Mil kartları
Mil kartları səyahət etməyi sevənlər üçün əsl fürsət hesab oluna bilir. Bu kartlar vasitəsilə gündəlik alış-veriş edildiyi zaman millər toplanır ki, daha sonra bu millər ilə bilet almaq mümkün olur. Unibank-ın təklif etdiyi mil kartı olan Unimiles sənin üçün inanılmaz təkliflərlə gəlir. Bu kartı əldə etməklə, üstünlüklərindən faydalana və toplanmış millərlə arzu etdiyin ölkəyə səyahət edə bilərsən.
Bəs mil kartları bizə nə qazandırır?
Mil kartları qeyd etdiyimiz kimi bizə səyahət imkanı təqdim edir. Bununla yanaşı isə Unimiles yalnız toplanmış millərlə bilet almaq fürsətini təqdim etmir, eyni zamanda bu kartla səyahətlərini daha komfortlu və sərfəli edə bilərsən. Unimiles kart sənə istənilən hava yollarına aid aviabiletləri millərlə dəyişmək, özünə və ya başqasına pulsuz bilet almaq imkanı təqdim edir Bundan başqa kart vasitəsilə ildə bir dəfə 1–11 gün üçün pulsuz səyahət sığortası, səfirliyə təqdim üçün pulsuz arayış, aylıq və gündəlik çıxarışlar, eləcə də Unibank UTM-lərində komissiyasız nağdlaşdırma mümkündür. Mil kart sahiblərinə əlavə olaraq Lounge Key zalına giriş imkanı verilir (keçid başına 30 USD qarşılığında) və xoşgəldin hədiyyəsi olaraq 1000 mil təqdim edilir. Lakin unutmamaq lazımdır ki, kartla bağlı sığortaya ən az 7 gün əvvəl müraciət olunmalıdır. Unibank-ın mil kartları kateqoriyasında olan Unimiles statuslu bu kartla səyahət və maliyyə üstünlükləri bir aradadır. Bəs nəyi gözləyirsən? Elə indi sifariş ver!
Mil Kartları Nədir və Necə İşləyir?
“Unimiles” kartı nağdsız ödənişlər zamanı istifadəçiyə "mil" adlanan bonuslar qazandıran kart növüdür. Bu kartların əsas iş prinsipi gündəlik xərcləri səyahət fürsətlərinə çevirməkdir. İstifadəçi mil kartı ilə mağazalarda və ya onlayn platformalarda ödəniş etdikdə, bank xərclənən məbləğə uyğun olaraq millər hesablanır. Hər uyğun əməliyyatdan sonra yığılan bu milləri şəxsi kabinet vasitəsilə izləmək mümkündür. Kifayət qədər mil toplandıqdan sonra onlardan aviabilet almaq üçün istifadə edilir. Millərin istifadə mexanizmi fərqli ola bilər, məsələn, bəzi kartlar toplanan milləri birbaşa biletə dəyişməyə imkan verdiyi halda, digər proqramlarda istifadəçi əvvəlcə bileti öz vəsaiti ilə alır, daha sonra isə xərclənən məbləği milləri ilə əvəzləşdirərək ödənilən pulu kart hesabına geri qaytarır. Beləliklə, mil kartı gündəlik alış-verişi səyahət bonuslarına çevirən praktik bir maliyyə aləti funksiyasını yerinə yetirir.
show more
show less