Bu sənəd Bankın yaşıl istiqrazlar, sosial istiqrazlar və ya dayanıqlı istiqrazlardan əldə olunan vəsaitlərdən istifadə edərkən tətbiq etdiyi ümumi prinsiplər, istiqamətlər, əsas məqsədlər və hədəfləri müəyyən edir.
Bu Çərçivənin əsas məqsədi, yaşıl və sosial layihələrin seçilməsi, dayanıqlı maliyyə alətinin gəlirlərinin idarə edilməsi və bu barədə məlumatların şəffaf şəkildə açıqlanması ilə bağlı ümumi müddəaları müəyyənləşdirməkdir.
Dayanıqlılıq və məsuliyyətli bankçılıq yanaşmamıza uyğun olaraq, ekoloji və sosial (E&S) risklərin idarəetmə sisteminin inkişaf etdirilməsini öhdəsinə götürür.
Unibank Azərbaycan maliyyə bazarlarında ilk dəfə olaraq beynəlxalq standartlara uyğun yerli yaşıl istiqrazları emissiya etmişdir. Bu istiqrazların emissiyası Unibank-ın dayanıqlı maliyyələşmə və məsuliyyətli bankçılığa sadiqliyini və ölkədə yaşıl maliyyə alətlərinin inkişafına verdiyi töhfəni nümayiş etdirir.
Yaşıl istiqrazlar aşağıdakı şərtlərlə təqdim olunub:
Müddət: 36 ay
Nominal dəyər: 100 manat
İllik faiz dərəcəsi: 11.5%
Kupon ödənişi: Hər 3 aydan bir
Emissiya həcmi: 20 milyon manat
Tip: Faizli, sənədsiz, adlı və təminatsız istiqrazlar
• Unibank Karbon Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığına (PCAF) qoşulub
• Unibank jurnalistlər üçün dayanıqlı maliyyə mövzusunda seminar keçirib
• Unibank ətraf mühitə dəstək məqsədi ilə 500 ağac əkib
• Unibank uşaq günü ilə bağlı silsilə tədbirlərə dəstək olub bunu bir cümlə ilə yaz