117

Xəbərlər və aksiyalar

Unibankda "Narıncı cümə" kampaniyası keçirilir
24.11.2021

Bütün dünyada Noyabr ayının sonuncu cüməsi “Qara cümə” olaraq qeyd olunur. Bu münasibətlə Unibank, müştəriləri üçün 25-28 noyabr tarixində “Narıncı cümə” kampaniyasını keçirir.

Kampaniya şərtlərinə əsasən Trendyol.com saytında alış-veriş zamanı Unibank kartları ilə edilən ödənişlər müştərilərə 5% keşbek, Albalı kredit kartı ilə ödəniş etdikdə isə əlavə olaraq 3 ay FAİZSİZ, hissə-hissə ödəmək imkanı təqdim olunacaq.


Albalı kredit kartı ilə ödəniş (30 AZN - 500 AZN aralığında) edən zaman müştərilərə SMS vasitəsi ilə ödənişi 3 aya bölmək haqqında təklif göndəriləcək. Müştəri qeyd olunan qaydada cavab SMS-ni göndərərək, ödənişini 3 aya bölə biləcək.

 

Hər bir müştəri ay ərzində maksimum 50 AZN dəyərində keşbek (bu kampaniyadan qazanılan keşbeklər daxil) qazana bilər.


Axtarış

Məhsullar
Xəbərlər
Digər