Unibank KB Dynatrace Software Intelligence Platform İT avadanlığının alınması üçün tender keçirir. Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Hüseynovun adına göndərməlidirlər. Zərflərin qəbulu üçün son tarix 11.11.2022-ci il, saat 12.00-dır.
Ünvan: R.Behbudov 55, Unibankın Baş ofisi.
Qeyd: Tenderdə qalib gələn şirkət həmin alqı-satqı ilə bağlı hesabı “Unibank” KB ASC-də açmalıdır.
Tələb olunan texniki şərtlər belədir: Dynatrace Software Intelligence Platform, Dynatrace Software Intelligence Platform, tələb olunan lisenziya sayı: 43
Bu şərtlər avadanlıqlar üçün tələb olunan ən minimal tələblərdir. Təkliflərdə çatdırılma müddəti və avadanlıqların markalarının qeyd olunması mütləqdir.
Tenderin şərtləri ilə bağlı hansısa sual yaranarsa, iştirakçılar [email protected] elektron ünvanlarına müraciət edə bilərsiniz.