-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tiraj başladı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, Toyota Corolla Cross avtomobili, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117

Rəhbərlik

Cari Əməliyyat üzrə Komitə
1. Heybət Qədirov (sədr)
2. Murad Qurbanov
3. Rauf Ağayev
4. Fuad Məmmədli
5. Səttar Kazımov
6. Tural Həsənov
7. Emin Ələsgərov
8. Novruz İbrahimov
9. Yaşar Kərimov
10. Tahir Qəribov
Kredit Komitəsi
1. Emin Məmmədov (sədr)
2. Tural Həsənov
3. Emin Rəsulzadə
4. Tahir Qəribov
5. Rüfət Məmmədxanlı
Korporativ İdarəetmə Komitəsi
1. Faiq Hüseynov (sədr)
2. Kamen Zahariyev
3. Verner Klaes
Kiçik Kredit Komitəsi
1. Vadim Qədirov (sədr)
2. Fazil Məmmədov
3. Rauf Ağayev
4. Elçin Abbasov
5. Mirhəsən Cabbarov
Risklərin İdarəedilməsi Komitəsi
1. Verner Klaes (sədr, müstəqil üzv)
2. Kamen Zahariyev
3. Emin Quliyev
Dayanıqlı Maliyyə Komitəsi
1. Səmra Talışinskaya (sədr)
2. Elçin Abbasov
3. İradə Qəhrəmanova
4. Bəybala Ağayev
5. Fazil Məmmədov
İnformasiya Texnologiyaları üzrə işçi qrup
1. Murad Qurbanov (sədr)
2. Emin Ələsgərov
3. Tural Həsənov
4. Ruslan Abdullayev
5. Novruz İbrahimov
6. Şahin Mirabutalıbov
7. Sevda Hacıyeva
8. Üzeyir Hüseynov
9. Ürfan İsmayılov
Böyük İT Komitəsi
1. Eldar Qəribov (sədr)
2. Fərid Abuşov
3. Səttar Kazımov
4. Sabir Haqverdiyev
5. Yaşar Kərimov
6. Fuad Məmmədli
7. Fərrux Muğanlinski
Aktiv və Passivlərin İdarəedilməsi Komitəsi
1. Emin Rəsulzadə (sədr)
2. Fərid Abuşov
3. Faiq Zeynalov
4. Heybət Qədirov
5. Tural Həsənov
6. Fuad Məmmədli
7. Tahir Qəribov
8. Yaşar Kərimov (daimi dəvətli)

Korporativ İdarəetmə Komitəsinin vəzifələrinə aşağıdakılar daxildir:

•  “Banklarda korporativ idarəetmə Standartları”nın 18-ci hissəsində göstərilən prinsipləri rəhbər tutaraq, Bankın mükafatlandırma siyasətini hazırlamaq və təsdiq üçün Bankın Müşahidə Şurasına təqdim etmək;
•  Mükafatlandırma prosesinə nəzarət etmək, o cümlədən ildə ən azı bir dəfə Risklərin idarə edilməsi Komitəsi ilə birlikdə mükafatlandırma sisteminin səmərəliliyini qiymətləndirmək;
•  Mükafatlandırmanın həcmi üzrə təklifləri “Banklarda korporativ idarəetmə Standartları”nın 18-ci hissəsinə uyğun olaraq Bankın Müşahidə Şurasına təqdim etmək;
•  Korporativ katibin mükafatlandırılmasını müəyyən etmək;
•  Xüsusi kateqoriyaya aid olan işçilər üzrə əsas fəaliyyət indikatorlarının icrasını qiymətləndirmək;
•  Daxili və kənar hadisələrin Bankın mükafatlandırma siyasəti və prosesi üzərində təsirini nəzərdən keçirmək;
•  Bankın təşkilati və idarəetmə strukturunun korporativ idarəetmə standartlarına uyğunluğuna nəzarət etmək, aşkar olunan uyğunsuzluqlar və onların səbəbləri barədə Müşahidə Şurasını məlumatlandırmaq, onların aradan qaldırılması və korporativ idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Müşahidə Şurasına təkliflər vermək;
•  Korporativ idarəetmə ilə bağlı  qanunvericilikdə baş verən dəyişikliklərin tətbiqi barədə Müşahidə Şurasına təkliflər vermək;
•  Bankın korporativ idarəetməsinə dair ictimaiyyətə açıqlanacaq məlumatların vaxtında açıqlanmasını və dürüstlüyünü təmin etmək;
•  Müşahidə Şurası, İdarə Heyəti və Müşahidə Şurasının komitələrinin üzvlüyünə yeni və potensial namizədlərlə bağlı tövsiyə və rəy vermək;
•  Müşahidə Şurası, onun komitələri və İdarə Heyəti üçün kadr ehtiyatının formalaşdırılması prosesinə nəzarət etmək;
•  Müşahidə Şurasının və Müşahidə Şurasının komitələrinin müstəqil üzvlərinin təyinatı, vəzifələri və muzdun ödənilməsinə dair meyarları müəyyənləşdirmək;
•  “Banklarda korporativ idarəetmə Standartları”nda və (və ya) Bankın “Müşahidə Şurası və onun komitələri tərəfindən müstəqil kənar ekspert xidmətindən istifadə” Qaydalarında nəzərdə tutulmuş hallarda müstəqil kənar ekspertin seçilməsi meyarlarını müəyyənləşdirmək.

 Risklərin idarə edilməsi Komitəsinin vəzifələrinə aşağıdakılar daxildir:

•  Risk iştahası bəyannaməsinə, risklərin idarə edilməsi  siyasətinə və qaydalarına, risk limitlərinə, habelə onlara dəyişikliklərə baxılması və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim edilməsi;
•  Məcmu və ayrı-ayrı risk növləri üzrə Bankın cari və gələcəkdəki risk iştahasına, habelə risk iştahasına əməl edilməsi üzrə indikatorlara dair Müşahidə Şurasına təkliflərin verilməsi;
•  Bankın risklərin idarə edilməsi siyasətinin azı ildə bir dəfə nəzərdən keçirilməsi;
•  Bankın fəaliyyətinin risklərin idarə edilməsi siyasətinə uyğunluğunu təmin edən prosedurların mövcudluğuna, habelə İdarə Heyəti tərəfindən risk iştahası bəyannaməsnin tətbiqinə nəzarət edilməsi;
•  Bankın risk mədəniyyətinin vəziyyətinə və risklərin idarə edilməsi siyasətindən, risk limitlərindən kənarlaşmasına dair Müşahidə Şurasına hesabat verilməsi;
•  Baş Risk İnzibatçısı ilə əməkdaşlıq edilməsi və onun fəaliyyətinə nəzarət edilməsi;
•  Kapital və likvidliyin idarəedilməsi üzrə Bankın hədəflərinin, habelə Banka xas bütün risklərin, o cümlədən kredit, bazar, əməliyyat, reputasiya və digər risklərin Bankın risk iştahasına uyğunluğuna nəzarət edilməsi;
•  Baş Risk İnzibatçısından və aidiyyəti struktur bölmələrdən Bankın cari risk profili, risk mədəniyyətinin cari vəziyyəti, risk iştahası və risk limitlərinin istifadəsi, risk limitlərinin pozulması halları və risklərin azaldılması tədbirlərinə dair hesabat alınması;
•  Bankın fəaliyyətinin qanunvericiliyin, maliyyə bazarlarını tənzimləyən hüquqi aktların və bankdaxili qaydaların tələblərinə uyğunluğunun təmin edilməsi;
•   Risklərin idarə edilməsi və komplayens funksiyalarını həyata keçirən struktur bölmələrin rəhbərlərinin vəzifəyə təyin olunması ilə bağlı Müşahidə Şurasına təqdimat verilməsi;
•  Risklərin idarə edilməsi prosesində müəyyən risklərə yol verilməməsi və onlardan uzaq olmaq, riskləri minimuma endirmək, müəyyən riskləri qəbul etmək, riskləri ötürmək, riskləri lazımi qaydada yeniləmək, tətbiqi tələb edilən hallarda, tövsiyələrin təqdim edilməsi və/və ya qərarların təklif edilməsi;
•  Bankın strukturuna və iş proseslərinə risklərin monitorinqinin və aradan qaldırılmasının səmərəli alətlərinin daxil edilməsi;
•  Maraqlar münaqişələrindən, risklər üzərində nəzarətdə olan boşluqlardan və funksiyaların təkrar olunmasından uzaq olmaq üçün təşkilati strukturun yaradılması sahəsində tövsiyələrin verilməsi;
•  Risklərin idarə edilməsinin səmərəli proqramının risklərin profili çərçivəsində Bankın əsaslı strateji məqamlarına və qərarlarına müvafiq olaraq, ətraflı hesabatların tərtib edilməsi, işlənib hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
•  Daxili komitələrin məlumat axınları mübadiləsinin düzgün təşkil edilməsi;
•  Digər daxili komitələrdən və Bankın Risklərin idarə edilməsi Departamentindən (bundan sonra “Departament” adlandırılacaq) alınan informasiya əsasında, Müşahidə Şurası və İdarə Heyəti üçün tövsiyələrin işlənib hazırlanması;
•  Departamentə risklərin idarə edilməsi istiqamətinə yönəlmiş göstərişlərin verilməsi, aylıq əsasda, ondan görülmüş işlər və aşkarlanmış risk profilləri haqqında hesabatların alınması, Komitənin iclaslarında baxılması, tələb edilən məsələlər ilə əlaqədar təkliflərin alınması, cari fəaliyyətinə nəzarət edilməsi;
•  Risklərin idarə edilməsi strategiyası, siyasəti və qaydalarına, həmçinin onlara edilmiş dəyişiklik və əlavələrə baxılması, təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim olunması;
•  Departamentin işinin qiymətləndirilməsi, qiymətləndirmənin nəticələri və Bankda risklərin idarə edilməsi üzrə işin vəziyyəti haqqında Müşahidə Şurasına və İdarə Heyətinə vaxtında, dəqiq və səhih məlumatların verilməsi, hesabatların təqdim edilməsi;
•  Risklərin idarə edilməsi üzrə işin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə Müşahidə Şurasının, İdarə Heyətinin və Departamentin üzvləri arasında açıq əlaqə kanalının mövcud olmasına yardım edilməsi;
•  Bankın İdarə Heyəti ilə birgə fövqəladə hallar planına baxılması və Müşahidə Şurasına təqdim edilməsi;
•  Bankın məruz qaldığı risklərin vəziyyəti və risklərin idarə edilməsi sisteminin effektivliyi barədə hesabatın hazırlanması və Müşahidə Şurasına təqdim edilməsi;
•  Götürülən risklərin Bankın risklərin idarə edilməsi strategiyasına uyğunluğunun monitorinqinin aparılması;
•  Risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı Müşahidə Şurasına təkliflərin hazırlanması.

Audit Komitəsinin vəzifələrinə aşağıdakılar daxildir:

•  Bankda audit siyasətinin və strategiyasının müəyyən edilməsi;
•  Daxili auditin illik planlarını (Plan) təsdiq etmək və audit bölməsinin fəaliyyətinə nəzarətin həyata keçirilməsi. Plan üzrə büdcə daxili audit funksiyasının fəaliyyətinin təmin edilməsi üçün yetərli olmalı və Bankın risk profilindəki potensial dəyişikliklərə uyğunlaşa bilməlidir;
•  Bankın Səhmdarlarının Ümumi Yığıncağının və ya Müşahidə Şurasının qərarı, habelə Bankın adi  səhmlərinin on faizindən artıq hissəsinə malik olan səhmdarların, İdarə Heyətinin və ya Mərkəzi Bankın tələbi əsasında Bankın təsdiq edilmiş daxili audit planında nəzərdə tutulmamış daxili audit yoxlamasının həyata keçirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi;
•  Daxili Audit Departamentinin (bundan sonra “DAD”) funksional fəaliyyətinə aid olan və metodoloji xarakterli olan daxili korporativ sənədlərin təsdiq edilməsi;
•  Kənar auditin təyin edilməsi ilə əlaqədar bankın səlahiyyətli idarəetmə orqanlarına təkliflərin verilməsi;
•  Kənar auditorla birgə işin təşkil edilməsi, auditin nəticə və tövsiyələrinin həyata keçirilməsinə yardım edilməsi;
•  Bankın idarəetmə orqanları ilə kənar auditorlar, habelə nəzarət orqanları arasında əlaqələrin qurulması;
•  Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin təkmilləşdirilməsinə dair Səhmdarların Ümumi Yığıncağına və Müşahidə Şurasına təkliflərin verilməsi;
•  Bankın maliyyə hesabatlarının şəffaflığına, tamlığına, onun fəaliyyətinin qanunvericiliyə və “Banklarda korporativ idarəetmə Standartları”nın tələblərinə uyğunluğunun təmin edilməsinə və bu məqsədlə Bankın illik və cari maliyyə hesabatlarının hazırlanması prosesinə və nəticələrinə nəzarət edilməsi;
•  Maliyyə risklərinin yüksək olduğu sahələrin müəyyənləşdirilməsi və Bankın İdarə Heyəti tərəfindən onların səmərəli idarə edilməsinə əminliyin əldə edilməsi;
•  Maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir edə biləcək hüquqi məsələlərin nəzərdən keçirilməsi və tövsiyələrin verilməsi;
•  Komitənin vəzifə və funksiyalarının icrası ilə əlaqədar səlahiyyətləri daxilində Bankın struktur bölmələrinə, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət orqanlarının, publik hüquqi şəxslərin, yerli özünüidarəetmə orqanlarının və qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinə, hüquqi və fiziki şəxslərə zəruri məlumatların (sənədlər) əldə edilməsi ilə bağlı müvafiq müraciətlərin edilməsi;
•  Bankın fəaliyyətinin müxtəlif istiqamətləri üzrə siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsinə dair idarəetmə orqanlarına təkliflərin verilməsi;
•  Bankın uçot siyasətinin təkmilləşdirilməsinə nəzarət edilməsi;
•  Komplayens funksiyasına nəzarəti davam etdirməklə yanaşı Komitənin pozuntu və dələduzluq (“fraud”) hallarına vaxtında və adekvat reaksiyasının təmin edilməsi, eyni zamanda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan yoxlamaların (inspeksiyaların) nəticələrinin Komitədə müzakirə edilməsi;
•  Azərbaycan Respublikasının mövcud qanunvericiliyi, “Banklar haqqında” və “Daxili audit haqqında” qanunlar,  Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ xarakterli aktları və bankdaxili korporativ aktlarla nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi.

Böyük İnformasiya Texnologiyaları Komitəsinin vəzifələrinə aşağıdakılar daxildir:

•  Bankın biznes məqsədləri ilə uyğun gələn uzunmüddətli İT strategiyasını hazırlamaq və təsdiqləmək;
•  İT strategiyasının qanunvericiliyin və hüquqi aktların tələblərinə uyğunluğunu təmin etmək;
•  İT layihələrini və təşəbbüslərini təsdiqləmək, vaxtında və büdcəyə uyğun icrasını təmin etmək;
•  Proqram təminatı lisenziyalarının inventarizasiyasını idarə etmək və onların effektiv istifadəsini təmin etmək;
•  Texnoloji dəstəyi təmin etmək və yeni sistemləri tətbiq etmək məqsədilə digər struktur bölmələrlə əməkdaşlıq etmək, habelə İT ilə bağlı məsələlərdə digər komitələrə və departamentlərə məsləhətlər vermək.
• Təsdiq edilmiş büdcəyə uyğunluğu təmin edərək texnologiyaya sərf olunan xərclərə və investisiyalara nəzarət etmək;
•  İT strukturunu təsdiqləmək və resursların, o cümlədən personal, avadanlıq və proqram təminatının layihələrə və əməliyyat fəaliyyətinə səmərəli bölüşdürülməsini idarə etmək;
•  Bankın İT infrastrukturuna və tətbiqlərinə dəstəyin göstərilməsi üçün ixtisaslı İT mütəxəssislərini cəlb etmək, inkişaf etdirmək və saxlamaq;
•  Sistem nasazlıqları, məlumat itkisi, xidmətdə baş verən kəsintilər və digər İT ilə bağlı əməliyyat risklərini müəyyənləşdirmək, qiymətləndirmək və azaltmaq;
•  İnformasiya təhlükəsizliyinin idarə edilməsinə nəzarət etmək, o cümlədən təhlükəsizlik siyasətləri və insidentlərə reaksiya prosedurlarının hazırlanması və tətbiq edilməsini təmin etmək;
•  İnformasiya təhlükəsizliyi tədbirlərinin effektivliyini və iqtisadi səmərəliliyini artırmaq, o cümlədən mümkün zəiflikləri aşkar etmək məqsədilə mütəmadi audit yoxlamaları və qiymətləndirilmələr aparmaq;
•  Kiber təhdidlərdən, məlumat sızmalarından və fırıldaqçılıqdan qorunmaq üçün etibarlı kibertəhlükəsizlik tədbirlərini tətbiq etmək;
•  ROI (“return on investment”), xərclərin-faydaların analizi və performansın qiymətləndirilməsi kimi metriklərdən istifadə edərək İT-nin effektivliyini ölçmək;
•  İT xidmətlərinin müəyyən edilmiş performans və etibarlılıq standartlarına cavab verməsini təmin etmək üçün xidmət səviyyəsi müqavilələrini (SLA) müəyyənləşdirmək və idarə etmək;
•  Mövcud resursların istifadəsini təhlil etmək və performans və xidmət keyfiyyətini maksimum artırmaq üçün yeni resursları müəyyənləşdirmək.

Aktiv və passivlərin idarə edilməsi Komitənin vəzifələrinə aşağıdakılar daxildir:

•  Bankın vəsait yerləşdirilməsinə aid siyasət və məqsədlərini müəyyən etmək;
•  İnvestisiyanın qiymətləndirilməsinə aid yanaşmaları və limitləri təyin etmək;
•  Qiymətli kağızların/metalların portfelinin idarə olunmasını həyata keçirmək;
•  Xəzinədarlıq Departamentinin limitlərindən artıq olan məbləğdə investisiyalara baxmaq;
•  İnvestisiya portfelinin keyfiyyət və gəlirliyinin nəzarətdə saxlanılması üçün iclas keçirmək.

Axtarış

Məhsullar
Xəbərlər
Digər