşkən “Leobank”ın fəaliyyəti ilə bağlı bəzi real faktları sizinlə bölüşmək istərdik. “Leobank”ın mobil tətbiqindən bir gündə 35 400 müştəri istifadə edir, aktiv istifadəçilərin sayı isə həftədə 81 000-ə çatır. Bu təəccüblü deyil, çünki Leobank komandası çox rahat bir tətbiq hazırlayıb və bunun sayəsində müştəri bütün xərclərini rahat idarə etmək imkanı əldə edir. Bundan əlavə, bütün iş dövrü ərzində Leobank 200 000 000 manat məbləğində 3 200 000-dən çox əməliyyat həyata keçirib. Ən əsası isə Leobank artıq müştərilərinə 260 000 AZN-dən çox keşbek ödəyib!
21.01.2022
Unibank ipoteka faiz dərəcəsini endirib
Unibank ipoteka kreditləri üzrə faiz dərəcəsini aşağı salıb. Mənzil arzusunu reallaşdırmaq istəyənlər üçün indi əsl fürsətdir. Aprelin 30-dək davam edən kampaniya çərçivəsində “Unibank”dan ipoteka kreditlərini 1% daha aşağı faizlə - illik 7% -lə götürə bilərsiniz. Bu kampaniya həm müştərilərin aylıq ödənişlərinin, həm də faiz ödənişlərinin azalmasına imkan yaradacaq. Kampaniyanın şərtləri haqda daha ətraflı məlumatı bu linkdən (http://unbk.az/ipoteka) öyrənə bilərsiniz. Kampaniyadan indi istifadə edin ki, ipoteka kreditləri üzrə ayrılmış limitdən faydalananlardan olasınız! Qeyd edək ki, Unibank 2006-cı ildən Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasındadır. Ötən il ipoteka kreditlərinin verilməsi sahəsində bank bu illər ərzində ən yüksək göstərici əldə edib. 2021-ci ildə ümumilikdə 150 nəfərə 10 milyon manatdan çox ipoteka krediti verilib.
19.01.2022
Unibank “Yeni il” lotereyasının qaliblərini açıqladı
“Yeni il” tirajlı stimullaşdırıcı lotereyasının qalibləri tiraj komissiyasının iştirakı ilə xüsusi kompüter proqramı vasitəsi ilə seçilib. Nəticələrə əsasən, 5 nəfər qalib müəyyən edilib. Əsas hədiyyənin qalibi iPhone 13 256 GB Midnight və Premium kart, digər 4 qalib isə Unibank-dan Premium kart qazanıb.
14.01.2022
Apple Pay / NFC ilə ödə, 1 AZN keşbek qazan!
Unibank, Mastercard sahibləri üçün yeni kampaniyanı təqdim edir. 31 martadək davam edəcək kampaniya çərçivəsində istənilən marketdə alış-veriş zamanı Apple Pay / NFC vasitəsilə edilən minimum 5 AZN dəyərində hər bir ödəniş müştərilərə 1 AZN dəyərində keşbek qazandıracaq.
14.01.2022
Unibank kapitallaşmanı uğurla başa çatdırıb
Unibank bu il üçün nəzərdə tutulan kapitallaşma proqramını uğurla başa çatdırıb. Səhmdarların qərarı ilə həyata keçirilən kapitallaşma prosesinin yekunlaşması nəticəsində, Bankın məcmu kapitalı ümumilikdə 30 milyon manatdan çox artıb. Kapitallaşma proqramı iki komponentdən ibarət idi: -Subordinasiya borcunun cəlb olunması yolu ilə -Əlavə səhm buraxılışı ilə Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımı müvəffəqiyyətlə icra edilib. Subordinasiya borcunun cəlb olunması istiqaməti üzrə “Unibank” Kommersiya Bankı tərəfindən 15 milyon ABŞ dolları məbləğində istiqraz buraxılışı həyata keçirilib. Hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 15 000 ədəd istiqrazın satışından Bank 25,5 milyon manat vəsait əldə edib. Bu proses oktyabrda yekunlaşıb.
30.12.2021
Unibankın İdarə Heyətində yeni təyinat olub
“Unibank KB” ASC Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Heybət Qədirov İdarə Heyətinin üzvü və İcraçı direktorun birinci müavini vəzifəsinə təyin edilib. O, İdarə Heyətinin üzvü kimi Bankın Pərakəndə biznes və Marketinq sahələrini kurasiya edəcək. Bu təyinatadək isə Bankda Pərakəndə biznes üzrə Baş inzibatçı vəzifəsində çalışıb. Heybət Qədirov 2008-ci ildən Unibank komandasının üzvüdür.
30.12.2021

Axtarış

Məhsullar
Xəbərlər
Digər