-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tirajın bitməsinə az qaldı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117
Unibankda nağdsız əməliyyatların həcmi rekord məbləğə çatıb
17.05.2023
Unibank ölkədə nağdsız dövriyyənin artırılmasına hər zaman dəstək verməkdə davam edir. Bu ilin 1-ci rübündə 2022-ci ilin ilin eyni dövrü ilə müqayisədə Unibank kartları üzrə nağdsız əməliyyatların həcmi 3 dəfə artıb. Bununla da nağdsız dövriyyənin məbləğində rekord göstərici qeydə alınaraq, bu rəqəm 1.8 milyard manatı ötüb.

2023-cü ilin birinci rübündə ayrı-ayrılıqda Unibank kartlarından 294 milyon manat məbləğində POS-terminal və 1.5 milyard manat məbləğində isə elektron ticarət üzrə nağdsız əməliyyat keçib.

Ümumilikdə isə ötən ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin ilk rübündə Unibank kart sahiblərinin sayında rekord həcmdə- 48% artım olub.
Müştərilərin nağdsız əməliyyatlar zamanı Unibank kartlarını seçməyinin bir çox üstünlükləri var. Əvvəla, Unibank kartları hər kəs üçün əlçatandır. Hər bir vətəndaşımız bank filialına yaxınlaşaraq, günlərlə gözləmədən, dərhal, yerindəcə, həm də pulsuz UCard ala bilər. Dörd fərqli valyutada hesabları olan (AZN, USD, EUR, GBP) debet kartını https://ucard.az/ və AZN valyutalı kredit xəttini birləşdirən UCard, hər parametri ilə müştərinin tələbatına və rahatlığına uyğunlaşdırılıb. UCard alış-verişlərdə 30%-dək keşbek verir, kart qalığına illik 6%-dək gəlir əldə etmək mümkündür, dünyanın bütün market, restoran və YDM-lərində Apple Pay və Google Pay-la ödəniş zamanı dövriyyə tələbi olmadan 5% keşbek imkanı qazandırır. Unibank UTM-lərindən karta 24/7 istədiyiniz məbləğdə və toplu şəkildə mədaxil imkanı və vəsaitin dərhal balansa oturması, ölkədaxili başqa bank kartlarına aylıq 2000 AZN-dək komissiyasız card to card əməliyyatları da UCard-ın üstünlkləri sırasındadır.

Əgər hələ də UCard-nız  https://ucard.az/ yoxdursa, “Unibank”ın sizə yaxın filialına yaxınlaşaraq, kartı dərhal əldə edə bilərsiniz.

Axtarış

Məhsullar
Xəbərlər
Digər