4 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin AZ1003002024 dövlət qeydiyyat nömrəli, 11 milyon 900 min manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi yekunlaşıb. Birja-nın yaydığı məlumatda deyilir ki, abunə yazılışı zamanı anderrayterə 10 investor tərəfindən 10 sifariş təqdim edilib. Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 11 milyon 900 min manat, səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi də 11 milyon 900 min manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.