Unibank "Yeni il" tirajlı stimullaşdırıcı lotereyası keçirir
10 dekabr- 10 yanvar tarixlərində Unibank müştəriləri üçün "Yeni il" tirajlı stimullaşdırıcı lotereyasını keçirir.
Lotereya çərçivəsində müştərilər UBank tətbiqində və həmçinin Apple Pay, NFC ödəniş sistemləri vasitəsilə etdikləri hər 1 AZN ödəniş ilə lotereyada 1 iştirakçı şansı qazanır.
“UBank” tətbiqi ilə iştirak şansı qazandıran nağdsız əməliyyatlar:
Təmassız ödənişlər (ApplePay, GarminPay, NFC-VTS, MDES), kommunal, Mobil, Stasionar, İnternet/TV xidmət, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Bakı Nəqliyyat Agentliyi, Dövlət Miqrasiya Xidmətinə ödənişlər və digər dövlət ödənişləri, Unibankda mövcud depoziti artırmaq, kart vasitəsilə kredit borcunu ödəmək, sürətli pul köçürmələri etmək, parkinq ödənişləri, AniPay sistemi vasitəsilə ödənişlər lotereyada iştirak üçün şans qazandırır.
İstisnalar:
•Mobil əlavədə edilən digər əməliyyatlar lotereyada iştirak üçün şans qazandırmır.
•Hesabdan hesaba, kartdan hesaba, hesabdan karta, kartdan karta fərqli valyutada köçürmələr
•Reversal əməliyyatlar (ləğv olunmuş əməliyyatlar) şans kimi qiymətləndirilməyəcək.
Qaliblər xüsusi proqram təminatı vasitəsilə 14 yanvar tarixində seçiləcək. Ümumilikdə 5 qalib təyin olunacaq.
4 qalib Unibank premium kartı, 1 qalib isə əsas hədiyyə - iPhone 13 256 GB Midnight smartfonunu və premium kart qazanacaq.