Unibank KB ASC One Identity Manager proqram təminatına texniki dəstəyin göstərilməsi ilə bağlı kotirovka elan edir
Kotirovkada iştirak etmək istəyənlər qiymət təklifini bağlı və möhürlənmiş zərfdə, kotirovka komissiyasının sədri Tural Həsənovun adına göndərməlidirlər.
Zərflərin qəbulu üçün son tarix 25.09.2023-cü il, saat 12.00-dır.
Zərfdə kotirovka komissiyasının sədrini qeyd etməyiniz xahiş olunur.
Ünvan: R.Behbudov 55, Unibankın Baş ofisi.
Qeyd: Kotirovkada qalib gələn şirkət həmin alqı–satqı ilə bağlı “Unibank” KB ASC-də hesab açmalıdır.
Texniki şərtlər:
One Identity Manager proqram
təminatına texniki dəstək göstərilməsi üçün tələblər:
1. Proqram təminatının
fasiləsiz işləməsinin təmini üçün 24x7 standart texniki dəstək;
2. Yaranmış texniki problemlərin həlli üçün tələb olunan
cavablandırma meyarları:
- Kritik biznes təsiri
olan 1-ci dərəcəli kritik problemlər üçün 2 saat
- Əhəmiyyətli biznes
təsiri olan 2-ci dərəcəli ciddi problemlər üçün 1 iş günü
- Minimal biznes təsirləri
olan 3-cü dərəcəli problemlər üçün 5 iş günü
- Kritik problemlərin
həlli üçün eskalasiya imkanları və təkmilləşdirilmiş dəstək
3. İştirakçılar öz təkliflərində eyni və ya oxşar tələblərlə
keçmiş və cari təcrübələri barədə məlumat, həmçinin xidmət göstərdikləri şirkətlərdən
referans məktubu təqdim etməlidirlər.
4. İştirakçıların proqram təminatına texniki dəstək göstərəcək
əməkdaşları barədə məlumat.