117
Bayram günlərində Unibankdan endirimli kredit sifariş edin
Bayram günlərində “Unibank”dan aşağı faizli nağd kredit sifariş etmək üçün əsl vaxtdır. Çünki Unibank, banka gəlmədən, onlayn sifariş edəcəyiniz nağd kreditlərə endirim edib. Novruz bayramı münasibətilə keçirilən kampaniya çərçivəsində onlayn formada sifariş edilən kreditlər, illik faiz dərəcəsinə 2% endirimlə rəsmiləşdiriləcək. Üstəlik UCard multivalyutalı kartı hədiyyə ediləcək.
17.03.2023
Unibank ağacəkmə aksiyasında iştirak edib
Unibank Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində təşkil olunan ağacəkmə kampaniyasına qoşulub. Bank rəhbərliyi və əməkdaşlar bu gün Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə tədbirində iştirak edib.
15.03.2023
Unibank biznes sahibləri üçün “Bahar endirimi” kampaniyası keçirir
Unibank biznes sahibləri üçün daha bir kampaniyaya başlayıb. Mikro və kiçik sahibkarlar üçün nəzərdə tutulan “Bahar endirimi” adlı kampaniya çərçivəsində 36 ayadək bütün təminatsız kreditlərə 3%-dək endirim ediləcək.
14.03.2023
Unibankdan xanımlar üçün 8% endirim, 0% komissiya
Bu il 8 rəqəmi xanımların yadında təkcə bayramın tarixi deyil, həm də “Unibank”ın xanımlara hədiyyə etdiyi faiz göstəricisi kimi qalacaq. Çünki Bank xanımlar üçün 8 Marta özəl xüsusi kredit kampaniyası elan edib. Martın 12-dək “Unibank”da kredit rəsmiləşdirən bütün xanımlar, krediti illik faiz dərəcəsinə 8% endirimlə və 0%-lik komissiya ilə əldə edəcəklər. Üstəlik UCard multivalyutalı kartı hədiyyə edilir.
07.03.2023
Unibank müştərisi kartında pul saxladığı üçün 2800 manat gəlir əldə edib
Bank kartınızda saxladığınız pula görə ildə nə qədər gəlir əldə edirsiniz? “Unibank”ın müştərisi kart hesabında saxladığı vəsaitə görə, təkcə 2022-ci ildə 2800 manata yaxın faiz gəliri əldə edib.
01.03.2023
İnanma və aldanma!
Fırıldaqçılıq halı ilə üzləşməmək üçün yeni iş yeri ilə təmin olunma, virtual satışdan daha çox gəlir əldə edilməsi və ya yeni qazanc mənbəyi kimi psixoloji manipulyasiyalara aldanıb internet səhifələrdə qeydiyyatdan keçərək şəxsi məlumatlarını açıqlama və bu internet səhifələr üzərindən xidmətin əldə edilməsi məqsədilə pul vəsaitini tanımadığın şəxslərin kartlarına köçürmə.
27.02.2023
“Unicapital İnvestisiya Şirkəti” ASC-nin rəhbərliyində dəyişiklik olub
“Unicapital İnvestisiya Şirkəti” ASC-nin İdarə Heyətində dəyişiklik olub. 2020-ci ilin mayından “Unicapital” İnvestisiya Şirkətinin Baş direktoru olan Tahir Qəribov digər vəzifəyə təyinatı ilə əlaqədar olaraq, öz xahişi ilə buradakı vəzifəsindən ayrılıb.
22.02.2023
Unibank rəhbərliyində yeni təyinat olub
“Unibank KB” ASC İdarə Heyətinin qərarına əsasən, Tahir Qəribov Korporativ Biznes üzrə Baş İnzibatçı vəzifəsinə təyin edilib.
22.02.2023
Unibank təqaüdçülər üçün 0% komissiyalı kredit kampaniyası keçirir
Unibank təqaüdçülər üçün iki həftəlik 0% komissiyalı kredit kampaniyası keçirir. Martın 2-dək “Unibank”a müraciət edən təqaüdçülər, 30 000 manatadək krediti heç bir komissiya ödəmədən əldə etmək imkanı qazanırlar.
16.02.2023
Unibank müştəriləri 2022-ci ildə 4,5 milyon manat keşbek qazanıb
Bazardakı bank kartlarının müqayisəsi göstərir ki, Unibank kartları yüksək keşbek qazandıran kart məhsulları sırasındadır. Təkcə ötən il ərzində bankın müştəriləri Unibank kartları ilə etdikləri alış-veriş zamanı ümumilikdə 4,5 milyon manat keşbek qazanıblar. 2022-ci il ərzində keşbek qazanan müştəri sayı 66% artıb.
15.02.2023
Unibank Türkiyəyə 100. 000 manat ianə etdi
Unibank Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək və zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək məqsədi ilə 100 min manat ianə edib. Vəsait AFAD-ın hesabına köçürülüb. Bundan başqa bank kollektivi də zəlzələdən zərər çəkənlərə ərzaq yardımı göndərilməsi prosesində iştirak edib.
13.02.2023
Unibank: Türkiyəyə ianə köçürmələrindən vergi və komissiya tutulmur
Unibank KB Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə və bütün türk xalqına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir. Bank, zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədi ilə maddi dəstək göstərmək istəyən vətəndaşlarımızın diqqətinə çatdırır ki, mövcud hesablara ianə məqsədli köçürmələrdən ƏDV tutulmur.
09.02.2023
İnvestor ola bilərsiniz – “Leobank”ın yeni xidməti artıq istifadəçilər üçün əlçatandır
“Unibank”ın mobil bankçılıq xidməti olan Leobank, birbaşa tətbiqin içində investisiya funksiyasını işə salıb. 600-dən çox maliyyə aləti ilə ticarət etmək artıq sadəcə telefon vasitəsilə mümkündür.
09.02.2023
Leobank və Unicapital sizə xarici şirkətlərin səhmdarı olmaq imkanı yaratdı
“Unibank”ın "Leobank" mobil bankçılıq xidməti və ölkənin innovativ investiya şirkəti olan “Unicapital İnvestisiya Şirkəti” ASC-nin birgə tərəfdaşlığı nəticəsində, Azərbaycanda ilk dəfə yerli mobil bankçılıq tətbiqi üzərindən investisiya xidmətləri istifadəyə verilib.
07.02.2023
Vətən qəhrəmanı olan şəhidin xatirəsi yad edilib
Bu gün Xırdalan şəhər 3 saylı məktəb-liseydə Vətən müharibəsi qəhrəmanı, şəhid Şahin Allahyarovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şəhidin döyüş dostlarının qəhrəman kəşfiyyatçı haqda xatirələri dinlənilib, şagirdlər tərəfindən şəhidə həsr olunmuş şeirlər səslənib.
03.02.2023
Unibankın İdarə Heyətində yeni təyinat olub
“Unibank KB” ASC Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Tural Həsənov İdarə Heyətinin üzvü və Baş risk inzibatçısı vəzifəsinə təyin edilib.
02.02.2023
Unibank “Gəncə” filialını yeni konseptdə istifadəyə verib
İndi Gəncə şəhərinin əhalisi, eləcə də yaxın ərazilərdə yaşayan sakinlər “Unibank”ın yenilənmiş filialında daha da yüksək xidmətlə təmin olunur. “Unibank”ın yeni konsepsiya əsasında təmir edilən “Gəncə” filialı, biznes və pərakəndə müştərilərə rahat məkanda geniş spektrli və innovativ xidmət göstərir.
02.02.2023
Unibank ötən ilin maliyyə nəticələrini açıqlayıb
“Unibank” KB ASC 2022-ci il üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. 31 dekabr 2022-ci il tarixinə Bankın əməliyyat mənfəəti 24.5 milyon manat təşkil edib. Hesabat dövrü ərzində Bankın məcmu gəlirlərində ciddi artım qeydə alınıb.
25.01.2023
Altı təklifdən ən sərfəlisini seç!
Unibank biznes sahibləri üçün kampaniya keçirir. Kampaniya çərçivəsində bank sərfəli faiz və aşağı komissiyalı kredit təklif edir.
19.01.2023
Bonuslar
08.12.22 tarixindən etibarən UBank-da edilən əməliyyatlara və UWalk-da toplanılan addımlara görə bonusların hesablanması dayandırılmışdır. Toplanılan bonusları hədiyyələrə dəyişmək imkanı 15.01.23 tarixində bitmişdir.
16.01.2023
Unibankın kapitalı 31 milyon manat artıb
Unibank 2022-ci il ərzində nəzərdə tutulan kapitallaşma prosesini uğurla başa çatdırıb. Bank kapitallaşmanı nəzərdə tutulan proqrama uyğun, investisiya qiymətli kağızlarının həm səhm, həm də subordinasiya borcu olan istiqraz buraxılışı formasında həyata keçirərək, Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəticəsində kapitalını ümumilikdə 31 milyon manata yaxın artırıb.
06.01.2023
Mastercard "Şahdağ NFC Kampaniyası"nı keçirir
Aprelin 15-dək davam edən kampaniya çərçivəsində Unibank Mastercard sahibləri NFC (Apple Pay, Google Pay, Garmin Pay vasitəsilə) "Zirvə" və "Şahdağ" hotellərində, Ski Pass, Ski icarəsində, 3 restoranda ("Badam", "2351" restoranı və "Gondola" kafe) ödəniş etdikdə, 10% endirim qazanacaqlar.
27.12.2022
“Unibank” KB ASC səhmdarlarının ümumi yığıncağı qərarını açıqlayıb
“Unibank” Kommersiya Bankı” ASC səhmdarlarının dekabrın 6-da keçirilən növbədənkənar ümumi yığıncağında gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub.
20.12.2022
Unibank özünüməşğulluq layihəsi çərçivəsində daha 5 nəfərə avadanlıq təqdim edib
Unibank özünüməşğulluq layihəsində iştirakını davam etdirir. Layihə çərçivəsində bank tərəfindən 5 nəfərə “fotoatelye” zərfi üzrə avadanlıq verilib.
16.12.2022
Mastercard "Restoranlar NFC Kampaniyası"nı keçirir
Yanvarın 7-dək davam edən kampaniya çərçivəsində Unibank Mastercard sahibləri istənilən kafe-restoranda NFC(Apple Pay və Google Pay vasitəsilə) minimum 100 AZN dəyərində ödəniş etdikdə, kartının statusuna uyğun olaraq müvafiq sayda keşbek qazanacaqlar.
14.12.2022
Unibank 29 milyonluq kapital artımı ilə bağlı növbəti səhm buraxılışı həyata keçirir
Bu ilin sonunadək kapitalın 29 milyon manat artımını hədəfləyən Unibank, bu istiqamətdə növbəti səhm buraxılışı həyata keçirir. “Unibank Kommersiya Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 29 aprel 2022-ci il tarixli qərarına əsasən hər birinin nominal dəyəri 2,72 manat olan 2 500 000 ədəd adi, adlı, sənədsiz səhmlərin emissiya prospekti 6 dekabr tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydə alınıb.
08.12.2022
Unibankın dollar istiqrazlarını xarici və yerli investorlar alıb
“Unibank” KB ASC -nin ümumi dəyəri 12 milyon ABŞ dolları olan istiqrazlarının uğurla yerləşdirilməsi başa çatıb. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 23 investor tərəfindən alınıb.
30.11.2022
Unibank istiqrazlarının hərrac tarixi açıqlanıb
1 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC-nin ümumi dəyəri 12 milyon ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
24.11.2022
Unibank kredit faizini endirdi
Unibank işindən, peşəsindən asılı olamayaraq, hər kəs üçün onlayn kredit müraciətlərində endirim kampaniyası elan edib. Rəsmi gəliri olanlar indi “Unibank”a onlayn formada müraciət edərək, 2% endirimli nağd kredit kampaniyasından faydalana bilər. Kampaniya müddətində 30 min manatadək krediti sərfəli faizlə əldə edənlərə 4 valyutalı UCard hədiyyə olunacaq.
17.11.2022
Unibank növbəti istiqraz buraxılışı həyata keçirir
“Unibank Kommersiya Bankı” ASC-nin Müşahidə Şurasının 25 oktyabr 2022-ci il tarixli qərarına əsasən hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 12 000 ədəd sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazlarının emissiya prospekti Azərbaycan Respublikasının Mərkəzi Bankının 17 noyabr 2022-ci il tarixli məktubu ilə dövlət qeydiyyatına alınıb.
17.11.2022

Axtarış

Məhsullar
Xəbərlər
Digər