Frontclear Unibank KB ilə AZN/USD -də çatdırılmayan kross-valyuta svop (NDCCS) sazişini təşkil edib və strukturlaşdırıb. Bu saziş “Unibank”ın ABŞ dolları üzrə öhdəliklərini effektiv şəkildə manat öhdəliyinə çevirmək imkanı yaradır, bu isə bankın müştərilərinin milli valyutada maliyyələşdirilməsi imkanlarını daha da artıracaq.
NDCCS əməliyyatı Baş ISDA Müqaviləsinə əsasən sənədləşdirilib. Frontclear-ın sövdələşməni səmərəli təşkili və strukturlaşdırması ilə Azərbaycanda ləğvetmə nettinqi ilə əlaqəli olan bəzi hüquqi məsələlərə də aydınlıq gətirildi.
“Biz Azərbaycanda daha bir ISDA törəmə əməliyyatını həyata keçirməkdən və Azərbaycanın pul bazarlarının inkişafını daha da irəli aparmaqdan məmnunuq. Bu sövdələşmə dünya bazarlarında oyunçuların Azərbaycan bazarına çıxış imkanlarını genişləndirir və ölkədə bu cür əməliyyatların hüquqi risklərini azaldır. Bizim iştirakımız Azərbaycanda bu istiqamətdə ən yaxşı təcrübələri təbliğ edir”. – Andrey Şinkeviç, “Frontclear”ın baş vitse-prezidenti
Unibank KB-nin İdarə Heyətinin sədri Faiq Hüseynov isə hesab edir ki, Frontclear və TCX kimi mötəbər təşkilatlarla əməkdaşlıq, bankın müştəriləri üçün yeni imkanlar yaradacaq: “Biz çox şadıq ki, NDCCS əməliyyatı “Unibank”ın strategiyasında mühüm hədəflərdən biri olan yerli biznesin maliyyələşdirilməsi üçün yeni fürsətlər açır. Bu müqavilə korporativ müştərilərimizi ucuz və aşağı riskli maliyyə resursları ilə təmin etmək üçün daha çox imkanlar yaradacaq. Beləliklə, Unibank real iqtisadiyyatın inkişafına dəstəyini daha da artıra biləcək”.
“Biz Frontclear ilə əməkdaşlıqdan məmnunuq, çünki TCX-yə “Unibank”ın öz ABŞ dolları öhdəliklərini AZN-ə dəyişdirmək yolunu təklif etmək imkanı yaradıb. Bu təklif “Unibank”a öz müştərilərinin milli valyutada maliyyələşdirilməsi tələbini ödəməyə imkan verir. Frontclear kredit və hüquqi riskləri əhatə etdiyi üçün TCX də bu tərəfdaşlığın benefisiarıdır. Hal-hazırda TCX-nin qarşısında Fondun uzunmüddətli münasibətlərinə xidmət edən, gələcəkdə daha rahatlıqla birbaşa əlaqələrə girməsi və tərəfdaşlarla birbaşa əlaqələr qurmaq üçün imkanlar açılır.– Jerome Pirouz, strukturlaşdırma üzrə baş vitse-prezident, TCX
Frontclear haqqında
Frontclear Amsterdam yerləşən maliyyə inkişaf inistutudur. Frontclear Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Hollandiyanın FMO inkişaf bankı, Financial Sector Deepening Africa (FSDA), Fransız İnkişaf Bankı Proparco, Valyuta Mübadilə Fondu (TCX) daxil olmaqla, Avropa inkişaf maliyyə institutları, Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) və Almaniya İnkişaf Əməkdaşlıq Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilir. Frontclear-ın zəmanətləri AAA reytinqli Alman İnkişaf Bankı olan KfW tərəfindən əks-zəmanət verilir. Frontclear-ın inkişaf mandatı qarşı tərəfin kredit riskini ödəmək üçün maliyyə zəmanətlərinin təmin edilməsi yolu ilə inkişaf etməkdə olan və sərhəd bazarlarında daha sabit və inklüziv maliyyə bazarlarını katalizləşdirməyə yönəlib. Frontclear həmçinin maliyyə infrastrukturunun, hüquqi mühitin, habelə yerli bazar iştirakçılarının bacarıq və potensialının inkişafı üçün texniki yardım təklif edir. Frontclear haqqında ətraflı məlumatı www.frontclear.com səhifəsindən ala bilərsiniz.
Unibank haqqında
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycanın iri özəl banklarından biridir. Bank paytaxtda və regionlarda geniş xidmət şəbəkəsinə malikdir. 30 ildir fəaliyyət göstərən Unibank, 1 milyondan çox fərdi və korporativ müştəriyə xidmət göstərir. Unibank uğurlu kommersiya fəaliyyətinə və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. Bank haqqında ətraflı / səhifəsindən öyrənə bilərsiniz.
TCX haqqında
TCX bu cür məhsulların mövcud olmadığı və ya əlçatan olmayan 100-dən çox maliyyə bazarında uzunmüddətli valyuta svopları və forvard təklifləri təklif edən qlobal inkişaf maliyyə təşəbbüsüdür. Fond 2007-ci ildə fəaliyyətə başlayıb və o vaxtdan bəri 11 milyard ABŞ dollarından çox yerli valyuta kreditləri üçün hedcinq alətləri təqdim edib. 2021-ci ilin sonuna fondun portfeli 1,2 milyard ABŞ dolları fondun kapitalı ilə dəstəklənən 55 valyutada yayılmış 5 milyard ABŞ dolları təşkil etmişdir. TCX S&P tərəfindən tək A və Moody's tərəfindən A1 olaraq qiymətləndirilib. https://www.tcxfund.com/