-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tirajın bitməsinə az qaldı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117
Unitransferlə pul köçürmələri daha asan oldu
17.07.2018
Artıq Unibank müştəriləri Unitransfer vasitəsiylə ölkədaxili pul köçürməsini bankın ödəniş terminallarından göndərib, bankomatlarından nağd şəkildə çıxara bilərlər. Bunun üçün sadəcə ən yaxın Unibank ödəniş terminalına yaxınlaşıb, şəxsiyyət vəsiqənizin pin kodunu və telefon nömrələrinizi daxil etmək kifayətdir.

Unibank müştərilərinin rahatlığı üçün Unitransfer ilə pul köçürmələrini daha da asan etdi. Artıq Unibank müştəriləri Unitransfer vasitəsiylə ölkədaxili pul köçürməsini bankın ödəniş terminallarından göndərib, bankomatlarından nağd şəkildə çıxara bilərlər.
Bunun üçün sadəcə ən yaxın Unibank ödəniş terminalına yaxınlaşıb, şəxsiyyət vəsiqənizin pin kodunu və telefon nömrələrinizi daxil etmək kifayətdir. Vəsait göndərildikdən dərhal sonra, 30 gün ərzində iş və ya qeyri-iş günlərindən asılı olmayaraq, günün istənilən vaxtında hər hansı Unibank bankomatına yaxınlaşıb, 10 rəqəmli kodu daxil etməklə göndərilən pulu nağd şəkildə almaq mümkündür.

Köçürmə üzrə xidmət haqqı belədir:
- 500 AZN qədər - 2 AZN;
- 501-1000 AZN arasında olan məbləğlər üçün 4 AZN.

Dünyanın ən məşhur və etibarlı pulköçürmə sistemlərinin xidmətlərini təqdim edən Unibank, hazırda geniş xidmət şəbəkəsinə malik “Zolotaya Korona”, “Contact”, “Western Union”, "Blizko", “PrivatMoney”, “UPT” kimi nüfuzlu təcili pul köçürmə sistemləri üzrə də xidmət göstərərək, manat, ABŞ dolları , avro və Rusiya rublu ilə əməliyyatlar həyata keçirir.

Beynəlxalq pul köçürmə sistemləri ilə əməkdaşlığını ildən-ilə dərinləşdirən Unibank, pul köçürmə xidmətlərini genişləndirmək üzrə ölkə maliyyə qurumları sırasında ilk yerlərdədir. Bu sistemlər dünyanın 190-dan çox ölkəsində fəaliyyət göstərərək, ümumilikdə 500 min təcili qəbul və göndəriş məntəqəsini birləşdirir. Onlardan hər biri pul köçürmələrini tez, rahat və etibarlı şəkildə, istiqamətindən və xidmət məntəqəsindən asılı olmayaraq ən sərfəli tariflər ilə həyata keçirməyə imkan verir.

Axtarış

Məhsullar
Xəbərlər
Digər