-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tirajın bitməsinə az qaldı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117
Unibank Tərtər sakininə bayram hədiyyəsi etdi
28.05.2020

Unibank xalqımızı 28 May – Respublika Günü  münasibəti ilə təbrik edir. Müstəqilliyimiz əbədi, bayrağımız hər zaman zirvələrdə olsun!

Müstəqilliyimizin 102-ci ildönümünü qeyd etdiyimiz bu gündə Tərtər sakini Həsən Əsgərov üçün ikiqat bayramdır. Unibank ona xeyli vaxtdır arzusunda olduğu şəxsi  biznesini yaratmaqda kömək edəcək. Qarabağ müharibəsi əlili olan Həsən Əsgərov  un məhsulları istehsalı ilə bağlı ailə biznesini böyütmək istəyirdi və yaxın günlərdə bu istəyi reallaşacaq.

Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Tərtər şəhər sakini Həsən Əsgərov da “Unibank”ın qoşulduğu özünüməşğulluq proqramında dəstək verəcəyi vətəndaşlarımızdan biridir. Bank öz korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq, həssas əhali qruplarının özünüməşğulluq proqramı çərçivəsində daha bir neçə vətəndaşımıza öz biznesini qurmaqda kömək etməyi nəzərdə tutur.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

Axtarış

Məhsullar
Xəbərlər
Digər