117

İstiqamətlər

İstiqamətini seç, öz Unibankını yarat!
Risk dedikdə zərər və itkilərlə nəticələnə biləcək hadisələrin baş verməsi ehtimalı başa düşülür. 

Maliyyə əməliyyatlarının və bazar münasibətlərinin mürəkkəbləşdiyi bir şəraitdə bankların və digər maliyyə təşkilatlarının qarşılaşdığı risklərin növləri və mürəkkəbliyi də artmaqdadır. Bu kimi risklər kredit, bazar və yaxud da əməliyyat riskləri kimi bir neçə istiqamətdə baş verərək banklarda maliyyə itkiləri ilə nəticələnə bilir və bu risklərin idarə edilməsi bankımızın önəm verdiyi ən vacib məsələlərdən biridir. Risk menecer olaraq, dinamik iş mühitində çalışaraq bankın aktivlərinin, müştərilərinin, nüfusunun qorunmasında yaxından iştirak edə və kredit, əməliyyat və yaxud da bazar riskləri sahələrində bilik və bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. 

Gündəlik həyatınızda məsələlərə hər kəsdən fərqli, daha kreativ yanaşdığınıza inanırsınızsa, monoton olmayan, rəngarəng iş mühitində çalışmağı hədəf olaraq seçmisinizsə, bankımızın marketqin departamenti sizin öz bacarıqlarınızı və düşüncələrinizi reallaşdırmanız, professional marketinq mütəxəssislərimizlə çalışaraq daha da inkişaf etməyiniz üçün ideal seçimdir. Rəqəmsal Bankçılığın inkişaf edtidi yüksək rəqabət mühitində, bank məhsullarımızı müştərilərə daha kreativ yollarla çatdırılmasında Unibank sizin yaradıcılığınıza güvənir.
Ünsiyyət və liderlik qabiliyyətinizin sizi həmyaşıdlarınızdan fərqləndirən əsas xüsusiyyətdirsə, layihələrin idarə edilməsi sizin bank sektorunda uğurlu karyera sahibi olmağınıza geniş imkanlar açacaqdır. Bankın müxtəlif departamentlərində çalışan əməkdaşlarla daima ünsiyyət halında olaraq  həyata keçirələcək layihələrin vaxtında və tam yerinə yetirilməsində önəmli pay sahibi olacaq, eyni zamanda bankın mehriban kollektivi ilə yeni dostluqlar yaradacaqsınız.  Və Siz bütün bunları edərkən olduqca əyləncəli və maraqlı iş prosesindən zövq alacaqsınız.
Əsrin əvvəllərindən etibarən Fintech texnologiyalarının yüksək inkişafı nəticəsində bank sahəsində yaranan yüksək rəqabət və eyni zamanda müştərilərin xidmətə olan tələbatlarının sürətlə dəyişməsi və bu dəyişikliklərə anında cavab verə bilmək zərurəti İT və biznes mühitinin daima birlikdə çalışmasını şərtləndirmişdir. Bu səbəbdən, Unibank müştərilərinə xidmət keyfiyyətinin artırılması və rəqəmsal bankçılığın inkişafına olduqca böyük önəm verməkdədir. İT departamentində çalışaraq siz bu inkişafa öz töhvənizi verə və eyni zamanda ən son texnologiyalarla işləyərək öz bacarıqlarınızı daha da inkişaf etdirə bilərsiniz.
Maliyyə və mühasibatlıq sahəsində aldığınız təhsil və biliklər, riyazi və analitik düşünmə qabiliyyəti, detallara həssaslıq və rəqəmlərlə işləmək həvəsi sizin bu sahədə uğurunuzun təməli olacaqdır. Göstərilən bacarıqlara sahibsinizsə, Unibankın peşəkar əməkdaşları sizin maliyyəçi və mühasib olaraq inkişafınızda hər cür töhvəni verməyə hazırdır.
Pərakəndə, Biznes və Mikro kreditləşmə bankımızın müştərilərimizə təqdim etdiyi əsas xidmətlərdəndir. Siz bu istiqamətlər üzrə çalışaraq Unibankın siması olacaq, öz gülərüz davranışınız, ünsiyyət bacarıqlarınız sayəsində müştəri məmnuniyyətinin təmin edilməsində və kreditə ehtiyyacı olan şəxslərin və bizneslərin lazimi vəsaitlərlə təchiz edilməsində əsas rol oynayacaqsınız.

Axtarış

Məhsullar
Xəbərlər
Digər