22 fevral 2026-cı il tarixindən etibarən, UBank tətbiqi vasitəsilə məlumat alan müştərilər üçün Unibank kartlarından şəxsi vəsaitlərin Unibank-a məxsus UTM və POS-terminallarda 2 000 AZN (və ya ekvivalenti) məbləğindən yuxarı olan nağdlaşdırmalar zamanı 1% komissiya (min. 1 AZN/USD/EUR/GBP) tutulacaqdır.
Misal üçün, əgər siz
ay ərzində artıq 2 000 AZN nağdlaşdırmısınızsa və növbəti dəfə kartınızdan 100
AZN çıxarırsınızsa, balansınızdan 101 AZN (100 AZN nağd + 1 AZN komissiya) silinəcəkdir.
Aşağıdakı şərtlərdən birini
yerinə yetirmək kifayət edir ki, nağdlaşdırma komissiyasız olsun:
•
Bankda 3 000 AZN və daha çox depozit yerləşdirməklə;
• Ay ərzində kart və ya cari hesabın orta qalığı 1 000 AZN və daha çox olduqda;
• Ay ərzində 500 AZN və daha çox nağdsız dövriyyə etməklə.
*Qeyd: Şərtlər yerinə
yetirildiyi aydan 2 ay sonra komissiyasız nağdlaşdırma qüvvəyə minir.