-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tirajın bitməsinə az qaldı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117
Unibank istiqrazlarının hərrac tarixi açıqlanıb
24.11.2022

1 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC-nin ümumi dəyəri 12 milyon ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. İstiqrazlarının yerləşdirilməsi 30 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 12 min ədəd, hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 8%,  tədavül müddəti 6 ildir. Kupon faizlərin ödəniş müddəti hər 90 gündən bir həyata keçiriləcək.

Axtarış

Məhsullar
Xəbərlər
Digər