Dələduzlardan qorunun: Sizi necə aldadırlar və nə etməlisiniz?
Maliyyə təhlükəsizliyiniz öz əlinizdədir. Dələduzlar bəzən bank əməkdaşı
rolunda, bəzən də kampaniya təklifiylə sizə yaxınlaşırlar. Məqsəd sadədir –
kart və bank məlumatlarını ələ keçirmək. Bu halların qarşısını sadəcə bir az
diqqətli olmaqla ala bilərsiniz.
Dələduzlar daha çox hansı
üsullardan istifadə edirlər?
- Özlərini
bank əməkdaşı kimi təqdim edib sizi “məlumat dəqiqləşdirməyə” çağırırlar;
- Telefonla,
SMS və ya sosial şəbəkələrdə kart nömrəsi, CVV kodu, PIN və ya OTP kodunu
istəyirlər;
- “Balansınızda
problem var”, “Kartınız bloklanacaq”, “Pul köçürülüb, təsdiqləyin” kimi
təlaş yaradan mesajlar göndərirlər;
- Yalan
kampaniyalarla sizi “hədiyyə qazandınız” deyə aldadaraq, linkə daxil
olmağa və ya məlumat paylaşmağa çağırırlar.
Unutmayın:
- Bank əməkdaşı sizdən heç
vaxt kart nömrəsi, PIN kodu, CVV və ya OTP kodu istəmir;
- Məhsul və xidmətləri, kampaniyaları haqda məlumatları
yalnız bankın rəsmi səhifələrindən alın;
- Telefonla, mesajla və ya sosial şəbəkə vasitəsilə gələn istənilən şübhəli
müraciətə cavab verməyin;
- Tanımadığınız nömrələrə və ya linklərə daxil olmayın;
- Əgər şübhələndiyiniz hal
olarsa, dərhal bankla əlaqə saxlayın.
Maliyyə vəsaitlərinizi
qorumaq üçün bir addım kifayətdir – məlumatlarınızı gizli saxlayın. Unutmayın, bank məlumatlarınız
yalnız sizə məxsusdur!