"Unibank"ın endirimli ipoteka krediti kampaniyası davam edir
Əgər daha aşağı faizlə ipoteka krediti götürmək istəyirsinizsə, Unibank sizin üçün çox sərfəli imkan yaradıb. Bankın adi ipoteka kreditləri üzrə endirimli, illik 7%-lik ipoteka krediti
https://unibank.az/az/loans/view/24 kampaniyası davam edir. Aylıq ödənişinin daha sərfəli olmasını və kredit ödənişi müddətində minlərlə manat vəsaitə qənaət etmək istəyənlər, iyunun sonunadək bu kampaniyadan faydalana bilərlər.
Unibank 2006-cı ildən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasındadır. Həmin tarixdən bu günədək 2000-ə yaxın müştəriyə ipoteka krediti ayrılıb. Bu müddətdə verilən kreditlərin ümumi həcmi 103 milyon manatı ötüb.
İpoteka kreditləri “Unibank”ın “Yasamal”, “Sumqayıt” və “Kəpəz” filiallarında<https://unibank.az/az/locations/index> rəsmiləşdirilir.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir. Bankın paytaxt və Abşeronda yerləşən bəzi filialar isə şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.