POS terminallar

POS terminal (ingiliscə Point of Sale terminal - ticarət nöqtələrinin terminalı) kartdan informasiyanı oxumağa və əməliyyatların aparılması məqsədilə avtorizasiya üçün bankla əlaqə saxlamağa imkan verən elektron qurğudur. Bankla əlaqə telefon şəbəkəsi vasitəsilə yaradılır.

POS terminal (ingiliscə Point of Sale terminal - ticarət nöqtələrinin terminalı) kartdan informasiyanı oxumağa və əməliyyatların aparılması məqsədilə avtorizasiya üçün bankla əlaqə saxlamağa imkan verən elektron qurğudur. Bankla əlaqə telefon şəbəkəsi vasitəsilə yaradılır. Avtorizasiyanın nəticələri ekrandakı məlumatla və çekin bir neçə nüsxəsinin çap olunması ilə (nüsxənin biri müştəriyə verilir) rəsmiləşdirilir.

Posterminal sizə hansı imkanları yaradır:

- Visa və Mastercard beynəlxalq ödəniş kartlarını qəbul etmək;
- 24/7 texniki dəstək;
- Albalı Plus taksit kartları ilə hissəli satış imkanları;
- Cashback bonus layihəsində iştirak etmək imkanı;
- Posterminal dövriyyəsinin 150%-dək həcmində komissiyasız onlayn biznes krediti (15 dəqiqə ərzində);
- Pulsuz Internet-banking;
- Bankın bütün digər korporativ xidmətlərindən istifadə.

Qeyd:

Hər bir posterminal üçün qoşulma haqqı 15 AZN, aylıq xidmət haqqı pulsuzdur. (Posterminal üzrə aylıq dövriyyə 1000 AZN-dən az olduğu halda 15 AZN xidmət haqqı tutulur). 

Depozit -100 Azn


POS Terminalın alımı üçün tələb olunan sənədlər:

— Səxsiyyət vəsiqəsinin surəti;
— VÖEN - nin surəti, fəaliyyətini və ərazi uçot kodunu təsdiqləyən vergilər idarəsinin təqdim etdiyi arayışın surəti;
— Fəaliyyət göstərdiyi ünvan sənədinin surəti;
— POS terminalın alınması üçün ərizə;
— İcarə müqaviləsinin surəti.

— Vəzifəli şəxsin (müdir, direktor) şəxsiyyət vəsiqəsinin və vəzifəni təsdiq edən əmrin surəti (etibarnamə);
— VÖEN - nin surəti;
— Fəaliyyətini va ərazi uçot kodunu təsdiqləyən vergilər idarəsinin təqdim etdiyi arayışın surəti;
— Fəaliyyət göstərdiyi ünvanın sənədi;
— POS terminalın alınması üçün ərizə;
— İcarə müqaviləsinin surəti.

ƏLAQƏ FORMASI
Məhsullar
Xəbərlər
Digər