— İpoteka Krediti Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu hesabına verilir. — Valyuta: AZN — Məbləğ: 150 000 manatdan (güzəştli ipotekada 100.000) və girov qoyulan yaşayış sahəsinin bazar dəyərinin 80%-indən artıq ola bilməz — Müddət: 3 ildən 25 ilədək (güzəştli ipotekada 30 ilədək)
— Kreditin rəsmiləşdirilməsinə görə komissiya-0.1% — İpoteka kreditlərinin illik dərəcəsi: 8%-dən artıq ola bilməz — İlkin ödəniş: min. 30% — Girov: yaşayış sahəsi — İpoteka predmetinin dəyərinin qiymətləndirilməsi: müstəqil qiymətləndirici şirkətlər tərəfindən həyata keçirilir — Kredit alan: yalnız Azərbaycan vətəndaşlarına verilir — Ödəniş: kredit üzrə əsas borc və hesablanan faizlər hər ay bərabər hissələrlə (annuitent ödənişlər) ödənilir. İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirlərinin 70%-indən çox olmamalıdır — Sığorta: borcalanın həyatı və əmək qabiliyyəti, habelə girov qoyulan yaşayış sahəsi kreditin məbləğinə bərabər məbləğdə slğorta olunmalıdır — Kreditin son ödəniş tarixi: borcalanın yaşı qanunvericiliklə müəyyən olunan pensiya yaş həddindən çox olmamalıdır. — Krediti ödəmək: İpoteka ödənişinin Hökümət ödəniş portalında https://gpp.az/ və yaxud Unibank Mobile əlavəsinin “Hökumət ödənişləri” bölməsindən edə bilərsiniz. — Kredit müraciəti: İpoteka kreditinin alınması üçün müraciətlər yalnız Elektron Hökümət Portalı (www.e-gov.az) vasitəsilə mümkündür. Müraciət zamanı qeydiyyatdan keçərkən borcalanlar Elektron İmza Tokeni (www.e-imza.az) və ya ASAN imza (www.asanimza.az) əldə etməlidirlər.
Mənzil Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka krediti vasitəsilə alındıqda, minimal ilkin ödəniş məbləği mənzilin satış qiymətinin 15%-ni təşkil etməlidir.
— Borcalanın (birgə Borcalanın) şəxsiyyətini təsdiq edən sənəd (sənədin surəti); — Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə (sənədin surəti); — Borcalanla (birgə Borcalanla) birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər (sənədlərin surətləri); — Borcalanın (birgə borcalanın) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri (sənədlərin surətləri); — Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar şöbəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti; — Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa əlavə iş yerindən arayış və s.); — İpoteka predmetinin qiymətləndirmə aktı.
İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:
Gənc ailənin üzvü olan aşağıdakı şəxslər: — Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları); — Milli Qəhrəman (özü, əri/arvadı, övladları); — Məcburi köçkün və ya ona bərabər tutulan şəxs; — Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs; — Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs; — Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs; — İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).
— Elmlər doktoru elmi dərəcəsi olan şəxs; — Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs; — Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla); — Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs. — Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər.
Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.