117
Unibank bütün peşə sahibləri üçün kampaniya keçirir
Unibank işindən, peşəsindən asılı olamayaraq, hər kəs üçün nağd kredit kampaniyası keçirir. Rəsmi gəliri olan hər kəs indi “Unibank”dan 0% komissiyalı nağd kredit üçün müraciət edə bilər. İki həftəlik kampaniya müddətində 30 min manatadək krediti komissiyasız əldə edə bilərsiniz. Üstəlik 4 valyutalı UCard hədiyyə olunacaq.
11.10.2022
Unicapital səhmdarlarına 800 min manat dividend ödəyib
“Unicapital İnvestisiya Şirkəti” ASC səhmdarlarına 800.000 AZN məbləğində dividend ödəyib. Dividend ödənişi barədə qərar “Unicapital İnvestisiya Şirkəti” ASC-nin səhmdarlarının 30 sentyabr 2022-ci il tarixində keçirilmiş ümumi yığıncağında qəbul edilib.
06.10.2022
Unibank Zəngilanın Ağalı kəndində sosial layihə həyata keçirib
Korporativ sosial məsuliyyət “Unibank”ın brend strategiyasında əsas istiqamətlərdən biridir. Bank fəaliyyət göstərdiyi 30 il ərzində müxtəlif sahələrdə sosial layihələr həyata keçirib. Torpaqlarımızın işğaldan azad olunmasından sonra isə şəhid və qazı ailələrinə dəstək, eləcə də Qarabağ mövzusu bankın əsas KSM istiqamətinə çevrilib.
30.09.2022
Unibankdan daha bir yenilik- Hədəfinə çat və əlavə qazanc əldə et!
Unibank ölkə bank bazarı üçün bir ilk olan onlayn məhsulunu müştərilərin istifadəsinə verib. Bankın UBank mobil tətbiqində təqdim etdiyi “Topla” rəqəmsal məhsulu sizə arzularınızı reallaşdırmaq istiqamətində hədəflərinizə çatmaq üçün pul yığmağa imkan verəcək.
23.09.2022
Unibank daha bir beynəlxalq proqramda iştirakını uğurla tamamlayıb
“Unibank”ın maliyyə sisteminin dayanıqlığının gücləndirilməsinə və yerli mikro və KOS-ların kreditləşdirilməsi imkanlarının təşviqinə yönəlmiş maliyyə vasitəçilərinin potensialının artırılması üzrə texniki əməkdaşlıq proqramı uğurla yekunlaşıb. Əsas maraqlı tərəflərin - Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), Avropa İttifaqının (Aİ) və Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin güclü dəstəyi ilə bu proqramın nəticələri Unibank KB və “Unicapital” İnvestisiya Şirkətinin dayanıqlılığının daha da güclənməsinə və bununla da müştərilərə daha güclü dəstəyə zəmin yaradacaq.
21.09.2022
Unibank Bakıda keçiriləcək paracüdo üzrə Dünya Çempionatının dəstəkçisidir
Unibank noyabrın 8-10-da Bakıda keçiriləсək paracüdo üzrə Dünya Çempionatının əsas tərəfdaşlarından biridir. Ölkəmizdə ilk dəfə keçirilən paracüdo idman növü üzrə dünya çempionatında 45 ölkədən 250 idmançının iştirakı gözlənilir.
20.09.2022
Unibank təhsil kampaniyasının vaxtını uzadıb
Unibank təhsil işçilərinin çox sərfəli şərtlərlə kredit götürməsi üçün təhsil kampaniyasının vaxtını uzadıb. İndi 21 sentyabradək “Unibank”dan kredit götürən təhsil işçiləri krediti komissiyasız rəsmiləşdirməklə yanaşı, illik faiz dərəcəsinə 4%-lik endirim əldə edəcəklər. Kampaniya zamanı kredit götürən təhsil işçilərinə multivalyutalı UCard hədiyyə ediləcək.
09.09.2022
Unibank IT avadanlığının alınması üçün tender keçirir
Unibank KB IT avadanlığının alınması üçün tender keçirir. Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Hüseynovun adına göndərməlidirlər.
30.08.2022
Unibank mikrokreditlər kampaniyasının vaxtını uzadıb
Unibank sahibkarlar üçün keçirdiyi kredit kampaniyasının vaxtını bir qədər də uzadıb. İndi sentyabrın sonunadək “Unibank”a biznes krediti üçün müraciət edən sahibkarlar, 30 min manatadək krediti çox sərfəli şərtlərlə rəsmiləşdirə biləcəklər. Kampaniya dövründə kredit götürən mikro və kiçik sahibkarlar 5%-dək endirim əldə edəcəklər.
30.08.2022
Unibank təhsil işçiləri üçün sərfəli kredit kampaniyası keçirir: komissiya 0%, endirim 4%
Unibank təhsil sahəsində çalışanlar üçün 0% komissiyalı və endirimli kredit kampaniyası keçirir. Kampaniya çərçivəsndə “Unibank”dan kredit götürən təhsil işçiləri krediti komissiyasız rəsmiləşdirməklə yanaşı, illik faiz dərəcəsinə 4%-lik endirim əldə edəcəklər. Sentyabrın 7-dək davam edən kampaniya zamanı kredit götürən təhsil işçilərinə multivalyutalı UCard hədiyyə ediləcək.
25.08.2022
"Google Pay™" artıq Unibankda
Unibank məhsul və xidmətlərində davamlı texnoloji yeniliklər tətbiq etməklə, ölkənin ən innovativ bankları siyahısındadır. Daim müştərilərinin istəklərini reallaşdıran bank, daha bir təmassız ödəniş imkanını kart istifadəçilərinə təqdim edib. Android telefonları, planşetləri və ya saatları ilə ödənişlər etməyə imkan verən "Google Pay™" xidməti artıq “Unibank”da!
24.08.2022
Unibankın nizamnamə kapitalı 142 milyonu ötdü
Unibank kapitallaşma prosesini uğurla həyata keçirib. Nəticədə Bankın məcmu kapitalı ümumilikdə 12 milyon manata yaxın artaraq, 142 milyon 586 min 357 manat olub.
23.08.2022
Unibank mikro kreditlərə 5%-dək endirim etdi
Unibank biznes sahibləri üçün daha bir kampaniya keçirir. Aqustun sonunadək “Unibank”a biznes krediti üçün müraciət edən sahibkarlar, 30 min manatadək krediti çox sərfəli şərtlərlə rəsmiləşdirə biləcəklər.
17.08.2022
UCard almaq üçün azı 10 səbəbiniz var
Bir məhsulu alanda əsas nəyə diqqət edirsiniz? Yəqin ki, oxşar məhsulların içərisində üstünlüklərinə və qiymətinə görə ən uyğununu seçirsiniz. “Unibank”ın multivalyutalı kartı UCard məhz bu seçimlərə cavab verdiyi üçün müştərilər tərəfindən sevilir. Bazara qısa müddətdə çıxsa da, bu gün UCard istifadəçilərinin sayı 100 mini ötüb.
16.08.2022
Unibank neft-qaz sənayesi işçiləri üçün krediti 0% komissiyalı etdi
Unibank neft-qaz sənayesində çalışanlar üçün 0% komissiyalı kredit kampaniyası keçirir. İndi bu sahədə çalışan hər kəs “Unibank”a 30.000 AZN-dək və komissiyasız nağd kredit üçün müraciət edə bilər.
09.08.2022
Unibankın yeni səhmlərini 10 investor əldə edib
4 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin AZ1003002024 dövlət qeydiyyat nömrəli, 11 milyon 900 min manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi yekunlaşıb.
04.08.2022
Unibank səhmlərinin Bakı Fond Birjasında yerləşdiriləcəyi tarix açıqlanıb
Unibank səhmlərinə abunə yazılışı prosesi emissiya prospektinin tələblərinə uyğun başa çatdığı üçün səhmlərin Bakı Fond Birjasında yerləşdirilmə tarixi elan edilib. Bu barədə Bankın açıqlamasında deyilir ki, “Unibank Kommersiya Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 29 aprel 2022-ci il tarixli qərarına əsasən, hər birinin nominal dəyəri 2,72 manat olan 4 milyon 375 min ədəd adi, adlı, sənədsiz səhmlər Azərbaycan Respublikası Mərkəzi Bankının 20 iyul 2022-ci il tarixli məktubu ilə dövlət qeydiyyatına alınıb.
02.08.2022
Unibankın biznes kredit portfeli rekord həddi keçib
“Unibank” KB ASC 2022-ci ilin birinci yarısı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. Bank öz tarixində biznes portfelinin həcmi və biznesin kreditləşməsi üzrə rekord göstərici əldə edib.
25.07.2022
Unibank Visa Premium və Visa Infinite kartları PULSUZ oldu!
Unibank müştəriləri üçün növbəti kampaniyanı təqdim edir. Bu kampaniya çərçivəsində müştərilər 13-22 iyul tarixində istənilən Unibank filialına gələrək bu kartları pulsuz əldə edə bilərlər. Premium kartı(5 il müddətinə) əldə etmək üçün hesaba 5000 AZN, Infinite kartı(3 il müddətinə) üçün isə 10 000 AZN mədaxil etmək kifayətdir. Bu məbləğdən heç bir xidmət haqqı tutulmur, müştərilər rahat şəkildə xərcləyə və ya nağdlaşdıra bilərlər. Premium kartlarla müştərilər bu və daha çox imkanlardan faydalana bilərlər:
13.07.2022
Unibank Frontclear və TCX ilə növbəti valyuta hedcinq sazişi imzalayıb
Frontclear Unibank KB ilə AZN/USD -də çatdırılmayan kross-valyuta svop (NDCCS) sazişini təşkil edib və strukturlaşdırıb. Bu saziş “Unibank”ın ABŞ dolları üzrə öhdəliklərini effektiv şəkildə manat öhdəliyinə çevirmək imkanı yaradır, bu isə bankın müştərilərinin milli valyutada maliyyələşdirilməsi imkanlarını daha da artıracaq. NDCCS əməliyyatı Baş ISDA Müqaviləsinə əsasən sənədləşdirilib. Frontclear-ın sövdələşməni səmərəli təşkili və strukturlaşdırması ilə Azərbaycanda ləğvetmə nettinqi ilə əlaqəli olan bəzi hüquqi məsələlərə də aydınlıq gətirildi.
05.07.2022
Unibank təqaüdçülər üçün krediti 0% komissiyalı etdi
Unibank təqaüdçülər üçün 0% komissiyalı kredit kampaniyası keçirir. İndi hər bir təqaüdçü iyulun 7-dək “Yaşın nə fərqi var ki” kampaniyası çərçivəsində “Unibank”a 20.000 AZN-dək kredit üçün müraciət edə bilər.
23.06.2022
Unibank müştəriləri 6,7 milyon manatdan çox keşbek qazanıb
Bazardakı bank kartlarının müqayisəsi göstərir ki, Unibank kartları ən çox keşbek qazandıran kart məhsullarındandır. İndiyədək Unibank kart sahiblərinin qazandığı keşbek məbləğinin həcmi 6,7 milyon manatı keçib.
21.06.2022
Unibank müştəriləri ölkədaxili bütün banklara komissiyasız köçürmə edə biləcəklər
Unibank müştərilərini yeniliklərlə sevindirməyə davam edir. Növbəti yenilik kartdan karta köçürmə ilə bağlıdır.
16.06.2022
Unibank KB dəftərxana və təsərrüfat malların alınması üçün tender keçirir
Unibank KB dəftərxana və təsərrüfat malların alınması üçün tender keçirir. Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Hüseynovun adına göndərməlidirlər.
16.06.2022
Unibank müştərilərinin Apple Pay əməliyyatlarının sayı 1 milyonu ötüb
Nağd ödənişlərinn tədricən tarixə qovuşduğu vaxtda, artıq üzərinizdə kart gəzdirməyə də ehtiyac qalmır. Sadəcə telefon və ya saat kartın yaratdığı funksiyaları həyata keçirmək imkanındadır.
14.06.2022
Unibankdan ipoteka götürənlərin 90%-dən çoxu kampaniyadan faydalanıb
“Unibank”ın 7%-lik ipoteka kampaniyası davam edir. İyunun sonunadək uzadılan kampaniya çərçivəsində müraciət edənlər ipoteka kreditlərini 1% daha aşağı faizlə əldə edəcəklər. “Unibank”ın aşağı faizli ipoteka krediti kampaniyası, şəxsi mənzil sahibi olmaq istəyənlərin kredit ödənişlərini daha da sərfəli etməyə hesablanıb. Kampaniyanın şərtləri haqda daha ətraflı məlumatı bu linkdən (http://unbk.az/ipoteka) əldə etmək mümkündür.
09.06.2022
Unibank təqaüdçülər üçün kampaniyanın müddətini uzatdı
Unibank təqaüdçülər üçün 0% komissiyalı kredit kampaniyasının müddətini uzadıb. İndi hər bir təqaüdçü iyulun 25-dək “Yaşın nə fərqi var ki” kampaniyası çərçivəsində “Unibank”a 20.000 AZN-dək kredit üçün müraciət edə bilər.
07.06.2022
Unibank müştəriləri artıq dövriyyəsini tamamlamadan da keşbek qazana biləcəklər!
1 iyun tarixindən etibarən Unibank müştəriləri üçün yeni keşbek imkanı təqdim edib.
02.06.2022
Unibank IGA alınması üçün tender keçirir
Unibank KB proqram həllərinin alınması üçün tender keçirir. Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Hüseynovun adına göndərməlidirlər.
01.06.2022
Unibank biznes sahibləri üçün yay kampaniyası keçirir
Uğurlu biznes sahibinin üstünlüyü onun hər zaman mümkün variantlardan daha yaxşısını seçməsindədir. “Unibank”ın mikro və kiçik sahibkarlar üçün keçirdiyi “Yay” kampaniyası da sahibkara 4 endirimli, fərqli təklif paketi təqdim etməklə, bu təkliflərdən ən sərfəli olanını seçmək imkanı yaradır.
19.05.2022

Axtarış

Məhsullar
Xəbərlər
Digər