- Topla nədir: UBank mobil tətbiqində hədəf yaradaraq pul toplamağa imkan verən rəqəmsal məhsuldur;
- Minimal məbləğ: 0 AZN (açılan zaman və artım etdikdə);
- Müddət: 3/6/9/12 ay;
- İllik faiz dərəcəsi: 3 ay-6%; 6 ay-7%; 9 ay-8%; 12 ay-9%;
- Hər müddət üzrə 1 "Topla" açmaq imkanı (3/6/9/12 aylıq bir aktiv "Topla");
- Məbləğin artırılması: Unibank və digər bank kartları vasitəsilə UBank tətbiqindən istənilən məbləğdə artırmaq (avtomatik artırılma funksiyası da mövcuddur) mümkündür;
- Maksimal toplanacaq məbləğ: 100 000 AZN (hər daxıl üzrə);
- Faizlərin hesablama metodu: faizlər gündəlik hesablanır, kapitallaşmır, yalnız təyin edilmiş məqsədə (müddət və məbləğ) çatdıqda daxıl hesabına köçürülür;
- Məbləğin götürülməsi: istənilən zaman (komissiyasız);
- "Topla"sı olan Unibank müştəriləri "Yuvarlaqlaşdırma" funksiyası ilə daha sürətli toplaya bilərlər. Bu funksiya 1-10 AZN arası məbləği POS terminal ödənişləri zamanı qalıq məbləğdən yuvarlaqlaşdıraraq Toplaya köçürmə imkanı təqdim edir;
-
Əmanətlərin sığortalanması şərtləri;
- AR Vergi Məcəlləsinə əsasən 01.02.2023 tarixindən sonra əmanət və kart qalıqları üzrə ödənilən illik faiz gəlirlərinin 10% məbləğində vergi tutulacaq.
Hədəfə çatmayıb Topla-nı sındırdıqda, faizlər aşağıdakı kimi hesablanacaq:
3/6 aylıq:
Toplanın müddəti faktiki olaraq 0 - 30 günə kimi olduqda illik 0 (sıfır) faiz dərəcəsi üzrə;
Toplanın müddəti faktiki olaraq 31-90 günə kimi olduqda illik faiz dərəcəsinin 20%-ni təşkil edən faiz dərəcəsi üzrə;
Toplanın müddəti faktiki olaraq 91-180 günə kimi olduqda illik faiz dərəcəsinin 30%-ni təşkil edən faiz dərəcəsi üzrə;
9/12 aylıq:
Toplanın müddəti faktiki olaraq 0 - 90 günə kimi olduqda illik 0 (sıfır) faiz dərəcəsi üzrə;
Toplanın müddəti faktiki olaraq 91-180 günə kimi olduqda illik faiz dərəcəsinin 20%-ni təşkil edən faiz dərəcəsi üzrə;
Toplanın müddəti faktiki olaraq 181-360 günə kimi olduqda illik faiz dərəcəsinin 30%-ni təşkil edən faiz dərəcəsi üzrə;