117

Güzəştli ipoteka

Güzəştli ipoteka sayəsində bir çox insan ev sahibi ola bilir. Məlum məsələdir ki, ev almaq indiki zamanda bir çox ailələr üçün əlçatan deyil. Ancaq ipoteka krediti sayəsində bu arzunu reallaşdırmaq mümkün olur. Xüsusilə güzəştli ipoteka vasitəsilə minlərlə ailə rahatlıqla ev ala bilir. Hər zaman müştəri məmnuniyyətini ön planda tutan Unibank-a müraciət edərək ipoteka krediti əldə edə və bəyəndiyin evə qısa müddətdə sahib ola bilərsən. Güzəştli ipoteka şərtləri ilə Unibank.az-da tanış ol.


Güzəştli ipoteka kimlərə verilir?

— Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

1. Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
2. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları);
3. Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı, övladları);
4. Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
5. Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
6. Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;
7. Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
8. İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
9. Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.


Elmlər doktoru elmi dərəcəsi olan şəxs:

1. Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
2. Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları(“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
3. Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
4. Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;
5. Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
6. Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs;



Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.


Güzəştli ipoteka faiz dərəcəsi

Güzəştli ipoteka illik faiz dərəcələri 4%-dir. Sərfəli şərtlərlə şəxsi ev arzunu reallaşdırmaq üçün Unibank-a müraciət et. Ən əlverişli ipoteka şərtləri bizdədir. Ev almaq heç bu qədər asan olmamışdır.

Axtarış

Məhsullar
Xəbərlər
Digər