-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tirajın bitməsinə az qaldı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117
İndi Unibankın bütün bankomatları təmassız (NFC) texnologiyanı dəstəkləyir
25.06.2023

İndi Unibank bankomatlarında Unibank kartlarınızdan nağdlaşdırma etmək və ya karta mədaxil üçün kartı UTM-ə daxil etməyə ehtiyac yoxdur. Bütün UTM-lərə (bankomatlara) NFC texnologiyası quraşdırıldığından,  karta mədaxil və yaxud pul nağdlaşdırmaq üçün kartınızı bankomatın üzərindəki təmassız ödəniş bölümünə yaxınlaşdırmaq kifayətdir. Çox rahat və vaxtınıza qənaət etdirən NFC texnologiyası, kartınızı bankomatda qalmaq riskindən də qoruyur. Əgər telefonunuzda Apple Pay və Google Pay varsa, kartınız üzərinizdə olmasa belə, Unibank bankomatlarınan nağdlaşdırma edə bilərsiniz.


UTM-lərdə NFC texnologiyasının tətbiqi Unibank müştərisinə hansı üstünlükləri verir:


-        Kartı bankomata daxil etməyə ehtiyac qalmır;

-        Bu texnologiyanın köməyi ilə mədaxil-məxaric əməliyyatları daha qısa müddətə həyata keçir;

-        Kart olmadan belə, telefonunuz vasitəsi ilə (Apple Pay və Google Pay varsa) bankomatdan nağdlaşdırma edə bilirsiniz.


Unibank bankomat sayına görə ölkə bankları siyahısında ilk üçlüyə daxildir. Hazırda bankın paytaxt və bölgələri əhatə edən bankomatlarının sayı 140-a yaxındır və hamısı NFC texnologiyalıdır. Bununla da, Unibank ölkə bankları içərisində bütün bankomatlarında NFC quraşdırılmış böyük şəbəkəyə sahib olub.

Qeyd edək ki, “Sənin Bankın” konsepsiyası çərçivəsində xeyli vaxtdır ki, Unibank ATM-ləri çoxfunksiyalı UTM-lərə çevrilib.  UTM-lər ənənəvi bankomatlardan fərqli olaraq, təkcə mədaxil-məxaric imkanları ilə məhdudlaşmır. Toplu mədaxilin mümkünlüyü ilə seçilən UTM-lər,  UCard sahibləri üçün həm də bir sıra bank funksiyalarını da həyata keçirir. İlin sonunadək UTM sayının bir qədər də artırılması nəzərdə tutulur. 

Axtarış

Məhsullar
Xəbərlər
Digər