-
gün
-
saat
-
dəqiqə
-
saniyə
3-cü tiraj başladı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, Toyota Corolla Cross avtomobili, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117

İstifadə qaydaları

•  Kartı aldıqdan dərhal sonra, onun arxa tərəfində öz imzanın nümunəsini qoy.
•  Öz FEN-kodunu üçüncü şəxslərə bildirmə.
•  Heç vaxt FEN-kodu kartın üzərində yazma və FEN-kodu kartla bir yerdə saxlama.
•  Heç vaxt plastik kartı üçüncü şəxslərə vermə. Zərurət olduqda, sənin qohumlarına və yaxınlarına hesabında olan pul vəsaitindən istifadə etmək imkanı verən, əlavə kart rəsmiləşdir.
•  Kart itirilən zaman ləngimədən onu bloklaşdırmaq lazımdır.
•  Həftədə bir dəfədən az olmayaraq, kart hesabındakı pul vəsaitinin hərəkətini yoxla. Öz kartından istifadə etdikdən dərhal sonra, hesabın üzrə yerinə yetirilmiş əməliyyatlara xüsusi diqqət yetir.
•  Hesabın üzrə hərəkətə daimi nəzarətin həyata keçirilməsi və kart üzrə hərəkətlər barədə onlayn SMS məlumatlandırma, UBank və  İnternet-bankinq xidmətindən istifadə etməyi tövsiyə edirik. Əgər xaricdəsənsə və rouminq xidmətinə qoşulmamısansa, tranzaksiyalara nəzarət olunması üçün  yaxınlarının telefon nömrələrini təqdim et.
•  Səndə maqnit kartıdırsa, onun çip-karta dəyişdirilməsi üçün bank-s müraciət et.
•  Bankın tövsiyələrinə uyğun plastik kartdan gündəlik istifadə limitini seç. Limitin dəyişdirilməsi zərurəti yarandığı hallarda bank-a ən azı 1 iş günündən əvvəl müraciət et.

-Sənin VISA Chip kartlarından CEMEA (Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika) regionunun hüdudlarından kənarda yerləşən ölkələrdə və Sənin Visa Canada və Visa Europe, habelə MasterCard Chip kartlarından (Maestro kartından 31.12.2010-ci ildən sonra) Avropanın və Kanadanın hüdudlarından kənarda yerləşən ölkələrdə, Latın Amerikasında (bütün brendlərdən olan kartlar üçün: Meksika – 2011-ci ilin avqustu POS-terminallar üçün və 2014-cü ilin sentyabrı bankomatlar üçün), SAMEA-da (Cənubi Asiya (bankomatlar sisteminə ancaq Pakistan daxil edilmişdir), Orta Şərq, Afrika) və AP-də (Asiya və Sakit okean regionu: bankomatlar üzrə əməliyyatlar istisna edilməklə) istifadə zamanı olduqca ehtiyatlı ol, çünki EMV Öhdəliklərin Ötürülməsi Qaydaları ancaq yuxarıda xatırlanan regionlarda qüvvədədir. Əlavə məlumat üçün sən göstərilən regionlara daxil olan ölkələrin siyahısını əldə etməlisən. EMV Öhdəliklərin Ötürülməsi Qaydaları –maqnit zolaqlı kartlar üçün, çipə qaytarılma əməliyyatı olmadan, nəzərdə tutulmuş terminallarda (POS-terminallarda və bankomatlarda) möhtəkirlik əməliyyatlarının yerinə yetirildiyi hallarda, ekvayerin kartı buraxan tərəf qarşısında maliyyə öhdəliklərini tənzimləyən məsuliyyətdir. Bu məsuliyyət özünə həm də FEN-kod vasitəsilə ticarət sövdəsinin təsdiqini daxil edir.


-Hesabda pulların avtorizasiya edilmədən çıxarılması haqqında azacıq da olsa şübhə yarandıqda, bizim bankla əlaqə yarat. Burada müqavilənin müəyyən edilmiş müddəti və şərtlər qüvvədədir. Bank sənin hesabla bu cür avtorizasiya edilməmiş əməliyyata qarşı iddia qaldırmaq qabiliyyətinə malik ola bilər.

Bank, müştərinin karta səhlənkar münasibəti, müştəri tərəfindən yuxarıda göstərilən qaydaların pozulması və üçüncü şəxslərin qeyri-qanuni hərəkətlərin yerinə yetirilməsi nəticəsində meydana çıxan itkilər üçün heç bir məsuliyyət daşımır.

-Qanunvericilik dəyişikliklərinə əsasən qumar oyunları üzrə (Azərbaycanda keçirilən qanuni lotereya və mərc oyunları istisna olmaqla) bank əməliyyatlarının aparılması dayandırılmışdır.

-Rubl valyutasının məzənnəsində baş verən kəskin dəyişikliklərlə əlaqədar olaraq, hazırda bu valyutada daxil olmalar zamanı məbləğin 10% hissəsi, əməliyyatın hesablaşması yekunlaşanadək bloklaşdırılır. Hesablaşma baş verdiyi gün məzənnə fərqi yaranmadığı təqdirdə bloklaşdırılmış məbləğ sənə geri qaytarılacaq.


Axtarış

Məhsullar
Xəbərlər
Digər