Güzəştli şərtlərlə ipoteka krediti almaq
hüququna malik şəxslər:
• Elmlər doktoru elmi dərəcəsi olan şəxs:
• Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
•Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları(“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
•Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
•Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçi;
•Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
•Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs;
•Şəhid ailəsinin üzvü (əri/arvadı);
•Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı);
•Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı).
•Gənc ailənin üzvü olan aşağıdakı şəxslər (nikaha daxil olan şəxslərin hər ikisinin yaşı 35-dən çox olmamalıdır):
• Şəhidin övladları;
• Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları;
• Azərbaycanın Milli Qəhrəmanının övladları;
• Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
• Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
• Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;
• Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
• İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
• Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.
Güzəştli ipoteka faiz dərəcəsi
Güzəştli ipoteka illik faiz dərəcələri 4%-dir. Sərfəli şərtlərlə şəxsi ev arzunu reallaşdırmaq üçün Unibank-a müraciət et. Ən əlverişli ipoteka şərtləri bizdədir. Ev almaq heç bu qədər asan olmamışdır.