Unibank kartını almaq üçün azı 8 səbəbiniz var
Pulunuzu xərcləyəndə də, xərcləməyəndə də qazandıran pulsuz kart almaq istəyirsinizsə, “Unibank”a müraciət etməyin əsl vaxtıdır. Kartı bank filialına gələrək elə yerindəcə və yaxud istənilən yerdən UBank vasitəsilə sifariş edə bilərsiniz.
06.12.2021
Unibank şəhid və qazi ailələrinə dəstək olmaqda davam edir
Unibank özünüməşğulluq layihəsi çərçivəsində şəhid və qazi ailələrinin şəxsi bizneslərinin yaradılması prosesində fəal iştirak edir. Bank layihənin ikinci mərhələsində paytaxt və bölgələrdə yaşayan 7 nəfər qazi və şəhid ailəsini müxtəlif avadanlıqlar və heyvandarlıq paketləri ilə təmin edib.
02.12.2021
Unibank rəhbərliyində yeni təyinat olub
“Unibank KB” ASC Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Fərid Abuşov İdarə heyəti sədrinin birinci müavini təyin edilib.
25.11.2021
Unibankda "Narıncı cümə" kampaniyası keçirilir
Bütün dünyada Noyabr ayının sonuncu cüməsi “Qara cümə” olaraq qeyd olunur. Bu münasibətlə Unibank, müştəriləri üçün 25-28 noyabr tarixində “Narıncı cümə” kampaniyasını keçirir.
Kampaniya şərtlərinə əsasən Trendyol.com saytında alış-veriş zamanı Unibank kartları ilə edilən ödənişlər müştərilərə 5% keşbek, Albalı kredit kartı ilə ödəniş etdikdə isə əlavə olaraq 3 ay FAİZSİZ, hissə-hissə ödəmək imkanı təqdim olunacaq.
24.11.2021
Unibankın şəhid ailələri ilə bağlı layihəsi ən yaxşı KSM layihələrindən biri seçilib
Unibank “Milli KSM mükafatı - 2020” müsabiqəsinin qalibi seçilib. Ölkəmizdə artıq üçüncü dəfədir təşkil edilən müsabiqədə Unibank hər zaman qaliblər sırasında olub. Budəfəki Milli KSM mükafatı Zəfər ili kimi tariximizə yazılan 2020-ci ildə Bank tərəfindən şəhid ailələri ilə bağlı həyata keçirilən müxtəlif layihələrə görə verilib. “Unibank”ın şəhid ailələri ilə bağlı həyata keçirdiyi layihə müsabiqə komissiyasının qərarı ilə 2020-ci ilin ən yaxşı Korporativ Sosial Məsuliyyət layihələrindən biri seçilib. Layihə BMT-nin 17 dayanıqlı inkişaf məqsədlərindən biri “Məqsədlər üçün tərəfdaşlıq” istiqamətinə uyğun olduğu üçün mükafat alıb.
05.11.2021
Unibank Visa kart sahibləri Apple Pay ödənişləri ilə keşbek və müxtəlif hədiyyələr qazanır!
31.12.2021 tarixinədək Unibank Visa kart sahibləri Apple Pay vasitəsilə edilən ödənişlərə görə müxtəlif məkanlarda yüksək keşbek, endirim kuponları və hədiyyələr qazanırlar.
Bunun üçün sadəcə Unibank Visa kartını UBank tətbiqi üzərindən Apple Pay-ə əlavə etmək, iPhone smartfonu və Apple Watch ilə ödəniş etmək kifayətdir.
02.11.2021
Unibank Mastercard kartları Apple Pay ilə edilən ödənişlər üzrə keşbek qazandırır
Unibank Mastercard kartları Appe Pay ilə edilən ödənişlər üzrə keşbek qazandırır
Unibank Mastercard kart sahibləri Apple Pay vasitəsilə marketlərdə alış-veriş edərkən ümumilikdə 5 AZN keşbek qazana bilirlər.
Kart sahibi ilk ödəməsi üçün 1 AZN, ikinci ödəməsi üçün 1 AZN, üçüncü ödəməsi üçün 3 AZN keşbek qazanacaq.
Maksimum 3 aməliyyat üzrə və 5 AZN dəyərində keşbek qazanmaq mümkündür. Hər ödənişin məbləği minimum 5 AZN olmalıdır
02.11.2021
Apple Pay artıq Unibank və Leobank kart sahibləri üçün əlçatan olur
iPhone və Apple Watch ilə ödənişin daha təhlükəsiz, əmin və məxfi yolu.
Bu gündən etibarən Unibank və Leobank kart sahibləri Apple Pay vasitəsilə ödəmələri daha təhlükəsiz, əmin və məxfi şəkildə edə bilərlər. Apple Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pulu əldən-ələ ötürmədən ödəniş etmək imkanını qazanırlar. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-un innovativ texnologiyaları ilə təmin olunur.
02.11.2021
Unibank 3-cü rübü də mənfəətlə başa vurub
“Unibank” KB ASC 2021-ci ilin ilk 9 ayının maliyyə nəticələrini açıqlayıb.
30 sentyabr 2021-ci il tarixinə Bankın əməliyyat gəlirləri 116 milyon manat təşkil edib. İlin ilk 9 ayında qazanılmış faiz gəlirləri 87 milyon manat, qeyri-faiz gəlirləri isə 29 milyon manat olub. Xüsusi vurğulamaq lazımdır ki, Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 48% artıb.
26.10.2021
Unibank özünüməşğulluq layihəsində daha 3 ailəyə dəstək olub
Unibank özünüməşğulluq layihəsi çərçivəsində ölkə vətəndaşlarının şəxsi bizneslərinin yaradılması prosesində fəal iştirak edir. Bu günlərdə daha 3 ailəyə Unibank tərəfindən belə dəstək göstərilib. Bakı sakini,Vətən müharibəsi iştirakçısı Namizəd Azayev, Neftçala sakini Ceyhun Kazımov və Bakı sakini Vüsal Niyazov öz şəxsi bizneslərini qurmaq üçün Bank tərəfindən lazımi avadanlıqlarla təmin olunublar.
06.10.2021
Unibank özünüməşğulluq layihəsində daha 3 ailəyə dəstək olub
Unibank özünüməşğulluq layihəsi çərçivəsində şəhid və qazi ailələrinin şəxsi bizneslərinin yaradılması prosesində iştirak edir. Bu günlərdə daha üç ailəyə Unibank tərəfindən belə dəstək göstərilib. Şəmkirdə yaşayan şəhid ailələri Zabit Məmmədova və İlqar Məmmədova, Bərdə sakini, Aprel döyüşlərinin qazisi Vasif Babayevə Unibank tərəfindən heyvandarlıq paketləri hədiyyə edilib.
Qeyd edək ki, Unibank ötən ildən həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
06.10.2021
Unibankın mobil əlavəsindən “Contact”la pul köçürmək çox sərfəlidir
Banka getmədən, istədiyiniz yerdə, cəmi 0,5% komissiya ilə və bir neçə saniyə ərzində Rusiyaya pul köçürmək mümkündür. Bu imkanı “Contact” pulköçürmə sistemi və “Unibank”ın mobil əlavəsi UBank yaradıb.
28.09.2021
Unibankın mobil əlavəsi ilə Rusiyaya pul köçürmək ikiqat sərfəli olub
Həm saniyələr ərzində pul köçürürsən, həm də iki dəfəyə yaxın daha az komissiya ödəyirsən! Bu imkanı sənə “Zolotaya Korona” pulköçürmə sistemi ilə “Unibank”ın UBank mobil əlavəsi yaradır. “Zolotaya Korona” pulköçürmə sistemi üzərindən UBank vasitəsilə Rusiyanın istənilən bölgəsinə pul köçürmək indi çox sərfəli olub, komissiya xərcləri iki dəfəyə yaxın aşağı salınaraq cəmi 0,5% -ə endirilib. Günün istənilən vaxtı və cəmi bir toxunuşla bu sərfəli kampaniyadan istifadə edə bilərsən!
16.09.2021
Unibank Qarabağ Dirçəliş Fonduna dəstəyinə görə sertifikat alıb
Unibank işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinə dəstək verdiyi üçün Qarabağ Dirçəliş Fondu tərəfindən xüsusi sertifikata layiq görülüb. Fond rəhbərliyi tərəfindən Unibank KB ASC-nin Müşahidə Şürasının sədri Eldar Qəribova Qarabağ Dirçəliş Fondunun “İanə Sertifikatı” təqdim edilib. Təqdimat ötən gün Fondun Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri ilə görüşündə həyata keçirilib. Qeyd edək ki, Unibank tərəfindən “Qarabağ Dirçəliş Fondu”na 100.000 manat vəsait köçürülüb.
09.09.2021
Unibank şəhid ailələrinə dəstək olub
Unibank, Özünüməşğulluq layihəsi çərçivəsində şəhid ailələrinin şəxsi bizneslərini yaratmasına dəstək olub. Bərdə sakinləri olan, şəhid ailələri Elnur Quliyev və Xəqani Təhməzov “Unibank”ın dəstəyi ilə fərdi heyvandarlıq təsərrüfatına sahib olublar. Bank əməkdaşları onlara təsərrüfat yaratmaq üçün lazım olan iribuynuzlu heyvandarlıq paketini hədiyyə edib.
20.08.2021
Unibank kapitalını artırır
Unibank KB ASC kapitalını növbəti dəfə artıracaq. Bu haqda Səhmdarların növbədənkənar Ümumi Yığıncağının 22 sentyabrda keçiriləcək iclasında qərar qəbul ediləcək. Kapitalın ümumilikdə 30 milyon manatadək artırılması nəzərdə tutulur. Unibankın İdarə heyətinin sədri Faiq Hüseynov bildirib ki, bu haqda qərar Bankın səhmdarları tərəfindən verilib: “Bankın uğurlu inkişafını dəstəkləmək, müştərilərə yeni məhsul və xidmətləri təqdim etməsi üçün Səhdmdarlarımız əlavə kapital qoyuluşu və cəlb edilməsi haqda qərar veriblər.
19.08.2021
Unibank özünüməşğulluq layihəsində iştirakını davam etdirir
Unibank, Bərdə sakini Göyüş Kazımovun şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb. İllərdir öz heyvandarlıq təsərrüfratını yaratmaq, ailə biznesini qurmaq arzusunda olan kənd sakini, özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdan biridir. Bank əməkdaşları ona təsərrüfat yaratmaq üçün lazım olan iribuynuzlu heyvandarlıq paketini hədiyyə edib .
12.08.2021
Ödəniş kartları sahəsində yeni fırıldaqçılıq hallarına dair Azərbaycan Banklar Assosiasiyasının məlumatı
Ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində ictimaiyyətin, o cümlədən kart istifadəçilərinin mütəmadi əsasda məlumatlandırılması diqqət mərkəzində saxlanılır.
Bildiririk ki, bu istiqamətdə həyata keçirilən çoxşaxəli tədbirlərə baxmayaraq rəqəmsal ödənişlərin inkişafı və xüsusən də elektron ticarət əməliyyatlarında müşahidə olunan dinamik artım fonunda yeni fırıldaqçılıq halları yaranmaqda davam edir. Tətbiq edilən fırıldaqçılıq halları ödəniş kartının həssas məlumatlarının ələ keçirilməsi, kart istifadəçisinin SMS məlumatlandırma əsasında əldə etdiyi birdəfəlik şifrənin bu və ya digər formada açıqlanması və nəticədə pul vəsaitlərinin aldadılaraq ələ keçirilməsi ilə müşayət olunur.
06.08.2021
Unibank müştəriləri üçün yeni bir xidmət təqdim edir
Leobank –bütün bank xidmətlərini və məhsullarını özündə birləşdirən “Unibank”ın bir mobil bankçılıq xidmətidir. İnnovativliyi və çoxfunksionallığı ilə seçilən bu mobil tətbiq, şəxsi vəsaitinizin idarəsini inanılmaz dərəcədə rahat edir.
“Leobank”ın məhsulları müasir “rəqəmsal” müştəriləri hədəf alıb və yeni bir marketinq strategiyası ilə bazara çıxarılacaq. Ukraynada monobank və Britaniyada koto-nun yaradıcısı olan Britaniya texnologiyalı Fintech Farm şirkətinin yeni rəqəmsal platforması əsasında hazırlanan Leobank, müştərilərini yeni fərdi bankçılıq aləti ilə təmin edəcək.
28.07.2021
Unibank birinci yarımili mənfəətlə başa vurub
“Unibank” KB ASC 2021-ci ilin 1-ci yarımilinin maliyyə nəticələrini açıqlayıb. Bank hesabat dövrünü əksər sahələrdə müsbət göstəricilərlə başa vurub. Bu ilin 1-ci yarısında “Unibank”ın əldə etdiyi əməliyyat mənfəəti 2020-ci ilin ilk yarısı ilə müqayisədə 78 % artaraq 9 milyon manat olub. 30 iyun 2021-ci il tarixinə Bankın əldə etdiyi xalis mənfəət isə (prudensial hesabat üzrə) 4 milyon manatdır.
Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib.Maliyyə nəticələrinə əsasən, 1-ci yarımil ərzində “Unibank”ın aktivlərinın həcmində 77 milyon manat artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 893 milyon manat təşkil edib.
27.07.2021
“Western Union”la beynəlxalq pul köçürmələri indi UBank mobil tətbiqində
Unibank müştəriləri artıq Western Union beynəlxalq pulköçürmə sistemindən istifadə edərək, 200-dən çox ölkəyə mobil telefonlarından pul köçürməsi edə bilərlər. “Unibank”ın mobil tətbiqi UBank-a qoşularaq cəmi bir neçə kliklə Western Union-la saniyələr ərzində dünyanın dörd bir yanına 7/24 pul köçürməsi etmək və qəbul etmək mümkündür.
UBank -da Western Union-dan istifadə etmək üçün müştərinin “Unibank”da hesabı olmalıdır. Mobil telefon vasitəsilə köçürmə həyata keçirən zaman istifadəçi Western Union bölməsində göstərilən ad, soyad, ölkə və məbləğ kimi məlumatları daxil edir.
01.07.2021
Unibank ipoteka faiz dərəcəsini endirib
“Unibank”da ipoteka kreditləri indi daha sərfəli olub. Unibank ipoteka kreditləri üzrə faiz dərəcəsini 7%-ə endirib. Avqustun 15-dək davam edən kampaniya çərçivəsində müraciət edən şəxslər, ipoteka kreditini 1% daha aşağı faizlə əldə edəcəklər. Bu kampaniya həm müştərilərin aylıq ödənişlərinin, həm də faiz ödənişlərinin azalmasına imkan yaradacaq.
İllərdir arzuladığın mənzili daha sərfəli kredit şərtləri ilə almaq üçün əsl fürsətdir. Kampaniyadan indi istifadə et ki, ipoteka kreditləri üzrə ayrılmış limitdən faydalananlardan olasan!
22.06.2021
Unibankın 2021-2023 strategiyası beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanıb
“Unibank”ın yeni inkişaf mərhələsinə qədəm qoymasını özündə əks etdirən 2021-2023-cü illər üçün strategiyası İcraedici Komitə tərəfindən Müşahidə Şurasına təqdim olunub.
Bankın yeni missiya və strateji baxışlarını əks etdirən bu sənəd beynəlxalq ekspertlərin iştirakı, beynəlxalq qurumların texniki dəstəyi (sponsorluğu) ilə hazırlanıb. Strateji və biznes planlaşdırma layihəsinin hazırlanması Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən “Maliyyə vasitəçilərinin bacarıqlarının artırılması üzrə Texniki Əməkdaşlıq Proqramı” çərçivəsində dəstəklənib. Proqramın donorları, EU4Business təşəbbüsü çərçivəsində Avropa birliyi və Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyidir.
11.06.2021
Unibakdan daha bir imkan: istədiyin yerə pul köçürməsini telefonundan et
Unibank müştəriləri dünyanın istənilən ölkəsinə pul köçürməsini Bank filialına getmədən, növbələrdə gözləmədən edəcəklər. Dünyanın üç ən böyük pulköçürmə sistemi indi Unibank müştərisinin telefonundadır. “Unibank”ın mobil tətbiqi olan UBank mobil əlavəsində istər Western Union, istər Contact, istərsə də Zolotoya Korona pulköçürmə xidmətlərinin bütün imkanlarından istifadə etmək mümkündür. Unibank müştərisi sadəcə UBank tətbiqinə daxil olaraq, istənilən ölkəyə saniyələr ərzində pul göndərə və ya qəbul edə bilər (https://youtu.be/fkNTj7_sID8) .
“Unibank”ın bazardakı yeni mövqeləndirməsinə uyğun olaraq, məhz müştərinin rahatlığına və istəklərinin qarşılanmasına yönəlmiş yeni xidmət, onların zamanını daha da dəyərli edəcək.
08.06.2021
Unibankın Lənkəran filialında “Karyera Günü” keçiriləcək
10 iyun 2021-ci il tarixində saat 10:00-17:00 aralığında Unibankın Lənkəran filialında "Karyera Günü" keçiriləcək.
Görüşdə iştirak edərək siz, bankımızla və işə qəbul prosesi ilə yaxından tanış olub, mövcud vakansiyalar üzrə birbaşa müsahibədən keçmək imkanı qazanacaqsınız.
04.06.2021
Unibank müştəriləri ödənişləri telefonla edəcək
Unibank müştəriləri indi ödənişləri daha qısa müddətdə və daha rahat edə biləcəklər. Yeni NFC texnologiyalı xidmət, ödənişləri mobil telefon vasitəsilə həyata keçirməyi mümkün etdiyindən, pulqabında bank kartlarını gəzdirməyə də ehtiyac qalmır. Android smartfonlarında təmassız (NFC) ödənişləri həyata keçirmək üçün UBank app-ında yeni uPay xidməti müştərilərin istifadəsinə verilib. Contacltess imkanlı kartlarla ödəniş edilən bütün POS-terminallarda smartfonun NFC texnologiyası ilə ödəniş etmək mümkündür .
04.06.2021
Unibankın mobil tətbiqi üzrə keçirilən lotereyanın qalibləri məlum olub
Unibank mobil tədbiqinin 5 illik yubileyi münasibəti ilə Huawei ilə birgə “UBank” istifadəçiləri üçün keçirilən stimullaşdırıcı lotereya başa çatıb. Mayın 1-dən 31-dək davam edən lotereyanın qalibləri 1 iyunda keçirilən tirajda xüsusi kompüter proqramı vasitəsi ilə seçilib. Tirajda 15245 iştirakçı 674269 şansla iştirak edib. UBank-dakı bonusların şanslara çevrilməsi ilə lotereyada iştirak hüququ qazanan şəxslərdən 18-i qalib seçilib.
02.06.2021
Unibank hər kəs üçün 0% komissiyalı kredit kampaniyası keçirir
Unibank mayın 26-dan 31-dək 0% komissiyalı nağd kredit kampaniyası keçirir. İşindən, peşəsindən asılı olmayaraq rəsmi gəliri olan hər kəs komissiyasız kredit kampaniyasından faydalana bilər. Hər zamankı kimi zamin və sığorta tələbi yoxdur. 20.000 AZN-dək krediti komissiyasız götürün və yayla bağlı planlarınızı reallaşdırın. Krediti filiala gəlmədən də, evinizdə və iş yerinizdə oturaraq onlayn sifariş edə bilərsiniz.
25.05.2021
Unibank yeni inkişaf mərhələsinə qədəm qoyur
Bank sektorunda davamlı inkişafı, yeniliklərə açıq olması ilə fərqlənən Unibank, 2021-2023-cü il strategiyasına uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyur. Yeni mərhələnin əsas məqsədi, bankın bütün fəaliyyətini müştərinin ehtiyac və istəklərinə uyğunlaşdırmaqdır. Qarşıdakı illərdə bankın prioriteti müştərilərin istək və ehtiyaclarına fokuslanaraq, rəqəmsal və texnoloji transformasiyanı həyata keçirmək olacaq.
Unibank yeni bazar mövqeləndirməsi çərçivəsində loqo və sloqanını dəyişib. Bankın loqosu yeni hədəflərinə daha uyğunlaşdırılıb. Bankın yeni sloqanı isə “Unibank- Sənin Bankın” seçilib. Bankın yeni sloqanı da müştəriyə daha yaxın olmağı hədəfləyib.
17.05.2021
Unibankın mobil əlavəsində bonuslarını dəyiş, lotereyada qalib olmaq şansı qazan!
Unibank mobil əlavə istifadəçiləri üçün stimullaşdırıcı lotereya keçirir. “Unibank”ın mobil əlavəsi ilə sadəcə bank əməliyyatları etməklə lotereya iştirakçısı olub, qiymətli hədiyyələr qazana bilərsiniz. Lotereyada iştirak üçün uBankdakı bonuslarınızı şanslara dəyişin. Lotereyada iştirak etmək üçün mütləq uBank istifadəçisi olmaq lazımdır. İstər mövcud bönuslarınızı, istərsə də bundan sonra qazanacağınız bonusları şansa çevirmək mümkündür. Lotereya 1 may-31 may arasında keçirilir. Qaliblər 1 iyunda həyata keçirilən tirajda müəyyən ediləcək.
04.05.2021